Anadır
Qəsəbə | |||||
Anadır | |||||
---|---|---|---|---|---|
rus. Анадырь | |||||
|
|||||
64°44′ şm. e. 177°31′ ş. u.HGYO | |||||
Ölkə | Rusiya | ||||
Region | Çukotka Muxtar Dairəsi | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1889 [1] | ||||
Əvvəlki adı | Novomariinsk (1923-cü ilə qədər)[1] | ||||
Sahəsi | 20[2] | ||||
Mərkəzin hündürlüyü | 35 m | ||||
Saat qurşağı | UTC 12:00 | ||||
Əhalisi | |||||
Əhalisi | 13045[3] nəfər (2010) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 7 42722 | ||||
Poçt indeksi | 689500 | ||||
Digər | |||||
adm.anadyr.ru (rus.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Anadır — Rusiyada qəsəbə. Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi. Anadır çayının ağzında salınmışdır. Bu qəsəbə Rusiyanın ən şərqi qəsəbəsidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qəsəbənin tarixi bir əsrdən bir az çox olsa da, adının tarixi qədimdir. Bu adın mənşəyi yukagir dilindəki çay mənasına gələn "any-an" sözündən götürülmüşdü. Qəsəbə 1889-cu ildə Novomariinsk adı ilə salınmışdı.[1] Lakin 1923-cü ildə qəsəbənin adı Anadır olaraq dəyişdirildi.[1] 1965-ci ildə isə qəsəbə statusu aldı.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 2002 | 2010 |
---|---|---|---|---|---|---|---|---|
Əhali | 224[5] | 3344[6] | 5859[7] | 7703[8] | 12241[9] | 17094[10] | 11038[11] | 13045[3] |
2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə Anadırın əhalisi 13045 nəfər olmuşdu. 1 yanvar 2015-ci il tarixinə olan təxmini əhali sayı isə 14326 nəfərdir.[12]
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Anadır Berinq dənizinin Anadır körfəzində yerləşən əhəmiyyətli dəniz portudur. Anadırda həmçinin Uqolnıy Hava Limanı vasitəsilə Rusiyanın Xabarovsk, Vladivostok, Moskva və digər şəhərləri və ABŞ-nin Nom şəhəri ilə hava əlaqəsi yaradılmışdır. Anadırda hal-hazırda sadəcə Tavayvaam ilə avtomobil yolu vardır, lakin 2014-cü ildə 1800 kilometrlik Maqadan-Anadır yolunun tikintisinə başlanılmışdır.[13] Tikintinin 30 il sonra tamamlanması planlaşdırılıb.
İqlimi
[redaktə | mənbəni redaktə et]Keppenin iqlimlər təsnifatına görə Anadır subarktik iqlimə malikdir. Qışı uzun və çox soyuqdur, yayı isə sərin və qısadır. Ən soyuq ay −22.6 °C ortalama temperatur ilə yanvar ayı, ən isti ay isə 11.6 °C °C ortalama temperatur ilə iyul ayıdır. Hər il ortalama 382 mm yağıntı düşür. Ən yüksək temperatur 30.0 °C 7 iyul 1956-cı ildə, ən aşağı temperatur isə −46.8 °C 3 yanvar 1913-cü ildə qeydə alınmışdır.[14][15]
Tanınmış şəxslər
[redaktə | mənbəni redaktə et]- Valriy Tokarev — Kosmonavt
- Roman Abramoviç — Çukotka Muxtar Dairəsinin sabiq qubernatoru, Çelsi klubunun prezidenti
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]Anadır 30 oktyabr 1989-cu ildə ABŞ-nin Bethel şəhəri ilə qardaş şəhər elan olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Энциклопедия Города России. Moscow: Большая Российская Энциклопедия. 2003. səh. 20. ISBN 5-7107-7399-9.
- ↑ Russian Federal State Statistics Service. "Регионы России. Основные социально-экономические показатели городов. 2012 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine". Дальневосточный федеральный округ. Города Чукотского автономного округа.
- ↑ 1 2 Russian Federal State Statistics Service. "Всероссийская перепись населения 2010 года. Том 1". Всероссийская перепись населения 2010 года (2010 All-Russia Population Census) (Russian). Russian Federal State Statistics Service. 2011. March 21, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 29, 2012.
- ↑ Почта России. Информационно-вычислительный центр ОАСУ РПО. (Russian Post). Поиск объектов почтовой связи Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine (Postal Objects Search) (rus.)
- ↑ Список населённых мест Дальневосточного края. По материалам Всесоюзной переписи населения 17 декабря 1926 года и Приполярной переписи 1926—27 года. — Хабаровск; Благовещенск, 1929.
- ↑ РГАЭ, ф. 1562, оп. 336, д. 1470, л. 20.
- ↑ "Перепись населения СССР 1959 года". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Перепись населения СССР 1970 года". 2012-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Перепись населения СССР 1979 года". 2012-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ Demoscope Weekly. "Всесоюзная перепись населения 1989 г. Численность наличного населения союзных и автономных республик, автономных областей и округов, краёв, областей, районов, городских поселений и сёл-райцентров". Всесоюзная перепись населения 1989 года [All-Union Population Census of 1989] (Russian). Институт демографии Национального исследовательского университета: Высшая школа экономики [Institute of Demography at the National Research University: Higher School of Economics]. 1989. September 19, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2014.
- ↑ Russian Federal State Statistics Service. "Численность населения России, субъектов Российской Федерации в составе федеральных округов, районов, городских поселений, сельских населённых пунктов – районных центров и сельских населённых пунктов с населением 3 тысячи и более человек". Всероссийская перепись населения 2002 года [All-Russia Population Census of 2002] (Russian). May 21, 2004. February 3, 2012 tarixində orijinalından (XLS) arxivləşdirilib. İstifadə tarixi: August 9, 2014.
- ↑ "Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2015 года". 2015-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-06.
- ↑ "Project to build road from Kolyma to Anadyr drawn up". 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Weather and Climate- The Climate of Anadyr" (Russian). Weather and Climate (Погода и климат). 15 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2015.
- ↑ "Anadyr Climate Normals 1961–1990". National Oceanic and Atmospheric Administration. 3 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2015.
- ↑ "Anadyr twinned with Bethel, Bethel government website" (PDF). 2011-08-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.