Andre Antuan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andre Antuan
André Antoine
Doğum tarixi
Doğum yeri Fransa, Limoj
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Fransa, Puligen
Milliyyəti Fransız
Vətəndaşlığı Fransa Fransa
Fəaliyyəti Fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi
IMDb ID0031134
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andre Antuan (fr. André Antoine) — fransız rejissoru, aktyorteatr nəzəriyyəçisi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Parisdə “Azad teatr” (1887) və “Antuan teatrı” (1897) təşkil etmiş, 1906-14-cü illər də “Odeon” teatrının direktoru olmuşdur. E. Zolya, Qonkur qardaşları, L. N. Tolstoy, İ. S. Turgenev, H. İbsen və b.-nın əsərlərini tamaşaya qoymuşdur. Andre Antuan həyatın doğru-düzgün inikasına, obraz və hadisələrin, kütləvi səhnələrin bədiiliyinə, həyatiliyinə, eləcə də tərtibat və geyimin tamaşanın məzmununa uyğun olmasına çalışmış, melodram və meşşan dramaturgiyasının əleyhinə çıxmışdır. Bəzi tamaşalarında naturalizm meyilləri də olmuşdur. A. Antuan 1914-cü ildən teatr tənqidikino sahəsində fəaliyyət göstərmişdir.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 564. ISBN 978-9952-441-02-4.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2009&rft.isbn=978-9952-441-02-4&rfr_id=info:sid/az.wikipedia.org:Andre Antuan" class="Z3988">

Xarixi keçidlər

[redaktə | mənbəni redaktə et]