Armen Ayvazyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Armen Ayvazyan
erm. Արմեն Այվազյան
Doğum tarixi (60 yaş)
Doğum yeri İrəvan, Ermənistan
Milliyyəti erməni
Fəaliyyəti yazıçı, tarixçi, politoloq
Elmi dərəcələri
  • tarix elmləri namizədi[d] (1992),
  • siyasi elmlər doktoru[d] (2004)
hayq.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Armen Ayvazyan (erm. Արմեն Այվազյան) – erməni tarixçisi və politoloqu, "Ararat" strateji araşdırmalar mərkəzinin rəhbəri, İrəvanda yerləşən və gədim əlyazmaların saxlandığı elmi-tədqiqat mərkəzinin (Matenadaran) baş elmi işçisi. Ayvazyan 14 may 1964 – cü ildə İrəvanda anadan olub. 1992 – ci ildən tarix elmləri namizədi, 2004 – cü ildən isə siyasi elmlər doktorudur. 1992 – ci ildən 1994 – cü ilə kimi Ermənistan prezidentinin köməkçisi, Ermənistan xarici işlər nazirinin müşaviri, ATƏT – dəki Ermənistan nümayəndə heyətinin sədri kimi çalışıb. Bir sıra ABŞ universitetlərində fəaliyyət göstərib; 1995 – ci ildə Karneqi korporasiyasının qrantı əsasında "Konfliktlərin analizi və həlli" proqramı çərçivəsində (Sirakuz universitetinin, (Syracuse University) Maksvel Vətəndaşlıq və İdarəçilik məktəbində); 1997 – 98 – ci illərdə Fulbraytın (The Fulbright Program) qrantı əsasında Stanford universitetinin Rusiya və Şərgi Avropa araşdırmaları mərkəzində çalışıb.

2000–2001 – ci illərdə Aleksandr Onasis fondunun qrantı əsasında ELIAMEP (Hellenic Foundation for European & Foreign Policy) fondunda çalışıb. Armen Ayvazyan həmçinin Ermənistandakı Amerikan universitetində (American University of Armenia) Politologiya və Beynəlxalq münasibətlər fakultəsində dəvət olunmuş professor kimi çalışıb, həmçinin İrəvan Dövlət universitetində və Ermənistan Dövlət İdarəçilik Akademiyasının politologiya kafedrasının professoru kimi çalışıb. Ayvazyan 2004–2005 – ci illərdə Avropa Komissiyasının maliyələşdirdiyi "Ermənistanda korrupsiyanın hüquqi və sosial səbəblərinə qarşı kompaniya" qrupunun rəhbəri olub. Öz elmi işlərində Ayvazyan qərbdəki siyasi və elmi dairələri Ermənistan tarixini bilərəkdən saxtalaşdırmaqda ittiham edir. Ayvazyan müəllifi olduğu "Amerikan tarixşünaslığında Ermənistan tarixinin işıqlandırılması (Tənqidi baxış)" əsərində bir sıra məşhur Amerikan ermənişünaslarını və qafqazşünaslarını kəskin tənqid edir, tənqid olunanların içərisində Ronald Süni, Robert Tompson, Ceyms Rassel, Riçard Hovanisyan və digərlərini göstərmək olar[1]. Armen Ayvazyan 2003 – cü ilin 15-20 sentyabrında İrəvanda keçirilən Ermənişunasların ilk beynəlxalq konqresinə dəvət almayan yeganə tarixçi olub[2]. 2003 – cü ilin dekabrında İrəvan dövlət universitetində baş tutan Armen Ayvazyanın doktorluq dissertasiyasının müdafiəsi tam uğursuzluğa düçar olmuşdur.

Ayvazyana müsbət münasibət bəsləyən erməni mətbuatı qeyd edir ki, "Ermənistanda onun baxışlarını çox az sayda tarixçi" dəstəkləyir. Ayvazyan Ermənistanda və xarici ölkələrdə nəşr olunmuş bir çox məqalənin və monoqrafiyanın müəllifidir.

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1. Erməni kimliyinin əsasları: Ordu, dil, dövlət (2007)
  • 2. "Pro Patriya" seriyası II cild. Strategiya və Təhlükəsizlik məsələləri. tərtibçi və redaktor Armen Ayvazyan. İrəvan (2007).
  • 3. "Pro Patriya" seriyası. I cild "Ermənistanın azad olunmuş əraziləri və Qarabağ münaqişəsinin həlli" Məqalələr toplusu, tərtibçi və redaktor Armen Ayvazyan. İrəvan (2006).
  • 4. Belnəlxalq antikorrupsiya təcrübəsinin antalogiyası, tərtibçi və müəllif Armen Ayvazyan. Q. Yaziçyanın redaktəsi altında İrəvan (2006).
  • 5. Dəyişən beynəlxalq elmi aləmdə Ermənişunaslığın inkişaf strategiyası, "Hayastan" (xüsusi buraxılış) № 3 (5) (sentyabr, 2005).
  • 6. Ermənistan milli təhlükəsizlik doktrinasına aid əsas elementlər. (2003) ikinci əlavə erməni dilində 2004 – cü ildə nəşr olunub.
  • 7. XVIII əsr erməni milli hərəkatında erməni kilsəsi. (2003 – cü il, erməni dilində)
  • 8. Ana dili və millətçiliyin yaranması. Erməni və Avropa mənbələrinin nisbi müqayisəsi. (2001 – ci il erməni dilində).
  • 9. IV-V əsrlərdə erməni döyüşçülərinin şərəf kodeksi. (2000 – ci il, erməni və rus dillərində)
  • 10. Ermənistan tarixninin amerikan tarix elmində işıqlandırılması: tənqidi baxış. (1998 – ci il, erməni dilində).
  1. http://www.hayq.org/upload/files/Armenian_BraveWarrior_RUS.pdf Arxivləşdirilib 2014-08-21 at the Wayback Machine В ВИЗАНТИИ ПОНЯТИЯ "АРМЯНИН" И "ХРАБРЫЙ ВОИН" БЫЛИ СИНОНИМАМИ
  2. http://www.regnum.ru/allnews/159139.html Arxivləşdirilib 2009-05-13 at the Wayback Machine "Интеллектуальная агрессия против армянской научной мысли финансируется Госдепом США", отмечают участники международного конгресса арменоведов