Ancelo Buono
Angelo Buono | |
---|---|
ing. Angelo Anthony Buono Jr. | |
Ləqəbi | "The Hillside Strangler" |
Doğum tarixi | 5 oktyabr 1934[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 sentyabr 2002[2][3] (67 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | |
Qətllər | |
Qurbanların sayı | 10 |
Qətllərin dövrü | 16 oktyabr 1977 - 16 fevral 1978 |
Qətllərin yeri | Kaliforniya |
Həbs tarixi | 22 oktyabr 1979 |
Cəzası | ömürlük azadlıqdan məhrumetmə |
Vikianbarda əlaqəli mediafayllar |
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə "Hillside Stranglers" kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar.
Uşaqlıq və gənclik illəri
[redaktə | mənbəni redaktə et]Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı.[4] Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı.
Cinayətlər
[redaktə | mənbəni redaktə et]1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar:
- Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il
- Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il
- Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il
- Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il
- Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il
- Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il
- Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il
- Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il
- Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il
- Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci il
Buono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər. Hətta cinayətləri törədərkən Biançi Los-Anceles Polis Departamentində iş üçün müraciət etdi və "Hillside Stranglers"-i axtararkən polis əməkdaşları ilə bir neçə dəfə axtarışda iştirak etdi. Onlar on birinci cinayəti yöndəmsiz gördükdən qısa müddət sonra Biançi Los-Anceles Polis Departamentində polis gəzintilərində iştirak etdiyini Buonoya açıqladı və hal-hazırda "Hillside Stranglers" işi ilə əlaqədar dindirildiyini bildirdi. Buono qəzəbləndi və Vaşinqtonun Bellinqham şəhərinə köçməyəcəyi təqdirdə Biançini öldürməkdə hədələdi. 1978-ci ilin mayında Biançi Bellinqhama köçdü.
İstintaq
[redaktə | mənbəni redaktə et]Buonoya qarşı məhkəmə işi əsasən Biançinin ifadələrinə əsaslanırdı. Biançinin etibarsız və əməkdaşlıq etməyən bir şahid olduğuna qərar verərək, işin əsl prokurorları Buonoya qarşı irəli sürülən bütün ittihamları rədd edərək onu sərbəst buraxmaq üçün işə başladılar. Sədrlik edən hakim Ronald M. Corc Buononu sərbəst buraxmaqdan imtina etdi və işi Kaliforniya Baş prokuroru Corc Dokmecanın ofisinə təyin etdi.
Buononun məhkəməsi 1981-ci ilin noyabrından 1983-cü ilin noyabrına qədər davam edən Amerika hüquq tarixində ən uzun müddət oldu. Məhkəmə zamanı Biançi yüngül cəza qarşılığında Buonoya qarşı ifadə verdi. Hakimlər heyəti Buonoyu doqquz qətldə günahlandırdı və o, ömürlük azadlıqdan məhrum edildi, hakim Corc ölüm hökmünün müvafiq cəza olacağını qeyd etdi.
Həbs cəzası, ölüm və nəticə
[redaktə | mənbəni redaktə et]1986-cı ildə Buono Kristina Kizuka ilə evləndi.[5] O, 2002-ci ildə vəfat etdi.[6] Onun bədəni yandırıldı.[7] 2007-ci ildə Buononun nəvəsi Kristofer Buono nənəsi Meri Kastilonu başından vurduqdan sonra bir müddət sonra intihar etdi. Kastilo bir vaxtlar Buono ilə evli idi və onunla birlikdə beş uşağı, o cümlədən, Krisin atası var.[8][9] Kris Buono 2005-ci ilə qədər babasının əsl kimliyindən xəbərsiz idi.
Mətbuatda
[redaktə | mənbəni redaktə et]1989-cu ildə "Hillside Stranglers Case" filmində Buono aktyor Dennis Farina tərəfindən canlandırılmışdır.[10] 2004-cü ildə "The Hillside Strangler" filmində Buono obrazını Nikolas Turturro oynayıb və 2006-cı ildə "Rampage: The Hillside strangler murders" isə həmin obraz Tomas Arana tərəfindən canlandırıldı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Angelo Buono, Jr. // Encyclopædia Britannica (ing.).
- ↑ Angelo Buono, Jr. // SNAC (ing.). 2010.
- ↑ Angelo Buono // Find a Grave (ing.). 1996.
- ↑ 405/serial killers/Buono, Angelo.pdf "Profile" (#bad_url) (PDF) (ingilis). maamodt.asp.radford.edu. 20 mart 2013. 20 mart 2013 tarixində arxivləşdirilib (PDF).
- ↑ - Profile of Angelo Buono Jr. Arxivləşdirilib 2013-03-20 at the Wayback Machine"Archicad copy" (PDF). Archived from the original on March 20, 2013. İstifadə tarixi: July 6, 2017.
- ↑ Stephanie Chavez və Anna Gorman. "Angelo Buono Jr. Dies at 67" (ingilis). washingtonpost.com. 23 sentyabr 2002. 23 sentyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "Angelo Buono, Jr (1934-2002) - Find A Grave..." (ingilis). findagrave.com. 23 sentyabr 2002. 23 sentyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "Neighbors didn't know Buono's background" (ingilis). Digital First Media. 20 yanvar 2007. 23 sentyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ Marilyn Bardsley. "Buono and Bianchi, the Hillside Stranglers" (ingilis). crimelibrary.com. 2006-02-19. 2 fevral 2003 tarixində arxivləşdirilib.
- ↑ "The Case of the Hillside Stranglers (TV Movie 1989)" (ingilis). imdb.com. 22 oktyabr 2013 tarixində arxivləşdirilib.