Arizona sərvi
Arizona sərvi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Arizona sərvi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır. Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20–25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir.
Toxumla və qələmlə çoxalır. Arizona sərvinə istənilən formanı vermək olur. Yaşıllıqlarda qrup halında, tək-tək və xiyaban əkinlərində istifadə edilir.
Çin təbabətində toxumlarından hazırlanmış məhlulunda, qara ciyərin fəaliyyətinin stimullaşdırılmasında, damaq qanaxmasında, əzələ ağrılarında istifadə edilir. Mərdəkan Dendrarisi ndə introduksiya edilmişdir. Abşeronda bağ və parklarda rast gəlinir.
Sinonim
[redaktə | mənbəni redaktə et]- Callitropsis arizonica (Greene) D.P.Little
- Cupressus arizonica var. arizonica
- Cupressus arizonica var. bonita Lemmon
- Cupressus arizonica var. compacta C.K.Schneid.
- Cupressus arizonica f. compacta (C.K.Schneid.) Rehder
- Cupressus arizonica f. glauca (Woodall) Rehder
- Cupressus arizonica f. glomerata Martínez
- Cupressus arizonica f. minor Martínez
- Cupressus arizonica var. revealiana Silba
- Cupressus arizonica subsp. revealiana (Silba) Silba
- Cupressus benthamii var. arizonica (Greene) Mast.
- Cupressus lusitanica subsp. arizonica (Greene) Maire
- Hesperocyparis arizonica (Greene) Bartel
- Hesperocyparis revealiana (Silba) Silba
- Neocupressus arizonica (Greene) de Laub.[1]
Növ müxtəlifliyi
[redaktə | mənbəni redaktə et]- Cupressus arizonica var. glabra (Sudw.) Little
- Cupressus arizonica var. montana (Wiggins) Little
- Cupressus arizonica var. nevadensis (Abrams) Little
- Cupressus arizonica var. stephensonii (C.B.Wolf) Little
Məlumat mənbələri:
[redaktə | mənbəni redaktə et]Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.
- ↑ Arizona sərvi:''The Plant List saytında takson barədə məlumat. (ing.)