Antonov An-124 Ruslan
An-124 | |
---|---|
Tipi | Hərbi nəqliyyat təyyarəsi |
Hazırlayan | Antonov (şirkət) |
İstehsalçı | Antonov |
İlk uçuş | 24 dekabr 1982[1] |
İstismara verilmə tarixi | 1986 |
Status | İstismarı davam edir |
İstismarçılar | Rusiya Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1982–2004[2] |
Buraxılış sayı | 55[3] |
Vahidinin qiyməti | 300 milyon ABŞ dolları[4] |
Variantları | Antonov An-225 |
Vikianbarda əlaqəli mediafayllar |
Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır.[5] Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur.[6]
Variantları
[redaktə | mənbəni redaktə et]- An-124 Ruslan
- Ağır strateji nəqliyyat təyyarəsi
- An-124-100
- Ticari nəqliyyat təyyarəsi
- An-124-100M-150
- Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
- An-124-102
- EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur
- An-124-115M
- "Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
- An-124-130
- Təklif olunan variant
- An-124-135
- Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur
- An-124-150
- Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir
- An-124-200
- Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur
- An-124-210
- Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir.
- An-124-300
- Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur.[7]
İstifadəçiləri
[redaktə | mənbəni redaktə et]Hərbi
[redaktə | mənbəni redaktə et]Mülki
[redaktə | mənbəni redaktə et]2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.
Taktiki-texniki xüsusiyyətləri (An-124-100M-150)
[redaktə | mənbəni redaktə et]Ümumi göstəriciləri
[redaktə | mənbəni redaktə et]- Ekipaj: 4-6 nəfər
- Yükgötürmə potensialı: 150,000 kq
- Uzunluğu: 68.96 m
- Qanad qolayı: 73.3 m
- Hündürlük: 20.78 m
- Qanadının sahəsi: 628 m
- Boş çəki: 175,000 kq
- Maksimum qalxma çəkisi: 405,000 kq
- Güc təminatçısı: 4 × Progress D-18T mühərrik (hər birinin itələmə qüvvəsi: 229.5 kN)
Uçuş keyfiyyətləri
[redaktə | mənbəni redaktə et]- Maksimal sürət: 865 km/s
- Uçuş məsafəsi: 5,200 km
- Uçuş tavanı: 12,000 m
- Qanad yüklənməsi: 645 kq/m
- Çəkmə gücünün çəkiyə nisbəti: 0.23
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Era of Ruslan: 25 years" (Press-reliz). Antonov. 24 dekabr 2007. 19 mart 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
- ↑ Владимир Карнозов. "Последний «Руслан»". Военно-промышленный курьер. 2004-06-23. 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
- ↑ "An-124 Production List". russianplanes.net (rus). 2013-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
- ↑ Девятьяров, Евгений. "Возобновление сборки «Руслана» обойдётся в 20 млрд рублей". 19 dekabr 2011. 2011-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
- ↑ Nikolai, Novichkov. "Russia completes initial An-124 upgrade programme". janes.com. 2 dekabr 2014. 19 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
- ↑ "Arxivlənmiş surət". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
- ↑ "Russian Air Force Gets First Modernized An-124s". RIA Novosti. 17 may 2012. 12 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
- ↑ bmpd. "bmpd - Самолет Ан-124: история, настоящее, перспективы" [AN-124: History, Present and Prospects] (rus). Bmpd.livejournal.com. 12 aprel 2013. 9 fevral 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
- ↑ "Libyan Arab Air Cargo (ATDB)". Aerotransport.org. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
- ↑ "Fleet in Flight Radar". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.