Asiyalıların Uqandadan qovulması
Asiyaların uqandadan qovulması (ing. Expulsion of Asians from Uganda) — Uqanda prezidenti İdi Amin tərəfindən 1972-ci ilin avqust ayında ölkədə yaşayan Asiya kökənli şəxslərin Uqandadan deportasiya edilməsi barədə qərar qəbul etməsindən sonra baş vermiş proses.[3] 1971-1979-cu ildə Uqandanı vahid güc formasında idarə etmiş və Qərb tərəfindən diktator olaraq qəbul olunan İdi Amin ölkə dəyərlərini və iqtisadiyyatını xilas etmək naminə Uqandadan yaşayan bütün asiya kökənli şəxslərə ölkədən çıxmaq üçün 90 gün vaxt vermişdir. Deportasiya kompaniyası əsasən Hindistandan gəlmiş və ölkədə ticarətlə məşğul olan qucaratlılara şamil olunmuşdur. Ümumiyyətlə, sözügedən qərardan sonra 80 minə yaxın şəxsin ölkədən məcburi çıxmaq məcburiyyətində qaldığı təxmin edilir.[4][5]
Uqandada qalmasına icazə verilən əcnəbilərin bir çoxu mövcud qərardan sonra ölkəni könüllü tərk etməyə üstünlük vermişdir.[6] İdi Amin korrupsiya hallarına qarşı mübarizə və xalqın təhlükəsizliyinin qoruması üçün asiyalıların deportasiya olunmasını zəruri hesab etmiş və bu addımı atması ilə Uqandanı əsil sahiblərinə qaytardığını fikirini müdafiə etmişdir.
Deportasiyalar nəticəsində ölkədən çıxmaq məcburiyyətində qalan şəxslərin 27.200 nəfəri keçmiş Böyük Britaniya müstəmləklərinə getmək məcburiyyətində qaldılar. 6.000 nəfər Kanada, 4.500 nəfər Hindistan və 2.500 nəfər mühacir Keniyaya sığınmışdır. Ümumilikdə asiyalılara məxsus olan 5.655 şirkət, təsərrüfat sahəsi, ticarət və iaşə obyektləri onlardan müsadirə olunaraq etnik baxımından yerli olaraq qəbul edilmiş vətəndaşlara paylanmışdır.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ullman, Richard H. "Human Rights and Economic Power: The United States Versus Idi Amin". Foreign Affairs. April 1978. 2015-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2018.
The most conservative estimates by informed observers hold that President Idi Amin Dada and the terror squads operating under his loose direction have killed 100,000 Ugandans in the seven years he has held power.
- ↑ Keatley, Patrick. "Obituary: Idi Amin". The Guardian. London. 18 August 2003. 27 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2008.
- ↑ "1972: Asians given 90 days to leave Uganda". British Broadcasting Corporation. 7 August 1972. 29 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2016.
- ↑ Srinivas, K. "Hopes soar among Ugandan Asians as Idi Amin's dictatorial regime falls". India Today. February 28, 2014. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
- ↑ Vashi, Ashish; Jain, Ankur. "Gujaratis survived Idi Amin, fuelled East Africa's economy". The Times of India. October 22, 2008. May 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2019.
- ↑ 1 2 Jørgensen, 1981. səh. 285–290