Areal dilçilik
Naviqasiyaya keç
Axtarışa keç
Areal dilçilik (və ya dilçilik coğrafiyası) – dil hadisələrinin yayılma məkanını öyrənən dilçilik sahəsi. XIX əsrdə meydana gəlmişdir. Areal dilçiliyin yaranması, əsasən, alman alimi İ.Şmidtin adı ilə bağlıdır. J.Jilyeron, M.Bartoli, C.Bon Fante, K.Yaberq, Y.Yud və başqalarının da bu sahədə sanballı tədqiqatları var. Areal dilçilik nümayəndələrinin fikrincə, dildə hər cür yeniliyin meydana gəlməsi dillərin qarşılaşmasının nəticəsidir və buna əsasən dünyanın dilçilik xəritəsini tərtib etmək, dillərin yayılma coğrafiyasını müəyyənləşdirmək mümkündür. Areal dilçilik daha çox dialektləri və şivələri öyrənir. [1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 601. ISBN 978-9952-441-02-4.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2009&rft.isbn=978-9952-441-02-4&rfr_id=info:sid/az.wikipedia.org:Areal dilçilik" class="Z3988">