Anatoli Novoseltsev
Anatoli Novoseltsev | |
---|---|
Anatoli Petroviç Novoseltsev | |
Doğum tarixi | |
Doğum yeri | İrkutsk, SSRİ |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Elm sahələri | tarix[1], şərqşünaslıq[1] |
Elmi dərəcəsi | |
Elmi adları |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbərləri | Mixail Dyakonov |
Üzvlüyü |
Anatoli Petroviç Novoseltsev (26 iyul 1933, İrkutsk, SSRİ – 12 sentyabr 1995, Moskva) Görkəmli Sovet şərqşünası. Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. Qafqaz, Zaqafqaziya, İran, Qədim Rusiya ölkələrinin orta əsrlər tarixi üzrə mütəxəssisdir.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Anatoli Novoseltsev 1933-cü ildə fəhlə ailəsində dünyaya gəlmişdir. Orenburq vilayətinin Medenqorsk şəhərində orta məktəbi bitirmiş, 1950-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin şərqşünaslıq şöbəsinə daxil olur. 1955-ci ildə universiteti əla qiymətlərlə bitirərək, SSRI EA-nın Tarix İnstitutunun aspiranturasının feodalizm bölməsinə daxil olur. Elmi rəhbəri L. V. Çerepninin təqdimatı əsasında 1958-ci il də Tarix İnstituna işə qəbul eilir. İnstitutda 1958–1968-ci illərdə kiçik elmi işçi, 1968–1984-cü illərdə böyük elmi işçi kimi çalışmışdır. 1959-cu ildə Cənubi Qafqaz tarixinə dair "XVII-XVIII əsrlərdə Azərbaycan və Şərqi Ermənistan şəhərləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildə "Zaqafqaziya ölkələrində feodalizm qurluşunun inkişaf yolları və xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildən institutun professoru, 1984-cü ildən SSRİ EA-nın müxbir üzvü seçilmiş, 1984–1988-ci illərdə Tarix Institunun SSRİ ərazisində qədim tarixi dövlətlər şöbəsinə rəhbərlik etmişdir. !985–1995-ci illərdə illik "SSRİ ərazisində qədim tarixi dövlətlər" (1994-cü ildən – "Şərqi Avropanın qədim dövlətləri") müəciməsinin məsul redaktoru; eyni zamanda da "SSRİ xalqlarına aid qədim mənbələr" (1993-cü ildən – "Şərqi Avropa tarixinə aid qədim mənbələr") külliyyatının məsul redaktor müavini olmuşdur. 1985–1988-ci illərdə Rusiya – Fələstin cəmiyyətinin sədri olmuş, ömrünün son illərinə qədər Rusiya Tarixinin Elmi Mərkəzinə rəhbərlik etmişdir.
Tədqiqat fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Dyakonov İ. M, Reysner İ. M-in tələbəsi, Rusiya şərqşünaslığının gözəl ənənələrinin davamçısı olmuşdur. Alim unikal linqvistik erudisiya fenomeninə malik olmuş, 20 artıq: fars, gürcü, ərəb, qədim yəhudi, erməni, Suriya, yunan, latın və s. dillərə mükəmməl yiyələnmişdir. Onun ilk tədqiqatlarının maraq dairəsi əsasən Zaqafqaziyanın tarixi olmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Т. М. Калинина, Е. А. Мельникова, И. И. Попов. Анатолий Петрович Новосельцев (1933–1995) // Древнейшие государства Восточной Европы, 1998. М., 2000.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pages using the JsonConfig extension
- 26 iyulda doğulanlar
- 1933-cü ildə doğulanlar
- 62 yaşında vəfat edənlər
- 12 sentyabrda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- Xovan qəbiristanlığında dəfn olunanlar
- Tarix elmləri doktorları
- Professorlar
- Moskva Dövlət Universitetinin müəllimləri
- Moskva Dövlət Universitetinin məzunları
- Moskva Dövlət Universitetinin Tarix fakültəsinin məzunları
- SSRİ Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- İrkutskda doğulanlar
- Moskvada vəfat edənlər
- Rusiya alimləri
- Şərqşünaslar
- SSRİ EA-nın müxbir üzvləri