Andorra

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andorra
Principat d'Andorra
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Virtus Unita Fortior, El País dels Pirineus
Rəsmi dilləri
Paytaxt Andorra la Vella
Fransa həmşahzadəsi[d]
baş nazir Antoni Marti Petit [V.2011~ ]
Sahəsi Dünyada 193-cü
 • Ümumi 468 km²
 • Su sahəsi (%) 0,26
Əhalisi
 • Əhali 82 min nəfər (201-ci)
 • Siyahıyaalma (1989) 46 166 nəf.
 • Sıxlıq 175 nəf./km²
 • Ümumi 3.325.145.407 $[1], 3.352.032.737 $[1]
ÜDM (AQP)
 • Ümumi 3 214 million dollar  (180-ci)
 • Adambaşına 37 200 dollar  (36-cı)
Valyuta avro
İnternet domeni .ad
ISO kodu AD
BOK kodu AND
Telefon kodu 376
Saat qurşaqları
  • Mərkəzi Avropa vaxtı[d]
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Andorra

Andorra (kat. Andorra) və ya rəsmi adı ilə Andorra Knyazlığı (kat. Principat d'Andorra) — Cənubi Avropada mikrodövlət. Andorra dənizə çıxışı olmayan ölkələrdən biridir və Pireney yarımadasının şərqində yerləşir. Şimalda Fransa, cənubda isə İspaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Andorra la Vella, ümumi sahəsi 467,63 kvadrat kilometr, əhalisinin sayı 79500 (2021) nəfərdir.[3] İdarəetmə forması konstitusiyalı monarxiya olan ölkə Fransa Respublikasının prezidenti və Urjel yepiskopu tərəfindən birgə idarə olunur.

Andorranın sahəsi 465 kv. km-dir. Ölkə Şərqi Pireneyin cənub yamacında, Ebro hövzəsinə aid Cerpe çayının qolu Valiranın orta və yuxarı axını boyu dağ dərəsində yerləşir. Onu qərbdən, şərqdən və eləcə də Fransa tərəfdən hündürlüyü 2500 m-ə qədər olan sıldırım dağ yamacları əhatə edir. Ölkənin yerləşdiyi dərə İspaniya tərəfə açıqdır.[4]

Sahəsinə görə Avropanın mikro dövlətləri içərisində ən böyüyü olsa da, dünya ölkələri işərisində 176-cı, Qərbi Avropada isə 20-ci yeri tutur. Koma Pedros adlanan zirvənin dəniz səviyyəsindən hündürlüyü 2949, Kapa zirvəsinin hündürlüyü isə 2629 metrdir.[5]

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Bask dilində "andurial" sözündəndir, mənası "Boş yer" deməkdir.

Bir dövlət kimi Andorranın yaranması tarixi çox maraqlıdır. Bu haqda ilk məlumatlar 805-ci ilə istinad edir. Orta əsrlərdə əvvəl mavrlardan, sonra isə İspanFransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar. Bu ərazidə ağalar üstündə İspanFransız feodallarının rəqabəti yüz illərlə davam etmişdir. 1278-ci ildən başıayaraq Andorra bəzi fasilələrlə İspaniya və Fransanın ikili protektoratı altında olur. 1278–1288-ci illərdə Upxel yeniskopu ilə (İspaniya) qraf de Fya (Frasa) bu ölkəni bölüşdürmək aktını imzalayırlar. Bu iki asılılıq indi simvolik xarakter daşıyır. Hər il ölkə Fransaya 960 frank, Ypxel yeniskopuna (Ceo-de Upxel şəhərinin yeniskopunu) isə 460 peset simvolik vergi verir. 1866-cı ildə Andorra konstitusiya qəbul edir.

Coğrafi mövqe və təbiət Andorradakı dağ massivlərinin əksəriyyəti bərk kristallik suxurlardan (qranit, qneys, kvarsit) ibarətdir. Andorra relyefində buzlaq dövrünün təsiri gücü hiss olunur. Valira çayı dərəsində qədim buzlaqların fəaliyyəti açıq-aydın görünür. Ölkədə səth çayları (çay, göl, bulaq) çoxdur. Dağlarda gözəl mənzərəli buzlaq göllərinə rast gəlmək olar.

Ölkə dağlıq ərazidə yerləşdiyindən buranın iqlimi, torpaq və bitki örtüyü üçün hündürlük qurşaqları üstünlük təşkil edir. Dağlarda yay ayları sərin, qış isə soyuq keçir. Hündür dağ yamaclarına bir ildə orta hesabla 1200, İspaniya ilə sərhəd bölgələrində isə 500 mm-ə qədər yağıntı düşür. Ərazi kiçik olsa da, şimalına nisbətən cənubunun iqlimi sərt deyil. Cənubda tez-tez quraqlıq baş verdiyindən əkin və otlaq yerləri süni suvarmaya məruz qalır.

Torpaqları əsasən dağ-boz tiplidir. Ölkə florası insanlar tərəfindən çox dəyişdirilmişdir. Nə vaxtlar isə ərazi başdan-başa meşələrlə örtülü olub. İndi isə meşələr ölkə ərazisinin cəmi üçdə bir hissəsini tutur. Cənubda quraq və nisbətən isti iqlim şəraitinin cod yarpaqlı palıd, şimalda isə fısdıq, şabalıd və iynəyarpaqlı ağaclar üstünlük təşkil edir. 2000 m-dən hündür yerlərdə subalp və alp çəmənləri yerləşir. Dağ dərələrində yaşayan vəhşi heyvanlar tamamilə qırılıb qurtarıb. Lap hündür yerlərdə ayı, qaban, tülkü, qartal və s. rast gəlmək olar.

Andorra cırtdan dövlət olsa da faydalı qazıntılarla zəngindir. Burada Dəmir filizi ilə yanaşı qurğuşun, gümüş yataqları var. Xrisoberial, əqiq, yaşma kimi qiymətli və yarımqiymətli daşlar aşlar edilib. Dağ yamaclarında və dərələrdə müxtəlif tərkibli müalicəvi mineral bulaqlar üzə çıxıb.

  • Mövqe: Cənub-qərb Avropa, Piriney yarımadasının şərsində, Fransa ilə İspaniya arasında yerləşir..
  • Coğrafi mövqesi: 42 30 Şimal paraleli, 1 30 Qərb meridianı
  • Xəritədəki mövqesi: Avropa
  • Sahə: cəmi: 468 km²
  • Quru: 468 km²
  • Su: 0 km²
  • Sərhədləri cəmi: 120.3 km
  • Sərhəd qonşuları: Fransa 56.6 km, İspaniya 63.7 km
  • Sahil qisimi: 0 km
  • Dənizləri: 0 km
  • İqlimi: ilıq; qışları qarlı və soyuq, yayları quru və ilıq keçər.
  • Ərazi quruluşu: Tik qayalıqlar və dar vadilərə malikdir.
  • Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Riu Runer 840 m; Ən yüksək nöqtəsi: Coma Pedrosa 2,946 m
  • Təbii qaynaqları: hidro, mineral sular, taxta-şalban, dəmir yataqları, güllə
  • Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4
  • Otlaqlar: E
  • Meşəlik ərazi: 5
  • Digər:  (1998 məlumatları)
  • Təbii fəlakətlər: Uçqun, qar fırtınaları

Andorranın rayonları

[redaktə | mənbəni redaktə et]

Şablon:Andorranın inzibati bölgüsü (xəritəsi)

Nr.* Rayon Ərazi
km²
İllər Əhali
1990 2000 2007
1 Canillo 121 1.290 2.706 5.422
2 Encamp 74 7.119 10.595 14.029
3 Ordino 89 1.289 2.283 3.685
4 La Massana 61 3.868 6.276 9.357
5 Andorra la Vella 12 19.022 21.189 24.574
6 Sant Julià de Lòria 60 6.012 7.623 9.595
7 Escaldes-Engordany 47 12.235 15.299 16.475
  Andorra 464 50.835 65.971 83.137
  • Ali qanunverici orqan — Baş Şura
  • Hökumət başçısı — Antoni Martí Petit
  1. Andorra Liberal Partiyası — Lider: Alber Pinta Santoparia.
  2. Andorra Demokratik Mərkəzçi Partiyası.
  3. Sosial-Demokrat Partiyası — Lider: M. Q. Reolit.

Ordu və təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

Andorranın daimi ordusu yoxdur, lakin İspaniyaFransa ilə müdafiə müqavilələri imzalamışdır. Ölkənin kiçik könüllü ordusu mərasimlərdə iştirak etmək üçün fəaliyyət göstərir. Hərbiləşdirilmiş Andorra Polis Müdaxilə Qrupu (terrorizmlə mübarizə və girovların idarəetməsi mövzularında təlim almışdır) milli polisin bir hissəsidir. Ölkədə hərbi müdafiənin təmin edilməsinə Fransaİspaniya kömək edir.[6][7]

İnzibati ərazilər

[redaktə | mənbəni redaktə et]

7 icmaya(dairəyə) bölünür:

  • Kanillo
  • Enkamp
  • Ordino
  • La Massana
  • Andorra la Vella
  • Sant Julia de Loria
  • Escaldes-Engordany
  • Turistlərə xidmət (hər il 10 mln. ABŞ dolları)
  • Tütün yetişdirilməsi və emalı
  • Yüngül və yeyinti sənayesi
  • Heyvandarlıq (qoyun, keçi)
  • Əkinçilik (arpa, çovdar, kartof, üzüm)
  • İxracat: yun, paltar, pendir, mineral su.
  • İdxal: sənaye malları, ərzaq.
  • ÜMM — adambaşına 26800 ABŞ dolları (2003).

2013-cü il məlumatına görə Andorrada əhalinin 45,98 %-ni andorralılar, 26,37 %-ni ispanlar, 14,20 %-ni oksitanlar, 4,86 %-fransızlar, 7,32 %-ni digər millətlərin nümayəndələri təşkil edir. Andorrada həyat səviyyəsi yaxşı olduğuna görə bura qonşu dövlətlərdən axınların sayı ilbəil artmaqdadır. Yerli qanunlara əsasən əsl andorralı o şəxslər hesab olunur ki, onların ata-babaları bu torpaqda 3 nəsildən az yaşamasınlar. Əslində yerli andorralı İspaniyanın Katalon əyalətindən gəlmiş əkinçilər və çobanların nəsilləridir. Təbii artımına görə Andorra, Qərbi Avropa Dövlətləri içərisində birinci yeri tutur. Andorrada yaşayanların həyat tərzi yüksək hesab oluna bilər. 14 yaşına qədər onlar mütləq ibtidai təhsil almalıdırlar. İbtidai Təhsil pulsuz və məcburidir. Andorrada yaşayanların yarıdan çoxu şəhərlərdə məskunlaşıb. Ölkənin ən böyük şəhəri paytaxtı Andorra-la Belyadır.

Dili — Ölkənin rəsmi dili-katalon dilidir. İspan və fransız dillərindən də geniş istifadə edilir.

Dini — dini etiqadlarına görə əhalinin 99 %-n katolikdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.
  3. http://banker.az/andorra-səxsi-hec-nəyi-olmayan-olkə/Andorra[ölü keçid] – şəxsi "heç nəyi" olmayan ölkə!
  4. G. A. Hacıyeva Dünyanın cırtdan dövlətləri. Bakı, Elm. 1991
  5. C. Məmmədov, T. Gərayzadə "Qərbi Avropa Dövlətləri" Bakı, 2001
  6. "CIA - The World Factbook". Cia.gov. 10 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 may 2018.
  7. "El Sometent | Tourism". Turisme.andorralavella.ad. 17 may 2011. 9 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2018.
Andorra xəritəsi Andorranın rayonları Andorra Bayraq

Andorra la VellaCanilloEncampEscaldes-EngordanyLa MassanaOrdinoSant Julià de Lòria