Ana səhifə

Vikipediya, azad ensiklopediya
(Ana Səhifə səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Laynus Polinq — Amerika kvant kimyaçısı, biokimyaçısı, kristaloqrafı, molekulyar bioloqu və tibb tədqiqatçısı. O, XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallarzülalların təkmilləşdirilməsində iştirak etmişdir. Onun 1953-cü ildə DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar Ceyms Vatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Ona yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Min bir gecə (balet) — 1979-cu ildə yazılmış iki hissəli balet. Baletin musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında MaqsudRüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır. Baletin premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutumuşdur. Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. Baletdə əsas diqqətçəkən məqamlardan biri də tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar və axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir. "Min bir gecə" dərin fəlsəfi tamaşadır. Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Türkiyənin qadın nazirlərinin siyahısı — İlk dəfə 26 mart 1971-ci ildə qurulan 33-cü Türkiyə hökuməti başçısı Nihad Erim Türkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə 28 fərqli qadın yer alıb. Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib. Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib. Ən çox qadın naziri olan hökumət 4 qadın nazirlə 54-cü hökumət olub. Bu hökumətdə Tansu Çillər həm baş nazir, həm də xarici işlər naziri, Meral Akşenər daxili işlər naziri, Ayfər Yılmaz və İşılay Sayqın isə dövlət naziri vəzifələrində olublar.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli