Anar İbrahimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anar İbrahimov
bayraq
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr səlahiyyətlərini icra edən
bayraq2
5 oktyabr 2023 – 26 sentyabr 2024
ƏvvəlkiAzər Zeynalov (müvəqqəti)
SonrakıBəxtiyar Məmmədov (müvəqqəti)
16 may 2023 – 26 sentyabr 2024
SədrAzər Zeynalov (2022–2023; müvəqqəti)
Özü (2023-cü ildən; müvəqqəti)
ƏvvəlkiMirhəşim Seyidov
22 yanvar 2004 – 26 sentyabr 2024
Seçki dairəsi2004 – 22 saylı Çalxanqala
2005 – 16 saylı Qıvraq
2010 – 24 saylı Naxçıvan şəhər
2015 – 16 saylı Qıvraq
2020 – 16 saylı Qıvraq
ƏvvəlkiSəfərəli Babayev (22 saylı)
İbrahim Cəfərov (16 saylı)
Zahid İsmayılov (24 saylı)
SonrakıSabir Kazımov (22 saylı)
Fazil Abbasov (16 saylı)
Məhərrəm Abbasov (24 saylı)
bayraq
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri
bayraq2
29 fevral 2020 – 16 may 2023
ƏvvəlkiSucaxan Novruzov
SonrakıQəzənfər Abdullayev
bayraq
Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru
bayraq2
2000 – 2001
bayraq
Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini
bayraq2
1999 – 2001
Şəxsi məlumatlar
Doğum tarixi 14 avqust 1976(1976-08-14) (48 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi Leytenant (1996)

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anar Adil oğlu İbrahimov (14 avqust 1976, Böyükdüz, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, VVI çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sabiq sədri, Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru, Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini.

Anar İbrahimov 1976-cı ilin avqust ayının 14-də Naxçıvan rayonunun Böyükdüz kəndində doğulmuşdur. Orta təhsilini 1983–1993-cü illərdə Naxçıvan şəhər Vəli Zeynalov adına 3 nömrəli rus orta məktəbində almışdır. 1993–1997-ci illərdə ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi münasibətlər — Politologiya fakültəsində təhsil almışdır. İxtisasca politoloqdur. 2017-ci ildə Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsində Dövlət İdarəetməsi üzrə magistraturanı bitirmişdir.

Anar İbrahimov 1996-cı ildə leytenant rütbəsi almışdır, ehtiyatda olan zabitdir.

Anar İbrahimov 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində aparıcı mütəxəssis, 1998-ci ildə həmin komitədə şöbə müdiri vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Anar İbrahimov 1999–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır. O, 2000–2001-ci illərdə bu vəzifəsinə paralel olaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru vəzifəsini də daşımışdır.

Anar İbrahimov 29 fevral 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 18-ci Konfransında Şuranın sədri seçilmişdir. O, bu vəzifəni Ali Məclisin sədr müavini vəzifəsinə seçilənədək icra etmişdir.[1]

Anar İbrahimov 22 yanvar 2004-cü ildə boşalmış yer üzrə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 22 saylı Çalxanqala seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkini birinci tamamlamış və deputat seçilmişdir. O, bu vəzifəni 26 sentyabr 2024-cü ilədək icra edib.[2]

5 oktyabr 2023-cü ildə Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavini və sədr səlahiyyətlərini icra edən vəzifələrindən istefa vermişdir.[3] Bu səbəbdən də Anar İbrahimov həmin tarixdən 26 sentyabr 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin səlahiyyətlərini icra edib.[2]

Anar İbrahimov 6 noyabr 2005-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 16 saylı Qıvraq qəsəbə seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 2387 səs (69.2%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilmişdir. O, Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Komissiyasının üzvü seçilmişdir.

Anar İbrahimov 2010-cu ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 24 saylı Naxçıvan şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilmişdir.[4]

Anar İbrahimov 2015-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 16 saylı Qıvraq seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin V çağırışında Ali Məclis İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri seçilmişdir.[5]

O, 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 16 saylı Qıvraq seçki dairəsi üzrə seçicilərin 3497-sinin və ya 75.9 faizinin səsini toplayaraq deputat seçilmişdir.[6] Naxçıvan Ali Məclisinin VI çağırışının 22 fevral 2020-ci il tarixli ilk iclasında Ali Məclis İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr komissiyasının sədri seçilmişdir.[7]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 may 2023-cü ildə keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.[8]

5 oktyabr 2023-cü ildə Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavini və sədr səlahiyyətlərini icra edən vəzifələrindən istefa vermiş,[3] bu səbəbdən də Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin səlahiyyətlərini icra etməyə başlamışdır.

Avropa Şurasında

[redaktə | mənbəni redaktə et]

Anar İbrahimov 2006-cı ilin may ayından etibarən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun Nizamnamə və Monitorinq Komitəsininin üzvüdür. 2011-ci ildən Avropa Birliyi-Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlərinin Konfransının (CORLEAP) Azərbaycan Respublikasından üzvüdür. O, 2011-ci ildən CORLEAP Bürosunun üzvü, 2015–2016-cı illərdə birinci, 2019-cu ildə isə ikinci dəfə CORLEAP həmsədri seçilmişdir.

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Anar İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2001–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi, həmçinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur, 2021-ci ilin noyabr ayından isə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında sədr müavini-Aparatın rəhbəridir.

  1. "Anar İbrahimov yeni vəzifəyə seçilib » Ovqat.com". Ovqat.com. İstifadə tarixi: 2023-10-12.
  2. 1 2 "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
  3. 1 2 "Azər Zeynalov Naxçıvan Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib". Report İnformasiya Agentliyi (az.). 2023-10-05. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
  4. Naxçıvan MR MSK. "Naxçıvan Ali Məclisinin deputatları" (PDF). 19.11.2010. 2020-08-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  5. "V çağırış Ali Məclisin birinci sessiyası". 17.11.2015. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2020.
  6. Naxçıvan MR MSK. "Naxçıvan Ali Məclisinin deputatları". 22.02.2020. 01.05.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.08.2020.
  7. "Naxçıvan Ali Məclisinin komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı". 24.02.2020. 22.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.
  8. "Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçilib | Report.az". report.az. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]