Auşra Auqustinaviçyute
Auşra Auqustinaviçyute | |
---|---|
lit. Aušra Augustinavičiūtė | |
Doğum tarixi | 4 aprel 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 2005 (78 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | psixologiya |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Auşra Auqustinaviçyute (lit. Aušra Augustinavičiūtė; 4 aprel 1927, Kaunas – 19 avqust 2005, Vilnüs) — Litva alimi, iqtisadçısı, sosioloqu, psixoloqu. O, sosiologiyanın yaradıcılarından olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Auşra Auqustinaviçyute 4 aprel 1927-ci ildə Litvanın Kaunas şəhəri yaxınlığında, kitab naşiri ailəsində anadan olmuşdur. 1956-cı ildə Vilnüs Universitetinin İqtisadiyyat fakültəsini maliyyə ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdən sonra Litva SSR Maliyyə Nazirliyində işləmişdir. Vilnüsdəki məktəblərdə siyasi iqtisaddan dərs demişdir. 1968-ci ildə Vilnüs Universitetinin Ailəşünaslıq fakültəsinin dekanı olmuşdur. Auqustinaviçyute 19 avqust 2005-ci ildə, 78 yaşında vəfat etmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Auqustinaviçyute 1960-cı illərdə Sovet İttifaqında sosiologiyanı öyrənməyə başlayan ilk şəxslərdən biri idi.[1] O, həmçinin ailə münasibətləri problemlərini öyrənmiş, seksologiya ilə məşğul olmuşdur.[2][3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Резервы воспроизводства рабочей силы в семейном быту", Аугустинавичюте А. // "Социологические проблемы взаимодействия личности и социальных групп в условиях развитого социалистического общества". Материалы к научной конференции, Вильнюс, 1977 г.
- ↑ Аугустинавичюте А., Цукерманас Л., "Вопросы пола и психогигиены половой жизни — 1980 г." // "Культура семейных отношений". Москва, 1980 г.
- ↑ Аугустинавичюте А. "Бюджет семьи и воспитание детей" // "Культура семейных отношений". Москва, 1980 г.