Avqust inqilabı
Avqust inqilabı | |
---|---|
Yer |
Vyetnamda 1945-ci il Avqust inqilabı (vyet. Cách mạng Tháng Tám) — İkinci Dünya müharibəsinin sonunda Vyetnamda qısa müddət ərzində mövcud olmuş, yaponpərəst kukla rejimi olan Vyetnam imperiyasını devirən milli azadlıq inqilabı. Avqust inqilabı Vyetnam xalqının XIX əsrin ikinci yarısında ölkəni zəbt etmiş Fransa müstəmləkəçilərinə və 1940-cı ildə Vyetnamı özünə tabe etmiş yapon işğalçılarına qarşı apardığı mübarizənin nəticəsi idi.
Zəmin
[redaktə | vikimətni redaktə et]XIX əsrin ikinci yarısında Vyetnam Fransanın müstəmləkəsi olmuş, 1887-ci ildə yaradılmış Fransa Hind-Çin İttifaqının bir hissəsinə çevrilmişdir. Fransanın süqutundan qısa müddət sonra Hind-Çin müstəmləkə administrasiyası Yaponiyaya güzəştə getməyə məcbur olmuşdur. Fransa Hind-Çini Yaponiyanın iqtisadi və hərbi nəzarəti altına alınmışdı. Vyetnam ərazisinə imperiyanın hərbi birləşmələri daxil edilmiş və ölkədə faktiki olaraq Yaponiya ilə Vişi rejiminin birgə protektoratı qurulmuşdur. Buna baxmayaraq, rəsmi olaraq ölkədəki bütün hakimiyyət general-qubernator Dekunun başçılıq etdiyi Vişi administrasiyasının əlində qalmışdır.
1941-ci ilin mayında Ho Şi Minin başçılıq etdiyi Hind-Çin Kommunist Partiyasının VIII Plenumu keçirilmişdir. Burada "Vyetnam Müstəqillik Liqası" olan Vyetminin yaradılması haqqında rəsmi qərar qəbul edilmişdir. Onlar 1941–1944 -cü illərdə Yaponiya və Fransa əleyhinə təbliğat aparaq döyüş dəstələri və dəstək bazaları şəbəkəsi yaratmışdılar.
22 dekabr 1944-cü ildə Vo Nquyen Zyapın rəhbərliyi altında Kaobanq vilayətində Vyetnam Azadlıq Ordusunun (bundan sonra Vyetnam Xalq Ordusu) ilk silahlı təbliğat bölməsi yaradılmışdır. İki gün sonra – 24–25 dekabr 1944-cü il tarixlərində bu birləşmə ilk döyüşlərə girmişdir.
Yaponiya İmperator ordusunun qələbə dalğasından sonra Sakit okean əməliyyat teatrında müharibədə dönüş yaranmışdı. 1943 -cü ilin fevralından 1944-cü ilin oktyabrına qədər Sakit okeandakı adaların itirilməsi və 1944-cü ilin sonundan 1945-ci ilin əvvəllərinə qədər Ryukyu adaları və Filippin uğrunda gedən döyüşlərdə məğlubiyyət Yaponiya imperiyasının vəziyyətini daha da çətinləşdirmişdi. Bu vəziyyətdə Yaponiya işğalçı hakimiyyətləri milli azadlıq hərəkatı nümayəndələrinin dəstəyini almağa çalışırdı.
9 mart 1945-ci ildə Yaponiya qoşunları Hind-Çində dövlət çevrilişi[1] həyata keçirərək Fransa rejimini ləğv etmişdir.[2] İmperator Bao Day yaponların əlindən "müstəqilliyi" qəbul etməyə razılaşmış və Vyetnamı Fransa müstəmləkəsinə çevirən 1884-cü il müqaviləsini etibarsız elan etmişdir. Çevrilişdən dərhal sonra Vyetnam milliyətçi qüvvələri öz fəaliyyətlərini gücləndirmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Translations on North Vietnam, Volume 1, (1971), p. 39.
- ↑ Geoffrey C. Gunn. "Political Struggles in Laos, 1930-1954: Vietnamese Communist Power and the Lao Struggle for National Independence", Editions Duang Kamol, (1988), p. 108.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- William, J.Duiker. Vietnam: Nation in Revolution. Westview Press: Frederick A.Praeger. 1983. ISBN 978-0-86531-336-1.
- K., W.Taylor. A History of the Vietnamese. The Edinburgh Building, Cambridge CB2 8RU, UK: Cambridge university press. 2013. ISBN 978-0-521-87586-8.
- Peter, Worthing. Occupation and Revolution; China and the Vietnamese August Revolution of 1945. Institution of East Asian Studies University of California Berkeley, California 94720-2318: Institution of East Asian Studies University of California Berkeley. 2001. ISBN 978-1-55729-072-4.
- Stein, Tonnesson. Vietnam 1946:How the War Began. University of California Press, Berkeley and Los Angeles, California: University of California Press. 2010. ISBN 9780520944602.
- Jessica, M.Chapman. Cauldron of Resistance: Ngo Dinh Diem, the United States, and 1950s Southern Vietnam. Cornell University Press, Sage House, 512 East State Street, Ithaca, New York 14850: Cornell University Press. 2013. ISBN 978-0-8014-5061-7.
- Craig, A.Lockard. Southeast Asia World History. 198 Madison Avenue, New York, New York 10016: Oxford University Press. 2009. ISBN 978-0-19-516075-8.
- Robert, Shaplen. The Lost Revolution:Vietnam 1945-1965. The Trinity Press, Worcester, and London: The Trinity Press. 1966.
- William, J.Duiker. The Communist road to power in Vietnam. 2465 Central Avenue, Suite 200 Boulder, CO 80301: Westview Press. 1981. ISBN 978-0-89158-794-1.
- David, G.Marr. Vietnam 1945: The quest for power. Berkeley & Los Angeles, California: University of California Press. 1995. ISBN 978-0-520-07833-8.
- Huynh, Kim Khanh. Vietnamese August Revolution Reinterpreted. Journal of Asian Studies 30,4. August 1971.
- Peter, Zinoman. Colonial Prisons and Anti-Colonial Resistance in French Indochina: The Thai Nguyen Rebellion, 1917. (ingilis). Modern Asian Studies, Vol. 34, No. 1. Feb 2000.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Большая советская энциклопедия: Августовская революция 1945 во Вьетнаме.
- Труонг Шин. Августовская революция во Вьетнаме. М.: Издательство иностранной литературы, 1954
- Truong, Chinh. The AugustRevolution (PDF). (naməlum dil).
- Mark, Bradley. Making Revolutionary Nationalism: Vietnam, America and the August Revolution of 1945. (journal) (ingilis).