Arta
Arta | |
---|---|
38°54′ şm. e. 48°20′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 641 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır.[2]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi təqribən 45-50 nəfərdir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Arta kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilikdə kartof,buğda,arpa və eləcə də bostançılıq xüsusi yer tutur. Maldarlıqda isə qoyun və inək daha üstünlük təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Arta // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |