Aram Xaçaturyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aram Xaçaturyan
erm. Արամ Խաչատրiան
rus. Арам Хачатурян
Ümumi məlumatlar
Doğum tarixi 24 may (6 iyun) 1903[1][2]
Doğum yeri
Vəfat tarixi 1 may 1978(1978-05-01)[3][4][…] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Komitas adına panteon[d]
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti klassik musiqi bəstəkarı, dirijor, musiqi pedaqoqu, xoreoqraf, musiqişünas, universitet müəllimi[d], pianoçu, film bəstəkarı, pedaqoq, siyasətçi, violonçelçi[d]
Fəaliyyət illəri 1926–1978
Janrlar Akademik musiqi, balet, konsert[d], simfoniya, kamera musiqisi
Musiqi alətləri violonçel, piano, skripka
Təhsili
Üzvlüyü
Elmi dərəcəsi
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni "İncəsənət və Ədəbiyyat" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı 1-ci dərəcəli "Stalin" mükafatı 1-ci dərəcəli "Stalin" mükafatı SSRİ xalq artisti Ermənistan SSR xalq artisti Azərbaycan SSR xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar incəsənət xadimi
"İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı
Order of Labour
"Stalin" mükafatı Ermənistan SSR əməkdar incəsənət xadimi
"Polşa mədəniyyətinə xidmətə görə" fəxri nişanı "Kiril və Mefodi" ordeni
İmzanın şəkli
khachaturian.am
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aram İliç Xaçaturyan (24 may (6 iyun) 1903[1][2], Tiflis[5][1][…] və ya Kocori, Tiflis quberniyası1 may 1978[3][4][…], Moskva[6][7][…]) — erməni mənşəli bəstəkar; Azərbaycan SSR xalq artisti (1973),[8] SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1950).[8] Ermənistan SSR Dövlət himninin müəllifidir (1944).[8]

Üzeyir Hacıbəyovun assistenti Zaxar Yakovleviç Stelnikin xatirələrindən:[9]

" Mərkəzi Komitədən Üzeyir bəyə zəng edib tapşırmışdılar ki, Aram Xaçaturyanın yeni simfoniyasını hazırladıb dinləmə keçirilsin və şura tərəfindən qəbul edilib təsdiq edilsin. Öyrəndik ki, ermənilər İrəvanda onun əsərini təsdiq etməyiblər. Üzeyir bəy göstəriş verdi, partitura orkestrdə paylandı, əsər dinlənilməyə hazırlandı. Professor-müəllim heyəti toplanıb Xaçaturyanın simfoniyasına qulaq asdı. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzkirələr olmalı idi. Hamı gəldi. Divar boyu düzülmüş stullarda əyləşdilər. Xaçaturyan baş tərəfdə oturdu. Mən və Cövdət Hacıyev, biz Üzeyir bəyin assistentləri idik, qapının sol və sağ tərəfindəki stullarda yerimizi tutduq. Bir neçə dəqiqə keçdi. Heç kim dillənmirdi. Adətən bu tipli müzakirələr coşğu ilə keçərdi. Üzeyir bəy bığlarını dartışdırır və gözləyirdi ki, görək kim söz istəyəcək. Toplantı iştirakçıları bir neçə dəqiqəni də məzar sükutu ilə yola verdilər. Nəhayət, Üzeyir bəy dilləndi. Qonaq başa düşsün deyə rusca:

- Nə olar, - dedi, - heç kim danışmaq istəmirsə, mən danışaram. Belə, yoldaşlar. Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz.

Bunu deyib, Üzeyir bəy susdu. Yenidən otağı bürüyən sükunəti Xaçaturyanın addım səsləri pozdu. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxdı. Bu, onun Azərbaycandan axırıncı gedişi oldu.

"
  1. 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 2.
  3. 1 2 Aram Iljitsch Chatschaturjan // filmportal.de. 2005.
  4. 1 2 Aram Iljitsch Chatschaturjan // Brockhauz Ensiklopediyası (alm.).
  5. 1 2 Хачатурян Арам Ильич // Хачатурян Арам Ильич (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 http://www.independent.co.uk/arts-entertainment/obituary-anatol-vieru-1181072.html.
  7. 1 2 http://www.musicweb-international.com/classrev/2007/Aug07/Khachaturian_3932292.htm.
  8. 1 2 3 Azərbaycanın erməni xalq artistləri — SİYAHI Arxivləşdirilib 2022-01-10 at the Wayback Machine modern.az  (az.)
  9. "Üzeyir bəy Xaçaturyanı Bakıdan necə qovdu". 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.