Atsuşi Nakacima

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atsuşi Nakacima
yap. 中島 敦
Doğum tarixi (115 yaş)
Doğum yeri Tokio, Yaponiya imperiyası
Vəfat tarixi 4 dekabr 1942(1942-12-04)[1][2] (33 yaşında)
Vəfat yeri 4.12.1942
Vəfat səbəbi bronxial astma
Milliyyəti yapon
Təhsili
  • Tokio İmperiya Universiteti[d]
Fəaliyyəti romançı, yazıçı
Əsərlərinin dili yaponca
İstiqamət qısa hekayələr, roman
Tanınmış əsərləri "İşıq, külək və arzular"
Vikimənbənin loqosu Atsuşi Nakacima Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atsuşi Nakacima (中島敦?, 5 may 1909[1][2]4 dekabr 1942[1][2])Yaponiya yazıçısı.

Atsuşi Nakacima Yaponiyanın paytaxtı Tokio şəhərində 5 may 1909-cu ildə anadan olmuşdur. Atası klassik Çin dilində ixtisaslaşmış mütəxəssis idi və həvəsini oğluna da ötürmüşdü. Nakacima uzaq tarixdə baş verən poetik qısa hekayələrə görə tanınır.

Nakacima 1941-ci ildə yapon dili müəllimi kimi Palauya göndərilmiş, lakin şiddətli bronxial astmadan əziyyət çəkdiyi üçün 1942-ci ildə Yaponiyaya dönmüşdür. 4 dekabr 1942-ci ildə pnevmoniyadan vəfat etmişdir. Əsas əsərləri Robert Stevensonun həyatından bəhs edən "İşıq, külək və arzular" romanı və Mikroneziya haqqında mübahisəli qısa hekayələrdir. Qısa hekayələrindən ibarət olan "Dağlar üzərində ay" əsəri Pol Makkarti və Nobuko Oçner tərəfindən ingilis dilinə tərcümə edilmişdir.[3]

  1. 1 2 3 中島敦 // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 3 Nakajima Atsushi // Babelio (fr.). 2007.
  3. Cozy, David. "Legends of the Middle Kingdom - The Japan Times". The Japan Times. 29 May 2011. 21 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]