Amvon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İkipilləkənli amvonu olan ikonotas. Macarıstan.

Amvon (yun. ἄμβων; q.slav. amvón) — xristian kilsəsində Bibliya mətnləri, moizələr və litaniyaların oxunduğu yer. Şərqi ortodoks xristianlıq, Antixalkidon kilsələrində, Şərqi Katolik Kilsələrində işlənir.

Tədqiqatçıların əksəriyyəti hesab edir ki, "amvon" sözü yunan dilindəki "anabayno" – "yuxarı çıxmaq" felindən törəmiş bir isimdir. İstənilən təfsirdə bu söz yüksəkliklə əlaqələndirilirdi.[1]

Erkən xristianBizans kilsələrində amvon xorun hər iki tərəfində və ya mərkəzi günbəzin altında yerləşdirilən kafedra idi. Amvona qalxan bir-iki pilləkən olurdu. Rus kilsəsində bu, kral qapılarının qarşısında yerləşən soleyanın yarımdairəvi hissəsidir. Amvon İsanın məzarının girişini bağlayan daşı simvolizə edirdi.[1]

  1. 1 2 Телицын, В. Л.; Багдасарян, В. Э.; Орлов, И. Б., redaktorlar АВГУРЫ // Символы, знаки, эмблемы. Энциклопедия (rus). М.: ЛОКИД-ПРЕСС. 2005.М.&rft.pub=ЛОКИД-ПРЕСС&rft.date=2005&rfr_id=info:sid/az.wikipedia.org:Amvon" class="Z3988">

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]