Atiyə Sultan
Atiyə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1824 |
Doğum yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 11 avqust 1850 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Mahmud türbəsi, İstanbul |
Fəaliyyəti | əsilzadə |
Atası | II Mahmud |
Anası | Pərviz-fələk Sultan |
Həyat yoldaşı | Əhməd Fəthi Paşa |
Uşaqları |
Səniyə xanım Sultan Fəridə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Atiyə Sultan (2 yanvar 1824, İstanbul – 11 avqust 1850, İstanbul) — 30. Osmanlı sultanı II Mahmudun qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Atiyə Sultan 2 yanvar 1824-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Mahmud, anası isə Pərviz-fələk Sultandır. Ondan yaşca kiçik 2 doğma bacısı dünyaya gəlsə də, bunlardan Xədicə Sultan 17 yaşında, Fatma Sultan isə cəmi bir yaşında ikən vəfat etmişdir. 1839-cu ildə atası vəfat etdi və ögey qardaşı Sultan Əbdülməcid taxta çıxdı. Cəmi bir il sonra 8 yanvar 1840-cı ildə qardaşı onu Rodoslu Əhməd Fəthi Paşayla nişanladı. Həmin ilin 25 iyununda şeyxülislam Mustafa Asım Əfəndi tərəfindən nigahlanan cütlüyün toy mərasimi 7 avqust 1840-cı ildə Dolmabağça sarayında baş tutdu və yeddi gün boyunca davam etdi.
Mərasimin ardından Arnavutköy sahilsarayında yaşayan cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. Ancaq əri Əhməd Fəthi Paşa daha öncə Ayşə Şəmsinur (ö. 4 iyul 1881) adlı bir xanımla evliydi və bu nigahdan 4 övladı vardı. Bu səbəblə ərini qısqanan Atiyə Sultan onun başqa yerdə gecələməsini qadağan etmişdi. Hətta işləri səbəbilə sarayda qalmadığı gecələr Atiyə Sultan paşanın Quzquncuq səmtindəki evinə adam yollayaraq onun orda olub-olmadığını yoxlayarmış.
Atiyə Sultan 11 avqust 1850-ci ildə vəfat etdi və cənazəsi Sultan Mahmud türbəsinə atasının yanına dəfn olundu. Ölümünün ardından ərinin səyləriylə, ögey oğlu Mahmud Cəlaləddin Paşa qardaşı qızı Cəmilə Sultanla nigahlandı.
Övladları
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 81 n. 58. ISBN 978-0-292-78335-5
- Aracı, E. (2006). Donizetti Paşa: Osmanlı sarayının İtalyan maestrosu. Sanat dizisi. Yapı Kredi Yayınları. p. 113. ISBN 978-975-08-1153-1
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
- Şehsuvaroğlu, Halûk Y. (1948-10-30). "Arnavutköy sahilsarayı (Boğaziçi lisesi)"