Antik
Naviqasiyaya keç
Axtarışa keç
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XVIII əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı [1].
Ümumi dövrləşmə
[redaktə | mənbəni redaktə et]- Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə. IV əsr) — Yunan polisinin çiçəklənməsi, Roma dövlətinin yaranması,
- Klassik qədimlik (e.ə. IV əsr — b.ə.II əsr) — Yunanıstan və Roma sivilizasiyasının yayılması dövrü (İsgəndərdən Mark Avreliyin ölümünə qədər),
- Axırıncı qədimlik (II/III əsrin sonu —V/VI əsr) — Roma imperiyasının dağılması. Qərbi Roma İmperiyasının dağılması yeni dövrün başlanğıcı - Orta əsrlərdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et] Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |