Aygün (albom)
Aygün | ||||
---|---|---|---|---|
Aygün Kazımova tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 2000 | |||
Janr | Pop | |||
Müddət | 50:27 | |||
Dil | çoxdilli[d] | |||
Prodüser | Aygün Kazımova | |||
Aygün Kazımova albomlarının xronologiyası | ||||
|
Aygün[1] – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur.
Hazırlanması
[redaktə | vikimətni redaktə et]Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadənin əsərləri daxildir. Albomdakı "Bir payız gecəsi" mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan ifa etmiş və öz albomuna daxil etmişdir. Əsərin müəllifi Eldar Mansurovdur.
Mahnıların Siyahısı
[redaktə | vikimətni redaktə et]№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Я и ты" | 4:04 |
2. | "Ey mənim dünyam" | 4:35 |
3. | "Matros" | 4:11 |
4. | "Eşqin düşgünü" | 2:55 |
5. | "Məhəbbət üçbucağı" | 3:50 |
6. | "Bir payız gecəsi" | 4:00 |
7. | "Özüm özümü aldadıram" | 4:52 |
8. | "Mən sevirəm səhərə qədər" | 6:04 |
9. | "Легенда о любви" | 4:44 |
10. | "Я девушка восточная (Remix)" | 5:46 |
11. | "Карие глаза" | 4:23 |
12. | "Avarasan" | 3:03 |
Ümumi müddət: | 50:27 |
Albomdakı video kliplər
[redaktə | vikimətni redaktə et]"Я и ты" — 2000-ci ildə yayımlanan bu video klip dövrünün ən möhtəşəm klipi hesab olunur. 2012-ci ilə qədər YouTube video saytında Azərbaycan klipləri arasında ən çox izlənən video adlı liderliyini qoruyub saxlamışdır.
"Matros" — 2000-ci ildə yayımlanan növbəti klipdir. Klipdəki aşiqin bütün məşuqələrənin rollarını Aygün Kazımova özü ifa etmişdir.
"Məhəbbət üçbucağı" — 2000-ci ildə çəkilən və albomdan yayımlanan son video klipdir. Bir ulduzun həyatından və ona olan fenomen tələbatdan bəhs edən bu klipdə Aygün Kazımovanın günlük yaşantısından çoxlu görüntülər istifadə olunmuşdur. Klipdə Aygün Kazımovanın dostlarına və sənət yoldaşlarına da rast gəlmək mümkündür.
Video Klip
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.