Anders Hunsballe

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anders Hunsballe
Ümumi məlumatlar
Tam adı Anders Hunsballe
Doğum tarixi (32 yaş)
Vətəndaşlığı Danimarka Danimarka
Boyu 180
Çəkisi 75 kq
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Danimarka Qrev Fodbold
Karyerası
Gənclik karyerası
2011—2012 Danimarka Vestşellan
Klub karyerası[* 1]
2012—h.h Danimarka Qrev Fodbold 19 (0)
Milli yığma[* 2]
2018—h.h Danimarka Danimarka 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anders Hunsballe (12 sentyabr 1992-ci ildə Danimarkada anadan olub) — Qrev Fodbold klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir.

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyasıfutbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər.[1] Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər.[2] Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur.[3][4][5] Yeni heyət Danimarka 2-ci divizionuDanimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.[3][6]

4 sentyabr 2018-ci ildə Hunsballe 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir.[7] O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 46-cı dəqiqədə Kristian Bannisi əvəz etmişdir. Həmin görüşdə Danimarka rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur.[8]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
5 Sentyabr 2018 tarixində yenilənib
Danimarka
İl Oyun Qol
2018 1 0
Ümumi 1 0
  1. "John Jensen takes charge of Denmark as row over players' rights goes on". The Guardian. 4 September 2018. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2018.
  2. "Could Denmark cancel international matches over player contract row?". The Local dk. 4 September 2018. 2 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.
  3. 1 2 "Nations League: Denmark name futsal players in squad for Wales game amid dispute". BBC. 4 September 2018. 7 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2018.
  4. "Denmark to field futsal players against Wales due to dispute". The Irish Times. 4 September 2018. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.
  5. Wilson, Jeremy. "Futsal players, amateurs and an ex-Arsenal midfielder in temporary charge – a bitter contract dispute has decimated Denmark's team to face Wales". The Telegraph. 4 September 2018. 10 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2018.
  6. Glendenning, Barry. "Something is rotten in the state of Danish football". The Guardian. 4 September 2018. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2018.
  7. "Truppen til kampen mod Slovakiet". DBU.dk (Danish). Danish Football Association. 4 September 2018. 4 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 September 2018.
  8. "Friendlies: Slovakia–Denmark". UEFA.com. Union of European Football Associations. 5 September 2018. 8 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]