Apologetika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Apologétika (yun. ἀπολογία, "dəf edirəm, cavabını verirəm") - rasional düşüncə ilə dini ehkamların əsaslandırılması və tənqidçilərdən müdafiə edilməsinə həsr edilən xristian ilahiyyatının bölməsidir. Geniş anlamda apologetika hər hansı təlimi rasional dəlillərlə müdafiə edənlərə də şamil edilə bilər.

Apologetlər (yun. άπoλoγητέoν – müdafiə edirəm) – 2–5 əsrlərdə xristian dininin müdafiəsi və əsaslandırılması ilə çıxış edən xristian yazıçıları. Yustin, Apollinari, MiltiadTatian kimi yunan Apologetləri, erkən latın Apologetlərii Minusi Feliks, Tertullian və b. antik politeizmin mənasızlığını, xristianlığın AllahKainat haqqında yeganə doğru təlim olduğunu sübut etməyə çalışırdılar. Son dövr latın Apologetlərindən ArnobininLaktansinin (3 əsrin sonu – 4 əsrin əvvəlləri) yaradıcılıqlarını qeyd etmək olar. Apologetlər ellinizmin xristianlaşması, xristian ilahiyyatşünaslığının formalaşması prosesinin əsasını qoymuşlar.[1]

Xristian apologetikası

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda apolofgetika bir fən kimi bütün Xristian məktəblərində tədris edilir.

II—III yüzilliklərdə, Xristianlığın antik filosofların tənqidlərindən müdafiə edilməsi üçün apologetikadan geniş istifadə edilmişdir. O dövrün xristian xadimləri bu ya digər dərəcədə apologetik əsərlər yaratmışdırlar.

Həmin dövrdə xristian apologetləri təkcə bütpərəstlərlə deyil, eyni zamanda öz sıralarında olan müxtəlif mistik təlimlərə qarşı mübarizə aparmaq məcburiyyətində də qalmışdırlar. Bu təlimlərdən formalaşmada olan xristian ortodoksiyanın ən ciddi rəqibi qnostisizm idi.

Beləliklə apologetik ədəbiyyatın erkən Xristian tarixində özəl yeri vardır. Onlar müxaliflərlə mübahisələr aparmış, Roma hakimiyyəti qarşısında Xristianlığın üstünlüklərini sübut etməyə çalışırdılar, imperatorlara məktublar yazırdılar. Bu kimi əsərlərə "apologiya" deyirlər.

İlk apologetlərin fəaliyyəti II əsrin ortalarına təsadüf edilir. O dövrdə Aristid (Aristides)və Kodrat öz apologiyalarını yunan dilində yazmışdırlar. Aristidin «Apologiyasının» bəzi fraqmentləri bizim zəmanəmizə qədər çatmışdır. Bu mətnləri Aristid imperator Antoninus Pius'a (86-161) ünvanlamış və orada monoteizmdən, imanın düşüncə üzərində üstünlüklərindən, dünya düzəninin Tanrı tərəfindən qurulmasından və bəzi başqa mövzular haqqında söhbət açmışdır. Aristid bu məsələlərə münasibətdə Xristianlığın antik bütpərəstliyindən daha üstün olduğunu sübut etməyə çalışırdı. Gələcəkdə bu kimi fikirləri digər apologetlər təkrarlaşmış və inkişaf etdirmişdir.

Erkən Xristian apologetikası YunandilliLatındilli apologetikasına bölünür.

Yunandilli apologetlərin əsas nümayəndələri Aristid, Kodrat, Yustin, Tatian, Afinoqor, Teofil, İrineus Lionlu, İppolit, Klement, Origen olmuşdurlar.

Latındilli apologetikasını əsasən Tertullian, Minusius Feliks, Arnobius, Laktansius təmsil edirdilər.

İslam apologetikası

[redaktə | mənbəni redaktə et]

İslam dünyasında apologetik hərəkat və ədəbiyyat Xristianlıqda olduğu kimi inkişaf etməmişdir. Bunun səbəbi ondadır ki, Xristianlıq Roma imperiyasında özünə yol açmaq üçün oradakı çeşidli təlimlərlə və dövlət aparatının nümayəndələri ilə intellektual mübarizə aparırdı. Yalnız bir neçə yüzillikdən sonra dövlət dininə çevirildi.

İslam isə demək olar ki yaranandan az sonra dövlət dininə çevirilmişdir. Ona görə də dinin müxaliflərin qarşısına müdafiə edilməsi üçün ehtiyac yox idi.

Ortayüzilliklər boyu Avropada Xristian xadimlərinin bir çoxu İslama qarşı yönəlmiş ədəbiyyat yazmışdırlar. Özəlliklə də bu işi müsəlman dünyası ilə birbaşa təmasda olan xaçlılar, Bizans, İtaliya və İspaniya ilahiyyatçıları görürdülər. Ancaq o zaman müsəlman dini xadimləri onlara bəlli qədər cavablar yazsalar da, onlar bir sistemli şəkildə olmamışdırlar.

Ancaq XVIII yüzilliyin əvvəllərindən başlayaraq, Avropa inkişaf səviyyəsinə görə müsəlman dünyasını qeridə qoymağa başlamışdır. XIX-XX-ci yüzilliklərdə bu proses daha da dərinləşmişdir. Müsəlman dünyasının bir çox ölkələri Avropanın müstəmləkələrinə çevirilmişdir. Müstəqilliyini saxlaya bilənlər də Qərb dünyasının təsiri altına düşmüşdürlər.

Elə bu zaman da miqrasiyalar intensivləşmiş, bu günə kimi davam etməkdədir. Müsəlman icmaları Avropa və Amerikada yaranmağa başlamışdır. Bu da sivilizasiaların dialoquna yol açmışdır. Xristianlar müsəlmanlarla bir-birləri ilə daha yaxından tanış olmuşdurlar.

Elə bu zaman Avropalı və Amerikalı düşünürlərin, filosofların bir çoxu müsəlman xalqlarının geridə qalmasının səbəbini İslam dini ilə bağlamağa başlamışdırlar. Onların arasında Hegel kimi böyük simalar da olmuşdurlar. Bu İslamın dünyəvi tənqidi idi. Başqa tərəfdən İslamı həmən zaman bir çox xristian ilahiyyatçıları da tənqid edib, müsəlmanların arasında missioner fəaliyyətini gücləndirmişdirlər.

Bütün bu proseslərin baş verdiyinə görə müsəlman düşünürləri və dini xadimləri yeni dövrdə apologetik fəaliyyətə və apologetik əsərlərin yazılmasına başladılar. Onların əsas məqsədi İslam mədəniyyətini tənqid edənlərə qarşı rasional cavablar verməkdən ibarət olmuşdur. XIX-XX-ci yüzilliklərdə bu sahədə Cəmaləddin ƏfqaniMəhəmməd İqbal kimi tanınmış düşünürər işləmişdirlər.

Çağdaş zamanda informasiya texnologiyalarının inkişafı ilə bağlı müsəlman apologetikası daha da çox İnternetin sosial şəbəkələrində inkişaf edir. Orada müsəlman istifadəçilər başqa dinlərin və fəlsəfələrin ardıcılları ilə mübahisələr aparır, İslam mədəniyyətini və ehkamlarını tənqidlərdən müdafiə edirlər.

Azərbaycanda apologetika

[redaktə | mənbəni redaktə et]

Sovetlər birliyinin dağılmasından sonra 1990-cı illərin ikinci yarısından başlayaraq keçmiş Sovet məkanında ideoloji boşluq yaranmışdır. Bu boşluğu doldurmaq üçün xarici dini missionerlər postsovet ölkələrində missioner fəaliyyətinə başlamışdırlar. Bu da dini ideologiyaların bir-biri ilə, başqa tərəfdən dünyəvi dünyagörüşlə kəsişməsinə gətirib çıxartmışdır.

1995-2010-cu illər arası onların arasında aktiv mübahisələr, ideoloji mübarizələr aparılmışdır. Bu proses elektron informasiya vasitələrinin, internet-forumların, sosial şəbəkələrin inkişafı şəraitində kütləviləşmişdir. Başqa tərəfdən dinin siyasiləşdirilməsi cəhdləri də müşahidə edilmişdir.

Bütün bu proseslər Azərbaycanda da getmişdir. Bunun da nəticəsində bir qrup Azərbaycan ziyalıları sistemsiz və pərakəndə şəkildə öz təşəbbüsləri ilə milli mədəniyyətin əsaslarının müdafiəsi məqsədilə apologetik fəaliyyətə başlamışdırlar. Onların fəaliyyəti rus dilində aparılırdı, Rusiya və keçmiş sovet məkanının başqa oxucularına yönəlmişdir. Bunun da səbəbi onda idi ki, o zaman Azərbaycanda aparılan missioner fəaliyyətini əsasən keçmiş Sovet ölkələrindən gəlmiş çeşidli təriqətlərin nümayəndələri ararırdılar.

Azərbaycan apologetləri əsasən öz fəaliyyətlərini İnternetin rusdilli forumlarında keçirirdilər. Onlar öz təşəbbüsləri ilə kütləvi Rus-Ortodoks forumlarına girib, orada müsəlman mədəniyyətinə qarşı yonəlmiş çıxışlara cavablar yazırdılar.

Bu yolda ən ardıcıl və elmi cəhətdən əsaslandırılmış fəaliyyəti Aydın Əlizadə görmüşdür. O uzun illər boyu “Heretiklər” (19992001), “Andrey Kurayevin forumu” (İndi "Apostol Andrey" forumu adlanır) (20012009), “Söz-Loqos” Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (20102011) adlı dini-fəlsəfi internet forumlarında fəal iştirak edib tanınmışdır.

Bunun nəticəsində onu 2006-cı ildə Moskvada keçirilən II-ci xristian-müsəlman disputunda iştirak etməyə dəvət etmişdirlər. Orada o müsəlman tərəfindən əsas məruzəçi olan İslamı qəbul etmiş keçmiş pravoslav keşişi Vyaçeslav Polosinin məsləhətçisi idi. O disputda Xristian tərəfindən əsas çıxışçı keşiş Daniil Sısoyev idi. Disput müsəlman tərəfindən apologetik üsulda keçirilmişdir.

2007-ci ildə A. Əlizadə apologetik mövzuda öz diskussiyalarını, disputlarını, çəkişmələrini bir araya yığmış və onları “İslam apologetikası. İslamın tənqidçilərinə cavablar” Bakı: İdrak, 2007) adı ilə kitab şəklində rus dilində dərc etmişdir. "İslam apologetikası" postsovet məkanında ilk sistemli müsəlman apologetik kitabı olmuşdur.

Daha sonra bu kitabı Vyaçeslav Polosin redaktə edib, ona əlavələr etmişdir. Bundan sonra onun təşəbbüsü ilə "İslam apologetikası" ikili müəllifliklə (Polosin-Əlizadə) "İslam siz bildiyiniz kimi deyil" adı ilə 2007-ci ildə Moskvada ("Ənsar" yayım evi tərəfindən) dərc olunmuşdur.

Azərbaycanlı düşünürlərdən İslam apologetik fəaliyyəti ilə qismən Heydər Camal da məşğul olmuşdur. O İslam tənqidçiləri ilə teledebatlar aparmış, kütləvi tədbirlər keçirtmişdir.

  • Новейший философский словарь. — Минск: Книжный Дом. А. А. Грицанов. 1999.
  • Али-заде А. А. Исламская апологетика. Баку: Идрак, 2007.
  • Полосин А. В., Али-заде А. А. Ислам не такой. А какой? Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine М.: Ансар, 2007.
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 576. ISBN 978-9952-441-02-4.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2009&rft.isbn=978-9952-441-02-4&rfr_id=info:sid/az.wikipedia.org:Apologetika" class="Z3988">