Anton Mailyan
Anton Mailyan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 (28) mart 1880[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 1942[1] (62 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, xormeyster, musiqi pedaqoqu, ictimai xadim |
Fəaliyyət illəri | 1905–1942 |
Janrlar | klassik musiqi, opera, balet[d] |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Anton Sergeyeviç (Sarkisoviç) Mailyan (erm. Անտոն Սարգսի Մայիլյան; 16 (28) mart 1880[1], Tiflis[1] – 20 aprel 1942[1], Bakı[1]) — erməni bəstəkarı, xormeyster, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1930).[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Anton Sergeyeviç (Sarkisoviç) Mailyan 1880-ci il martın 28-də Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini Nersisyan məktəbində almışdır. İlk musiqi təhsilini Tbilisidəki Müəllimlər Seminariyasında Makar Yekmalyan, Xristofor Qara-Mirzə kimi bəstəkarlardan almışdır. 1900–1903-cü illərdə Rus Musiqi Cəmiyyətinin nəznindəki Tbilisi musiqi məktəbində N.D.Nikolayevin bəstəkarlıq sinfində oxumuşdur. Qısa müddət Tbilisidəki Müəllimlər Seminariyasında dərs demişdir. 1906-cı ildə Bakıya köçərək, burada yaşayıb yaratmışdır.[3][4]
1918–1919-cu illərdə Tbilisidə musiqi dərsi vermişdir. 1920-ci ildə yenidən Bakıya qayıtmış və sosialist Bakısında fəaliyyət göstəmişdir. 1930-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 17 aprel 1938-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
20 aprel 1942-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Bakının neft rayonlarında ilk fəhlə xorları təşkil etmişdir. Anton Mailyan "Gülnaz nənənin nağılları" (erm. Գյուլնազ տատի հեքիաթը, Qazaros Ağayanın əsəri üzrə, 1906), "Gözəl bahar" (1925), "Zizik" (erm. Զիզիկ, 1926), "Bəxt çəyirdəyi" (erm. Բախտի կորիզը, 1926), "Dəcəl Mikiç" (erm. Չարաճճի Միկիչը, Hovannes Tumanyanın əsəri üzrə, 1926) uşaq operalarının, "Tmblaç Xaqan" (1929), "Molla Nəsrəddin" (1940) musiqi komediyalarının, vokal-simfonik, kamera-instrumental əsərlərin, dram tamaşalarına musiqinin və s. müəllifidir.[2][4]
Onun Azərbaycan və erməni xalqlarının dostluğundan bəhs edən "Səfa" (1933) operası 1939-cu ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur (libretto müəllifi M.S.Ordubadi, quruluşçu rejissor S.Dadaşov).[2]
1910–1917-ci illərdə Bakıda erməni dilində çıxan "Teatr və musiqi" (erm. Թատրոն և երաժշտություն) jurnalının baş redaktoru olmuşdur.[3]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Маилјан, Антон Серҝејевич // Азәрбајҹан Совет Енсиклопедијасы. 10 ҹилддә. Баш редактор Ҹ.Б. Гулијев. VI ҹилд. сәһ. 303;
- ՄԱՅԻԼՅԱՆ Անտոն Սարգսի // Հայկական Սովետական Հանրագիտարան. հ․ 7, էջ 200;
- Մանուկյան Մ., Անտոն Մայիլյան, Ե., 1965;
- Атаян Р. A., Армянские композиторы, Ер., 1956;
- Ерканян В.С., Армянская культура в 1800–1917 гг. / Пер. с арм. К.С. Худавердяна. Ер., 1985.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 Маилјан, Антон Серҝејевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 303.Маилјан, Антон Серҝејевич&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000021-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000025-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000002A-QINU`"'С. 303&rft.pub='"`UNIQ--templatestyles-00000026-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1982&rft_id=https://archive.org/details/ace-vi-cild/page/302/mode/2up&rfr_id=info:sid/az.wikipedia.org:Anton Mailyan" class="Z3988">
- ↑ 1 2 Ermənistan Sovet Ensiklopediyası (erməni). С. VII. Yerevan: ESE-nın Baş Redaksiyası. 1981. səh. 200. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.
- ↑ 1 2 Музыкальная энциклопедия (rus). Т. 3. Москва: Сов. энциклопедия. 1976. səh. 394–395. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.
- 28 martda doğulanlar
- 1880-ci ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 20 apreldə vəfat edənlər
- 1942-ci ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə musiqiçilər
- Erməni bəstəkarlar
- Azərbaycan erməniləri