36°12′00″ şm. e. 29°38′18″ ş. u.HGYO

Antiphellos

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antiphellos
36°12′00″ şm. e. 29°38′18″ ş. u.HGYO
Alternativ adı Habesos
Yer Kaş, Antalya əlyaləti, Türkiyə
Region Likiya
Tarix
Əsası qoyulub E.ə. IV əsr
Tərk edilib Orta əsrlər
Asılılıq Antalya Muzeyi
Yer qeydləri
Məxsusluq İctiamiyyət
Antiphellos xəritədə
Antiphellos
Antiphellos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antiphellos (yun. Ἀντίφελλοςtürk. Antiphellos) — Anadoluda yerləşən antik Likiya şəhəri. İndiki Türkiyə Respublikası Antalya əyaləti Kaş rayonuna uyğundur. Kaşın Likiya dövründəki adlanrından biridir. Şəhər Likiyadan Kariyaya gedən yolun üstündə yerləşirdi. Ellinizm dövründə məşhur ticarət mərkəzi idi.

Likiya dövrü abidə

Likiya dilində Habesos[1], Habesa adlanan Antiphellos şəhəri Likiyanın ən qədim yaşayış məskənlərindəndir. Antiphellos adını sonradan almışdır. "Qayalıqların qarşısındakı yer", "Phellosun qarşısındakı" mənasını verir. Likiya Birliyinin üzvlərindən olan şəhər şimalındakı Phellos şəhərinin limanı olduğu və tarixi E.ə. IV əsrə dayandığı ehtimal edilir. Ellinizm dövründə ticarət mərkəzinə çevrilmiş və Phellosun zəifləməsi ilə bərabər Antiphellos sürətlə inkişaf edirdi.[2] Roma İmperiyası dövründə əhəmiyyətli bir liman şəhərinə çevrilmişdi.[3][4][5][6][7] Bizans İmperiyası dövründə Yepiskopluk mərkəzi idi. VIII əsrdə Ərəblər hücum etmiş. Sonralar Səlcuqlular şəhəri ələ keçirmiş və şəhərin adı Andifli olaraq dəyişdirilmişdir. Anadolu Səlcuqlu Sultanlığının süqutundan sonra Təkəoğulları Bəyliyinə daxil olmuşdur. Osmanlı dövləti sultanı İldırım Bəyazid tərəfindən Osmanlı torpaqlarına daxil edilmişdir.[8]

  1. Pliny`s Natural History Arxivləşdirilib 2022-06-16 at the Wayback Machine 5.100: Antiphellos quae quondam Habessus; atque in recessu Phellus; deinde Pyrrha itemque Xanthus….
  2. Bryce.
  3. George E. Bean, Eski Çağda Lykia Bölgesi, 1998,sf. 95–99;
  4. Cevdet Bayburtluoğlu, Lykia, 2004, sf. 240–245;
  5. Cevdet Bayburtluoğlu, Lykia, Ankara Turizmi, Eski Eserleri ve Müzeleri Sevenler Derneği Yayınları, sf. 52;
  6. Antalya Kültür Envanteri, Kaş, 2004 s. 16–24;
  7. Bilge Umar, Lykia, 1999, s. 77–84.
  8. Kaş tarihi Arxivləşdirilib 2016-09-19 at the Wayback Machine Çakıl Pansion Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine İstifadə edilib: 09.10.2015