Anton Povolnı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anton Povolnı
Ümumi məlumatlar
Doğum tarixi 29 avqust 1899(1899-08-29)
Doğum yeri
Vəfat tarixi 30 may 1961(1961-05-30) (61 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu

Anton Povolnı (alm. Anton Powolny‎; 29 avqust 1899, Vyana30 may 1961, Vyana) — Avstriyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub.

Əsl peşəsi polis olan Povolnı[1], futbol oynamağa Vyananın " Avstriya" klubunda başlayır. 1916-cı ildə komandanın əsas heyətində debüt edir. "Avstriya"dakı futbolçuların əksəriyyətinin Birinci Dünya Müharibəsinə yollanması onun əsas heyətdə möhkəmlənməsinə kömək olur.

1921-ci ildə Povolnyı Avstriya ikinci divizionunda yarışan "Ober Sent Veyt" klubuna, oradan da bir neçə ay sonra 1921/22 mövsümündə ilk çempionluğunu qazandığı "Viner Şport Klub" komandasına keçir.

1924-cü ildə "Viner Alf" komandasına transfer olunur. Ancaq burada çox qalmır və İtaliyanın "Recana" klubuna transfer olunur. Burada ilk mövsumundə 22 oyuna 15 qol vurur.

Povolnınin çıxışı bir çox İtalyan komandasının diqqətini çəkir və 1926-cı ildə "İnter" klubuna keçir. Futbolçunun yeni komandasında debütü 3 oktyabrda "Napoli" ilə oyunda Povolnınin dubl etdiyi və "İnter"in 3–0 qazandığı görüşdə baş verir. Ümumilikdə 1926–27 mövsümündə 22 qol vurur. "İnter"in çempionatda 5-ci yeri tutmasına baxmayaraq Povolnı İtaliya çempionatının bombardiri olur.

  • Avstriya çempionu: 1922
  • Avstriya kubokunun qalibi: 1923
  • Macarıstan Kubokunun ikincisi: 1927
  • İtaliya çempionatının bombardiri: 1927 (22 qol)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]