Avroviziya Xoru 2019
Avroviziya Xoru Müsabiqəsi 2019 | |
---|---|
Final | 3 avqust 2019 |
Direktor | Yon Ola Sand |
İcraçı prodüser | Yeva Rozentale |
Kanal | Sveriges Television |
Keçirilən yer | Partille arena, Göteborq İsveç |
Qalib mahnı | "Viola" Danimarka |
Seçki sistemi | Yalnız üç nəfərdən ibarət hakim münsiflər heyəti |
İştirakçıların sayı | 10 |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2017 2023 |
Eurovision Choir 2019 Avropa Yayım Birliyi (EBU) və İnterkultur tərəfindən xor ifaçıları üçün təşkil edilən sayca ikinci Avroviziya Xoru müsabiqəsi. Müsabiqə 3 avqust 2019-cu il tarixində, İsveçin ikinci ən böyük şəhəri Göteborqun "Partille" arenasında keçirildi.[1] Aparıcıları, Petrok Trelavni və Ella Peterssondan ibarət olan yarışma, İsveçin milli yayımçısı Sveriges Televiziyası (SVT), EBU, Avropa Xor Oyunları və Göteborq şəhəri üzvlərindən ibarət beynəlxalq komanda ilə birlikdə hazırlanmışdır.
İştirakçı ölkələr
[redaktə | vikimətni redaktə et]18 dekabr 2018-ci tarixində, yarışmada mübarizə aparacaq iştirakçı ölkələrin yekun rəsmi sayı Avropa Yayım Birliyi (EBU) tərəfindən açıqlanmışdır. Ev sahibi İsveçlə yanaşı, Norveç, İsveçrə və Şotlandiya ilk dəfə debüt edərkən, Avstriya, Estoniya və Macarıstan isə müsabiqədə iştirakdan imtina etmişdir.[1]
Yarışma qaydaları
[redaktə | vikimətni redaktə et]Avropa Yayım Birliyinə (EBU), üzv olan bütün ölkələr müsabiqədə təmsil olunmaq hüququna malikdirlər. Birinci hissədə, iştirakçı peşəkar xor, davam etmə müddəti dörd dəqiqədən[a] çox olmayan musiqi əsərini canlı ifa etməlidir. Hər bir əsər tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət ola bilər. İkinci hissədə isə,[b] üç dəqiqəlik müddətdən çox olmayan tək musiqi əsəri canlı ifa edilir. Hər bir təmsilçi xoru xüsusi dirijor müşayiət etməlidir.
2019-cu il müsabiqəsinin qalibi, üç nəfərdən ibarət hakim münsiflər heyəti tərəfindən təyin edilmiş və qələbə qazanan xora, xüsusi kubok təqdim olunmuşdur. Aşağıdakı siyahıda, müsabiqənin qalib xorunu müəyyənləşdirmiş, peşəkar münsiflər heyətinin adları göstərilmişdir:
- Birləşmiş Krallıq - Can Radır[c] (Bəstəkar, dirijor.)
- ABŞ - Diki Şern (Müğənni, rejissor, prodüser və aranjimançı.)
- İsveç - Katarinna Henrisson (Müğənni, bəstəkar, "The Real Group" kapella ansamblının qurucu üzvü.)
Müsabiqə
[redaktə | vikimətni redaktə et]Birinci hissə
[redaktə | vikimətni redaktə et]Çıxış sırası[2] | Ölkə[1] | Xor[1] | Əsər(lər)[3] | Dil(lər) |
---|---|---|---|---|
01 | İsveç | Zero8 | "Khorumi" | İsveçcə |
"Hej, dunkom så länge vi levom" | ||||
02 | Belçika | Almakalia | "Made in Belgium" (medley) | İngiliscə, Fransız |
03 | Latviya | Babīte Municipality Mixed Choir Maska | "Pērkontēvs" | Latış, İngilis |
04 | Almaniya | BonnVoice | "O Täler weit" | Almanca |
"Die Gedanken sind frei" | ||||
05 | Norveç | Volve Vokal | "Ønskediktet" | Norveç |
06 | Danimarka | Vocal Line | "True North" | İngilis |
07 | Şotlandiya | Alba | "Cumha na Cloinne" | Şotland Qael dili |
"Ach a' Mhairead" | ||||
"Alba" | ||||
08 | Sloveniya | Jazzva | "Spomenčice" | Slovencə |
09 | İsveçrə | Cake O’Phonie | "Chante en mon cœur" | Fransız, İtalyanca, İsveçrə almancası, Romanca və Patois |
"La sera sper il lag" | ||||
"Poi" | ||||
"Le ranz des vaches" | ||||
"La ticinella" | ||||
"Beresinaliedet" | ||||
"Chanson d'ici" | ||||
10 | Uels | Ysgol Gerdd Ceredigion | "Cúnla" | İrlandca |
"Ar Lan y Môr" | Uels dili |
Əsas mərhələ
[redaktə | vikimətni redaktə et]Qalib xorun təyin edildiyi ikinci hissədə, hər bir iştirakçı ölkə, 3 dəqiqəlik müddətdən çox olmayan tək sayda musiqi əsəri ilə mübarizə aparmışdır.
Çıxış sırası | Ölkə | Xor | Əsər | Dil(lər) | Dərəcə |
---|---|---|---|---|---|
01 | Latviya | Babīte Municipality Mixed Choir Maska | "Come, God!" | Latış | 2 |
02 | Danimarka | Vocal Line | "Viola" | Danca | 1 |
03 | Sloveniya | Jazzva | "Fly, Little Bird" | Slovencə | 3 |
Dirijorlar
[redaktə | vikimətni redaktə et]Avroviziya Xoru Müsabiqəsinin 2019-cu il buraxılışında, təmsilçi xoru müşayiət edən dirijorların ölkələr üzrə siyahısı aşağıda təqdim edilmişdir:[4]
Digər ölkələr
[redaktə | vikimətni redaktə et]- Fransa - Fransanın milli yayım şirkəti France Télévisions, əvvəlcə yarışmada debüt edəcəklərini təsdiqləsədə, təmsilçi xor qrupu ilə bağlı maddi-texniki problemlər səbəbilə son anda müsabiqədən çəkilmişdir.[5]
- Rumıniya - Rumıniya yayımçısı TVR təsdiqlənmiş siyahıya daxil edilsədə, daha sonralar iştirakdan imtina etmişdir.[6]
Qeydlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 "EBU - Eurovision Choir". www.ebu.ch. European Broadcasting Union. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2018.
- ↑ Granger, Anthony. "Eurovision Choir '19: Running Order for Grand Final Revealed". Eurovoix. 17 July 2019. 17 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2019.
- ↑ Granger, Anthony. "Eurovision Choir 2019 Songs Revealed". Eurovoix. 2 August 2019. 2 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2019.
- ↑ "Eurovision Choir 2019: Press Handbook" (PDF). EBU. 28 July 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 July 2019.
- ↑ Herbert, Emily. "France Withdraw from Eurovision Choir 2019". eurovoix.com. Eurovoix. 21 May 2019. 1 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2019.
- ↑ Granger, Anthony. "Romania: TVR Declined EBU Invite to Participate in Eurovision Choir of the Year". eurovoix.com. Eurovoix. 18 December 2018. 18 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2018.