Anton Denikin
Anton Denikin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1872[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 avqust 1947[3][4][…] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Xidmət illəri | 1895-ci ildən |
Rütbəsi | general-leytenant (1916) |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Denikin Anton İvanoviç (16 dekabr 1872[1][2][…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası[5] – 8 avqust 1947[3][4][…], Ann-Arbor, Miçiqan[3]) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916).
Həyatı
[redaktə | mənbəni redaktə et]Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı.
"Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də, dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdır, bu da AXC nin büdcəsinin 1/8-ni təşkil edirdi. Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920-ci il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920-ci ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçmış, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Anton Iwanowitsch Denikin // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Anton Ivanovič Denikin // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 3 4 Деникин Антон Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Anton Ivanovich Denikin // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119112361 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Иванов И. Б. "Белую идею не похороните. Заявление Русского Обще-Воинского Союза по поводу перезахоронения чекистами праха генерала А. И. Деникина". Персональная страница председателя РОВС И. Б. Иванова. 2005-10. İstifadə tarixi: 2012-09-22.
- Ишин А. В. "«Власть должна не допускать мести и классовой вражды». Исторические источники о внутренней политике генерала Деникина" (rus). Информационно-аналитическая газета «Крымское эхо». 2012-07-20. 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-09.
- Троцкий Л. Д. "Молодёжь, на борьбу с Деникиным!". Речь на II Всероссийском Съезде Российского Коммунистического Союза Молодёжи. 1919-10-05. İstifadə tarixi: 2012-09-22.
- "Россия. Военное министерство. Высочайшие приказы о чинах военных, 1914 г., январь - апрель" (PDF). «ru:Российская государственная библиотека». İstifadə tarixi: 2021-05-02.
- 16 dekabrda doğulanlar
- 1872-ci ildə doğulanlar
- Rusiya imperiyasında doğulanlar
- 8 avqustda vəfat edənlər
- 1947-ci ildə vəfat edənlər
- 74 yaşında vəfat edənlər
- Miçiqanda vəfat edənlər
- Donskoye qəbiristanlığında dəfn olunanlar
- Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının məzunları
- 3-cü dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri
- 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- Qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Cəsur Mixay ordeni kavalerləri
- "İgidliyə görə" qızıl qılıncı kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Dünya müharibəsi iştirakçıları