Avstriya Qran-prisi
Avstriya Qran-prisi (alm. Großer Preis von Österreich) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. İlk dəfə 1963-cü ildə keçirilmişdir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]İlk Avstriya qran-prisi 1963-cü ildə Seltveq trasında keçirilmişdir. 1964-cü ildə isə Formula 1 təqviminə salındı. Ancaq yarışdan sonra həm FİA, həm də komandalar trasdan narazı qaldılar. Əsas tənqidlər yolun darlığı, sərt döngələrin olması, azarkeş tribunlarının kamfortlu olmaması idi. Buna görə qran-pri yeni avtodrom tikilənədək çempionatdan çıxarıldı.
1970-ci ildə yarış yeni Österrayxrinq (Avstriya halqası) trasında bərpa edildi. Avtodrom Ştiriya vilayətinin Şpilberq kəndi yaxınlığında yerləşir. 1987-ci ildə FİA yenidən standartlara cavab vermədiyinə görə qran-prini təqvimdən çıxartdı.
Sonrakı illərdə Österrayxinq trasında yeniliklər edildi. Uzunluğu 6 kilometrdən 4-ə azaldıldı. Döngələrdə və tribunlarda əlavələr edildi, adı A1-Rinq (sonradan Red Bull Rinq) olaraq dəyişdirildi.
90-cı illərin ikinci yarısı və yeni əsrin əvvəllərində Avstriya qran-prisi dünya çempionatının ən maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlardan biri idi.
1998, 2001 və 2002-ci ildə qran-pridə Ferrari komandası ilə bağlı rezonans doğuran hadisələr baş verdi. Beləki müvafiq qolaraq Eddi İrvayn vĕ iki dəfə Rubens Barrikello finiş xəttinə az qalmış boksun qərarı ilə yerlərini komandanın lideri Mihael Şumaxerə buraxırlar. Bu Qran-prinin nüfuzuna böyük zərər vurur. Yarış 2004-cü ildə 3-cü dəfə təqvimdən çıxarılır.
2014-cü ildən etibarən Avstriya halqası dünya çempionatının mərhələləri sırasına qaytarıldı.
Qaliblər
[redaktə | mənbəni redaktə et]Pilotlar
[redaktə | mənbəni redaktə et]Qələbə sayı | Pilot | İl |
---|---|---|
3 | Alen Prost | 1983, 1985, 1986 |
2 | Ronni Peterson | 1973, 1978 |
Alan Cons | 1977, 1979 | |
Mika Hakkinen | 1998, 2000 | |
Mihael Şumaxer | 2002, 2003 | |
Niko Rosberq | 2014, 2015 | |
Valtteri Bottas | 2017, 2020 | |
Maks Ferstappen | 2018, 2019 | |
1 | Cek Brebem | 1963 |
Lorenso Bandini | 1964 | |
Jaki İks | 1970 | |
Yo Ziffert | 1971 | |
Emerson Fittipaldi | 1972 | |
Karlos Royteman | 1974 | |
Vittorio Brambilla | 1975 | |
Jan Piyer Jabui | 1980 | |
Jak Laffit | 1981 | |
Elio de Anjelis | 1982 | |
Niki Lauda | 1984 | |
Naycell Mensel | 1987 | |
Jak Vilnyov | 1997 | |
Eddi İrvayn | 1999 | |
Devid Kulthard | 2001 | |
Lyuis Hemilton | 2016 |
Komandalar
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- formula.com - Avstriya Qran-prisi 2019
- redbull.com Avatriya Qran-prisi faktları
- austrian-grand-prix.club