Auxer süsəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Auxer süsəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Auxer süsəni (lat. Iris aucheri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Auxer süsəni(Iris aucheri) çoxillik ot bitkisidir. Boyu 10-20 sm olur. Kökümsov gövdəsi yumurtavaridir. 1,5-2,5 sm böyüklüyündədir. Çiçəkləri tək olub, zirvədə yerləşir. 4-5-ci aylarda çiçək açır.

Əsasən Samur-Şabran düzənliyində, Qobustanda, Qubanın quru yerlərində, Kür-Araz düzənliyindən başlamış orta dağ qurşağına kimi kolluqlarda, meşələrdə açıq sahələrdə çox az miqdarda bitir.