Arch Enemy
Arch Enemy | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
det metal Melodik det metal treş-metal |
Fəaliyyət illəri | 1996—h.h. |
Ölkə | İsveç |
Şəhər | Halmstad |
Leybl | Century Media Records |
Heyət |
Alissa Vayt-Qlats Mayk Emott Nik Kordl Şarli D’Ancelo Daniel Erlandsson |
Keçmiş üzvlər |
Xristafor Amott Yohan Liva Martin Benqtsson Piter Vildur Fridrik Akesson |
Digər layihələr |
Armageddon Candlemass Carcass Carnage Dismember Eucharist In Flames Liers in Wait Mercyful Fate Mistress Opeth Sinergy Spiritual Beggars Witchery |
archenemy.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Arch Enemy — 1996-cı ildə İsveçin Halmstad şəhərində yaranmış melodik death metal qrupudur. Mayk Amott, Carcass'ın dağılmasının ardından, 1995-ci ildə İsveçin Halmstad şəhərində açdığı bir musiqi mağazasını işlədirdi. Hətta Mayk həmin dövrdə Soilwork'ün ilk albomunun çıxması üçün qrupu musiqi şirkətləri ilə tanış etmiş və bunun nəticəsində Soilwork'ün karyerasını başlatmışdır. Bu sıralarda öz adına bir qrup qurmağa qərar verən Mayk, qısa müddətdə bir ulduzlar heyəti meydana gətirdi və ilk albom hazırlıqlarına başladı. İkinci gitarist olaraq Armageddon qrupunun gitaristi və qardaşı olan Xristafor Amott'u qrupa qatan Mayk, bas gitarist olaraq Viçeri, İluill və Mercyful Fate'də də çalmış olan Şarli d'Angelo'nu, perkusiyaçı olaraq da Euçarist və In Flames'də da olan və At The Gates perkusiyaçısı Adrian'ın da qardaşı olan Daniyel Erlandsson'u qrupa qatdı. Vokalist əskikliyini isə o günə qədər adı eşidilmiş bir qrupda yer almamış olan Yohan Liiva ilə doldurdu.
Bu ulduzlar heyətiylə şirkət tapmaqda çətinlik çəkən Arch Enemy, Century Media Records ilə razılaşaraq 1996-cı ildə "Black Earth" albomunu satışa çıxartdı. Melodik və bir o qədər də sərt mahnıların yer aldığı bu albom, qısa müddətdə qrupun adını eşitdirməsini təmin etdi. Albomda həm də Iron Maiden "Ides of March" coveri də yer alırdı. "Bury Me An Angel" mahnısına çəkilən klip və uzaq şərq turundan sonra qrup ikinci albomunun işlərinə başladı.
1998-ci ildə, ikinci albom "Stigmata" satışa çıxarıldı. Barabanşik Daniel'in bəzi problemləri səbəbindən yer ala bilmədiyi bu albomda barabanlar, sonradan adını daha çox eşitdirəcək olan Darkane'in barabanşiki Piter Uildoer tərəfindən çalınmışdı. Həmin vaxtlarda In Flames'in "Colony" albomundakı baraban vəzifəsini də öhtəsinə götürən Uildoer, 2000-ci illərdə, bəzi təbəqələr tərəfindən İsveçin ən yaxşı metal barabanşiki olaraq qiymətləndirilirdi.
"Stigmata" albomu, ilk albomun müvəffəqiyyətini aşaraq qrupu xüsusilə Yaponiyada çox sevilən bir qrup halına gətirdi. Qrup, Avropa paylaşdırılmasını edən Century Media'dan sonra, Yaponiya paylaması üçün də Toys Factory ilə razılaşdı. Qrup "Stigmata" albomunun ardından In Flames, Dark Tranquillity və Children Of Bodom'un alt qrupu olaraq bir çox konsert verdi. Albomun Yaponiya üçün olan yayımında "Damnation's Way" (Michael Amott'un ən sevmədiyi Arch Enemy mahnısı) və Chris Amott tərəfindən yazılan "Hydra" adlı qısa bir instrumantal mahnı da var idi.
Qrup 1999-cu ilə gəldikdə istehsal sürətini heç kəsmədən "Burning Bridges" adlı albomunu yayımladı. Qrup bir çox ulduzdan ibarət olduğu üçün və satışının stimullaşdırılması çox yaxşı edildiyindən, çıxardığı hər albom olduqca çox satırdı. Bu səbəblə də qrup hər il bir albom çıxarırdı. "Burning Bridges"; məşhur Studio Fredman'da Fridrik Nordström ilə hazırlanmışdı. Albomda "Burning Bridges" mahnısında əlavə musiqiçi olaraq mellotron çalan və illər sonra Opeth'in "Damnation" turnesinde də orq çalaraq qrupa yoldaşlıq edəcək olan Per Viberg də var idi.
Bu albomda qrup daha melodik, yadda qalıcı və daha asan aydın mahnılar yazmış, ancaq hər zamankı texniki elementləri və mükəmməl sololarını da istifadə etmişdi. Albomda Yaponiya bonusu olaraq da Europe coveri "Scream of Anger" da yer almışdı. Mətbuatda "musiqiçilər qrupu" olaraq xarakterizə edilən qrupda tənqid olunan tək bir nöqtə var idi. O da vokalist Johan Liiva'ydı. Bəzi tənqidçilər məsələni "professorların arasında bir şagird" deyə təyin edib, Liiva'nın vokal performansının qrupun ümumi havasının çox altında olduğunu deuirdilər. Xüsusilə Stigmata albomunun hazırlıq dövrü səsi tutulan Liiva, bu albomda istədiyi performansı göstərə bilməmişdi. Bütün bu tənqidlər, Mayk Amott'u da düşünməyə sövq etdi və qrup Johan Liiva ilə yollarını ayırdı. Ayrıldıqdan sonra Johan Liiva: "Qrupdan ayrıldığıma təəssüf edirəm əlbəttə, amma həyatımda ilk dəfə belə böyük bir qrupda yer almış olduğum üçün çox xoşbəxtəm. Onlara uğurlar diləyirəm." deyirdi.
Vokalist axtarmaq üçün verilən arada qrup "Burning Japan" adlı ilk konsert albomunu satışa çıxardı. 2000-ci ildə çıxan bu albomda qrup, dünyada ən çox sevildiyi ölkə olan Yaponiyadakı pərəstişkarlarına unudulmaz bir konsert verdi. Qrup, vokalist namizədlərini dinləyərək bir müddət yeni vokalistini tapmağa çalışdığı zaman, Almaniyadan gələn bir kaset, qrupun bütün gündəmini dəyişdirdi.
"Səsyazmanı dinlədikdən sonra, mahnı oxuyan adamın adının Anqela olduğunu gördüm. Səsyazmadakı vokalist bir qadın idi, inana bilmədim. Bir dəfə də dinlədim və ardından qrupdakı digər uşaqları çağırıb onlara da dinlətdim." deyirdi Mayk Amott. Bütün qrupu şok edən bu səsin sahibi, Alman qadın vokalist Anqela Gossov iddi. O vaxtlarda bir neçə kiçik qrupda vokalistlik və internetdəki bəzi metal saytlarında redaktorluq edən Anqela, elə göndərdiyi səsyazmanın ardından, dərhal İsveçə dəvət edildi və bir neçə sınaq sonrası qrupun rəsmi üzvü oldu.
Qrup yeni vokalistinə qovuşduqdan dərhal sonra, 2002-ci ildə "Wages of Sin" albomuna imza atdı. Əslində 2000-ci ildə tamamlanmış olan albom, vokalist axtarışı səbəbiylə 2002-ci ildə satışa çıxarıla bildi. Qrup bu albomda da Studio Fredman-ı istifadə etdi. Albomun miksajını isə dünyaca məşhur olan prodüser Endi Snep edirdi. Opeth və Nevermore ilə də bir çox müvəffəqiyyətli alboma imza atan Snep, "Wages of Sin" albomunu qüsursuz bir səs keyfiyyətinə və əla təşkil edilmiş mahnılarla dolu bir alboma çevirdi.
Qrup Anqela Gossov vasitəsiylə adını böyük bir sürətlə eşitdirməyə başladı. Metal dünyasında saylı olan qadın vokalist, hər daim metal mətbuatının marağına səbəb olmuşdu. Eyni vəziyyət Anqela'da da yaşandı və Anqela, bir-birinin ardınca bir çox əhəmiyyətli musiqi jurnalının üz qabığında yer aldı və bu sayədə qrup böyük bir reklam olundu.
Albom Yaponiyada satışa çıxarıldığı ilk həftə 22.000 sataraq bir metal albomu üçün çatılması çətin bir müvəffəqiyyət əldə etdi. "Ravenous" mahnısına klip də çəkilən albomda xüsusilə Anqela; bir çox musiqi sevərlərin ağlını başından alan vokalıyla, brutal vokal edən minlərlə musiqiçini kölgədə buraxır, bir qadından çıxa biləcəyinə inanılamayan möcüzə bir performans sərgiləyir, hətta bir çox Arch Enemy pərəstişkarını da özünə aşiq edirdi.
Qrup daha sonra cover və bonus mahnıların yer aldığı "Rare & Unreleased" adlı CD ilə birlikdə, cüt CD'li bir "Wages of Sin" albomunu da satışa çıxardı. Bu əlavə CD'nin içində Judas Priest'dən "Starbreaker", Iron Maiden'dən "Aces high", Europe'dan "Scream Of Anger" coverlarından əlavə, "Lament of a Mortal Soul", "Diva Satanica", "Fields of Desolation '99", "Damnation s Way" və "Hydra" kimi bonus mahnılar və "Ravenous" videosu da yer alırdı. Bu sıralarda Yapon Caparison firması, qrupun gitaristlərindən Christopher'ın imzalı gitara seriyasını istehsal etməyə başladı.
2003-ci ilə gəldikdə, Amerikanı, Uzaq Şərqi və Avropanı dəfələrlə turlayan qrupun beşinci studiya albomu "Anthems of Rebellion" satışa çıxır və çıxdığı ilk həftə Century Media Records tarixinin ən sürətli satılan albomu halına gəlir. Albomun üz qabığının dizaynını, əvvəlki albomda olduğu kimi Dark Tranquillity'dən Niklas Sundin hazırladı. Prodüserliyini yenə Endi Snep'in etdiyi albomdan "We Will Rise" mahnısına da klip çəkildi. Digi-pack versiyasında bonus bir DVD yer aldı və bu DVD, "Wages of Sin" turunda yazılan üç mahnısının konsert görünüşləri və albomdakı üç mahnının da Dolby Digital 5.1 mix versiyaları yer alırdı.
Bütün dünyada olduqca müvəffəqiyyətli bir satış əldə edən qrup bu albomun ardından Amerika, Avropa və Yaponiyada bir çox konsert verdi. Amerikada "Dance of Death" turunda Iron Maiden'in alt qrupu olaraq turlayan və sonra Avropada da "Enemies of Reality" albomunun turunda Nevermore və "Death Cult Armageddon" albomunu tanıdan Dimmu Borgir ilə turlayan Arch Enemy, 2003-ün hamısını və 2004-cü ilin də böyük bir hissəsini yollarda keçirdi. 2004-cü ildə "Dead Eyes See No Future", 2005-ci ildə "Doomsday Machine" albomlarına imza atdı. Arch Enemy'nin yeddinci albomu olan "Rise of the Tyrant" isə 2007-ci ilin sentyabr ayında yayımlandı. Qrup bu albomuyla hələ də "saf metal" yolunu davam etdirəm nadir texniki qruplar arasında idi. Albomun satış rəqəmlərini nəzərə alsaq, Arch Enemy Yaponiyada ən çox satan metal qrupudur və qrup hər Yaponiya turunda krallar kimi qarşılanır və həddindən artıq maraq görür.
Təxminən on ilə yaxın karyerası olan Arch Enemy, bu an etibarilə dünyanın ən məşhur metal qrupları arasında yer alır. Xüsusilə qadın vokal üstünlüyünü çox yaxşı istifadə edərək geniş dinləyici əldə edən Arch Enemy; qrup üzvlərinin üstün performansları və illərin təcrübəsi Amott qardaşların mahnı yazımındaki müvəffəqiyyəti ilə metal dünyasında artıq özünəməxsus yer etmişdir.
2009-cu il 28 sentyabr tarixində "The Root of All Evil" adlı toplu (yığma) albomunu yayımlayan qrup, 2011-ci il 30 may tarixində "Khaos Legions" adlı səkkizinci studiya albomunu yayımladı. Albom "Billboard 200" siyahısında 78-ci yerə qədər yüksəldi və 6000-dən çox satdı. Qrup, albomdakı mahnıların sözlərində anarxizm, din kimi müxtəlif siyasi və sosial mövzuları diqqət mərkəzində saxlamışdır.
2012-ci ildə Xristafor Amott qrupdan ayrılmış və yerinə Nik Kordl keçmişdir.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- 1996 - Black Earth
- 1998 - Stigmata
- 1999 - Burning Bridges
- 2001 - Wages of Sin
- 2003 - Anthems of Rebellion
- 2005 - Doomsday Machine
- 2007 - Rise of the Tyrant
- 2009 - The Root of All Evil
- 2011 - Khaos Legions
- 2014 - War Eternal