Arif Heydərov
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Arif Heydərov | |
---|---|
24 mart 1970 – 29 iyun 1978 | |
Əvvəlki | Məmməd Əlizadə |
Sonrakı | Cəfər Vəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | qətlə yetirilib |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Nəzər Heydərov |
Rütbəsi | general-leytenant |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976).
Həyatı
[redaktə | mənbəni redaktə et]Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov Neft Trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya Müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967–1970-ci illərdə Türkiyədə konsul, 1970–1978-ci illərdə Azərbaycan SSR daxili i̇şlər naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı idi.[1]
Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib.[2] Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür. Qəzetlərə "xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur" ifadəsi ilə çıxmışdır.[3]
Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin "Qırmızı Bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu. Adına Bakıda tanker, küçə, hospital və məktəb vardır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Nəzər Heydərovun oğludur
- Qaçay Heydərovun qardaşıdır
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Һејдәров Ариф Нәзәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 161–162.Һејдәров Ариф Нәзәр оғлу&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000018-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-0000001C-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-00000021-QINU`"'С. 161-162&rft.pub='"`UNIQ--templatestyles-0000001D-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1987&rfr_id=info:sid/az.wikipedia.org:Arif Heydərov" class="Z3988">
- ↑ "Gözlənilməyən bir qətlin tarixçəsi" ( (az.)). azadliq.org. 2009-10-05. 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
- ↑ "XX yüzillik. Faktlar, hadisələr və insanlar, 1978-ci il". YouTube. İctimai TV. 2024-01-31. 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 28 iyunda doğulanlar
- 1926-cı ildə doğulanlar
- 52 yaşında vəfat edənlər
- 29 iyunda vəfat edənlər
- 1978-ci ildə vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Sovet milislərinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ağdaşda doğulanlar
- Bakıda vəfat edənlər
- Azərbaycan generalları
- Azərbaycanlı generallar
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan SSR daxili işlər nazirləri
- Çilingərlər
- Azərbaycanda qətlə yetirilənlər