Ananiya Şiraklı
Ananiya Şiraklı | |
---|---|
Անանիա Շիրակացի | |
Doğum adı | Անանիա |
Doğum tarixi | təq. 610[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 685[2] |
Elm sahələri | riyaziyyat, astronomiya, təbiətşünaslıq |
Tanınır | «Aşxaratsuyts əsərinin müəllifi |
Vikianbarda əlaqəli mediafayllar |
Ananiya Şiraklı[4]; Şirakasi (erm. Անանիա Շիրակացի; təq. 610[1][2], Qonaqqıran, Bizans imperiyası[3] – təq. 685[2]) — erməni coğrafiyaşünası, filosof, riyaziyyatçı, kartoqraf, tarixçi, astronom və kimyaçı, qədim erməni təbiətşünaslığının banisi[5].
Bioqrafiya
[redaktə | vikimətni redaktə et]Şirak vilayətində anadan olmuşdur[6]. Bəzən özünü Şirakavan adlı yerin adı ilə Şiravakansi də adlandırıb[6]. Atasının adı Ovannes idi[6][7]. Ermənistanda ilkin təhsilini alıb, təhsilini davam etdirmək üçün Bizansa yola düşüb. O, Feodosiopol (Karin) şəhərindən keçərək, IV Ermənistan vilayətinə getmiş və orada riyaziyyatçı Kristosaturdan təhsil almışdır. Hesab edilir ki, o, «bütün elmləri oyrənmədi», bir müddətdən sonra Trabzona üz tütdu, hansı ki orada məşhur alim Tixik onun müəllimi olub[7], Şirakasinin özünün yazdığı kimi, Tixik erməni yazısının bilicisi»[6] idi. Burada Ananiya Şiraklı 8 ilə yaxın təhsil alır[8]. Təhsilini başa vurduqdan sonra Ermənistana qayıdır və orada elmi və pedoqoji fəaliyyətə başlayır, kvadriviumun[q 1] əsasları tədris olunan məktəblər açır.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Ananiya Şiraklının hesab, salnamə (xronologiya) nəzəriyyəsi, kosmoqrafiya və coğrafiya[6][9] mövzuları üzrə 20-dən artıq əsəri var[10]. Ən məşhurları aşağıdakılardır:
- «Ananiya Şirakasinin riyaziyyatı — çəki və ölçü haqqında»
- «Məsələlər və həlləri» (hesab məsələləri toplosu)
- Təqvim və kosmoqrafiya üzrə traktat
- «Coğrafiya»
«Məsələlər və həlləri» adlı hesab dərsliyində cədvəllər içində hesab sənəti üzrə materiallar cəmləşib[9] və bu dövrümüzə qədər gəlib çatmış ən qədim dərsliklərdən biridir[5][9]. Ananiya Şiraklı riyaziyyat üzrə təhsilin inkişafına əhəmiyyətli təkan vermişdir[11].
Erməni tarixi mənbələrindən məlumduir ki, Ananiya Şiraklı erməni katolikosu Anastasın (662—668) təkidi ilə erməni təqvimini qaydaya salmışdır. O zamanlar Ermənistanda xətalı günəş təqvimindən istifadə edilirdi, hansı ki bütün illər 365 gündən ibarət idi və uzun illər olmayıb. Elə buna görə də fəsillər və xüsusi tarixlər tədricən ildə yerini dəyişirdi. Şirakasi Roma təqvimi əsasında dəyişməyən təqvim hazırladı. Amma katolikosun ölümündən sonra onun yaratdığı təqvimlə maraqlanan olmadı.
«Aşxaratsuyts»
[redaktə | vikimətni redaktə et]Şirakasinin tərtib etdiyi «Dünyanın coğrafi xəritəsi» daha çox «Aşxaratsuyts», yaxud «Erməni Coğrafiyası» adı ilə tanınır, hansı ki Ermənistanın tarixi coğrafiyası ilə yanaşı burada Asiya, Avropa ölkələrinə və Liviyaya (Afrika) aid ətraflı coğrafi və kartoqrafik məlumatlar, qədim və orta əsrlər Ermənistanının Böyük Ermənistan və bundan qərbdəki Kiçik Ermənistanın hüdudlarında mövcud olmuş inzibati-siyasi vəziyyət ətraflı təsvir edilir. Daha əvvəl bu iş səhvən Movses Xorenliyə aid edilmişdir[12]. Əsər ilk dəfə 1683-cü ildə Marseldə çap olunub.
Xronika
[redaktə | vikimətni redaktə et]Anonim VII əsr xronikası da bəzən Ananiya Şirakasiyə aid edilir[6][13]. Burada müəllif İran, Babil, Roma, Bizans və digər ölkələrin tarixi ilə əlaqəlidir[14], Xorenatsinin, Sebeosun və digərlərinin yazdıqlarından istifadə edir[14]. «Xronika» Adəmin dövründən başlayır və 685-ci ildə[6] – xəzərlərin Ermənistana, Gürcüstana və Albaniyaya hücumları vaxtında bitir[15].
«Kosmoqrafiya və təqvim»
[redaktə | vikimətni redaktə et]Şirakasi həm də astronomiya, meteorologiya и fiziki coğrafiya məsələlərindən bəhs olunan 48 fəsillik «Kosmoqrafiya və təqvim» əsrinin müəllifidir[16]. Şirakasi dünyanın strukturunu yumurtaya bənzədirdi (Yer — yumurtanın sarısı, atmosfer — yumurtanın ağı, göy qübbəsi — yumurtanın qabığı) və Günəş ilə Aya qədər olan məsafəni müəyyənləşdirməyə cəhd edib. Bununla yanaşı o, haqlı olaraq hesab edib ki, Kəhkəşan ulduzlar topasıdır, Ay isə işıq saçmır – yalnız Günəş işığını əks etdirir. O, Yerin kürəşəkilli olduğunu yazıb[17].
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ Orta əsrlərdə dəqiq elmlərin ümumi adı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 (unspecified title). ISBN 978-2-7089-6874-5
- ↑ 1 2 3 4 Oxford Dictionary of Late Antiquity. / red. O. Nicholson Oxford University Press. S. 68.
- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 325.10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000038-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000003C-QINU`"'С. 325&rft.pub='"`UNIQ--templatestyles-00000039-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1976&rfr_id=info:sid/az.wikipedia.org:Ananiya Şiraklı" class="Z3988">
- ↑ 1 2 История всемирной литературы. 2. М.: Наука. 1984. 296–299.
- ↑ 1 2 3 4 5 6 7 Анания Ширакаци // Православная энциклопедия . 2. М.. 2000. 224.М.&rft.pages=224&rft_id=http://www.pravenc.ru/text/114762.html&rfr_id=info:sid/az.wikipedia.org:Ananiya Şiraklı" class="Z3988">
- ↑ 1 2 Michael E. Stone. Adam and Eve in the Armenian Traditions, Fifth through Seventeenth Centuries. Early Judaism and its literature, 38. Society of Biblical Lit. 2013. 684.
- ↑ Р. Хьюсен, «Science in Seventh-Century Armenia: Ananias of Širak[ölü keçid]», Isis, vol. 59, No. 1, (Spring, 1968), p. 34—35
- ↑ 1 2 3 Ananiya Şiraklı // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.[в 30 т.]&rft.place='"`UNIQ--templatestyles-00000042-QINU`"'М.&rft.edition=3-е изд.&rft.pub=Советская энциклопедия&rft.date=1969/1978&rfr_id=info:sid/az.wikipedia.org:Ananiya Şiraklı" class="Z3988">
- ↑ Wayne Orchiston, David A. Green, Richard Strom. New Insights From Recent Studies in Historical Astronomy: Following in the Footsteps of F. Richard Stephenson: A Meeting to Honor F. Richard Stephenson on His 70th Birthday. Astrophysics and Space Science Proceedings. 43. Springer. 2014. 106–107.Orijinal mətn (ing.)Generally, though perhaps unsurprisingly, less is known about the lives of the Georgian and Armenian astronomers than about their works. Without question, the most famous name of these is Anania Shirakatsi (Anania of Shirak), the seventh century Armenian astronomer and mathematician (see Fig. 3). Approximately two dozen of his works are extant. Anania wrote on a variety of astronomical, mathematical, geographical and calendrical topics, and is well known for his work on Armenian chronology.
- ↑ . Российская педагогическая энциклопедия. Под ред. В. Г. Панова. 1993.&rft_id=http://www.otrok.ru/teach/enc/txt/13/page36.html&rfr_id=info:sid/az.wikipedia.org:Ananiya Şiraklı" class="Z3988">.
- ↑ «Армянская География VII века по Р. Х (приписывавшаяся Моисею Хоренскому)». Пер. с др.-арм. и коммент. К. П. Патканова. СПб. 1877.
- ↑ Philip Wood. History and Identity in the Late Antique Near East. Oxford University Press. 2013. 32.
- ↑ 1 2 В. М. Варданян. Анания Ширакаци – символ духовной и политической самостоятельности армян (PDF) // Вестник общественных наук (erməni). № 3. Ереван. 2013. 16.
- ↑ В. М. Варданян. Анания Ширакаци – символ духовной и политической самостоятельности армян (PDF) // Вестник общественных наук (erməni). № 3. Ереван. 2013. 17.
- ↑ Р. Хьюсен, «Science in Seventh-Century Armenia: Ananias of Širak[ölü keçid]», Isis, vol. 59, No. 1, (Spring, 1968), p. 40—41.
- ↑ Ravi Agarwal, Syamal Sen. Creators of Mathematical and Computational Sciences. Springer. 2014. 103.. (современный научный консенсус атрибутирует это открытие древнегреческим учёным VI века до н. э.)Orijinal mətn (ing.)His greatest claim to fame is his discovery of the fact that the Earth is round and that there was more to the heavens and world than the standard Aristotelian belief purported at the time.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Анания Ширакаци. Космография. Пер., пред. и комм. К. С. Тер-Давтян и С. С. Аревшатяна.erevan1962.
- Абраамян А. Г. Научные труды ученого VII в. Анании Ширакаци. Ереван, 1944.
- Абраамян А. Г. Таблицы лунного круга Анании Ширакаци. Ереван, 1965.
- Абрамян А. Г., Петросян Г. Б. Анания Ширакаци. Ереван, Из-во ЕрГУ, 176 с. 1970.
- Орбели И. А. Вопросы и решения вардапета Анания Ширакца, армянского математика VII века. В кн.: Орбели И. А. Избранные труды. Ереван, 1963, с. 512—531.
- Колчинский И.Г., Корсунь А.А., Родригес М.Г. Астрономы: Биографический справочник. — 2-е изд., перераб. и доп. Киев: Наукова думка. 1986.
Linklər
[redaktə | vikimətni redaktə et]- Роберт Хьюсен, «Science in Seventh-Century Armenia: Ananias of Širak», Isis, vol. 59, No. 1, (Spring, 1968), pp. 32–45. (ing.)
- Еремян, Сурен Тигранович, Восстановленная версия карты Центральной Азии по Анании Ширакаци
- «Армянская География VII века по Р. Х (приписывавшаяся Моисею Хоренскому)». Пер. с др.-арм. и коммент. К. П. Патканова. СПб. 1877..
- д/ф «По следам тайны. Когда на Земле правили боги» (РТР, 2015), с 17 мин.