Asif Ağayev
Asif Ağayev | |
---|---|
30 oktyabr 2018 – 6 iyun 2024 | |
Əvvəlki | Vaqif Abdullayev |
Sonrakı | Əziz Əzizov |
15 fevral 2013 – 30 oktyabr 2018 | |
Əvvəlki | Asif Məmmədov |
Sonrakı | Tahir Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri | |
Partiya | |
|
|
Təltifləri |
Asif Əzizağa oğlu Ağayev (1961, Ulacalı, Sabirabad rayonu) — Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Şamaxı Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur.[1] 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlamışdır. Sonralar "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.[2][3]
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.[4]
YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İcra hakimiyyətinin başçısı". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-30.
- ↑ "A. Ə. Ağayevin Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
- ↑ A. S. Məmmədovun Şamaxı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 15 fevral 2013-cü il. [ölü keçid] və A. Ə. Ağayevin Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 15 fevral 2013-cü il. [ölü keçid]
- ↑ "A.Ə.Ağayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-06-10.