Arslan Yabqu
Naviqasiyaya keç
Axtarışa keç
Arslan Yabqu | |
---|---|
Doğum tarixi | X əsr |
Vəfat tarixi | 1032 |
Vəfat yeri | |
Uşağı | |
Atası | Səlcuq bəy |
Arslan Yabqu — Səlcuq bəyin oğlu, Oğuz bəyi, sərkərdə.
1025-ci ildə Qaraxanlı Qədir xan və Sultan Mahmud bir araya gələrək, oğuzların Mavarünnəhrdən qovulması barədə razılığa gəldilər. Onların planı əsasında oğuzların rəhbəri Arslan Yabqu danışıqlar adı altında Səmərqəndə dəvət edildi. O, Səmərqəndə gələn kimi həbs edildi. Sonra Arslan Yabqunu Hindistana sürgün elədilər. O, bir qalada 7 il həbsdə qaldı və 1032-ci ildə orada vəfat etdi. Bundan sonra başsız qalan oğuzlar (türkmənlər) çöllərə dağıldılar. Ancaq Toğrul bəy və Çağrı bəy çətinliklə onları bir yerə yığa bildilər. Bu arada 4 min oğuz ailəsi qəznəlilərdən icazə alaraq Xorasana getdi. Buradan da onların bir hissəsi İraqa köç edərək orada məskən saldılar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ṣadr-al-Din Ḥosayni, Aḵbār al-dawlat al-saljuqiya, Türkçe çeviri. Necati Lügal, Ahbâr üd-devlet is-selçukiyye, Ankara, 1943.
- Moḥammad b. ʿAli Rāvandi, Rāḥat al-ṣodur wa āyat al-sorur dar tāriḵ-e Āl-e Saljuq, ed. Moḥammad Eqbāl, rev. ed., Mojtabā Minovi, Tehran, 1985.
- Tāriḵ-e Sistān, ed. Malek-al-Šoʿarāʾ Bahār, Tehran, 1987.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1]
- Abdülkerim Özaydın. Arslan bin Selçuk. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi