Ameliya Erhart

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ameliya Erhart
Amelia Earhart
Ameliya Erhart
Ameliya Erhart
Doğum tarixi
Doğum yeri Atçison, Kanzas, ABŞ
Yoxa çıxıb
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Bilinmir. Houland adasına uçarkən itkin düşüb.
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Corc Palmer Putnem
Uşaqları Qreys Muriel və bir qızı daha var
Atası Edvin Stenton Erhart
Anası Emi Otis Erhart
Təhsili
Fəaliyyəti Aviator
Yazıçı
Jurnalist
İmza
ameliaearhart.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ameliya Erhart (ing. Amelia Mary Earhart; 24 iyul 1897[1][2][…], Atçison, Kanzas5 yanvar 1939[3], Haulend adası, ABŞ-a bağlı kiçik adacıqlar) — ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1938-ci ildən etibarən "İtkin düşmüşlər" siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir.

Ameliya Erhart 1897-ci ildə ABŞ-nin Kanzas ştatında doğulmuşdur. Anası Emi Otis Erhart, atası isə Edvin Stenton Erhart idi. Erhart Birinci dünya müharibəsində tibb bacısı vəzifəsində çalışır. Müharibədən sonra hava nəqliyyatı ilə maraqlanmağa başlayır. 1928-ci ildə Atlantik okeanını sərnişin kimi keçən ilk qadın olur. 20–21 may 1932-ci ildə Nyufaundlenddən İrlandiyaya uçaraq Atlantik okeanını keçmişdir. ABŞ-nin bütün ştatları üzərində uçduqdan sonra 1935-ci ilin yanvar ayında Kaliforniyadan Havay adalarına uçur. 1937-ci ildə həmkarı Fred Nunan ilə birgə "Lokhid Elektra" modelli təyyarə ilə dünya turu səyahətinə başlayır.

1915-də Hyde Park High School dan məzun olanda dünya ölkələri ilk böyük savaşa girmişdi. Ameliya bu illərdə Kanadada bir hərbi xəstəxanada tibb bacısı olaraq işləyirdi.3 yanvar 1921-də aldığı ilk uçuş dərsindən sonra altı ay boyunca davamlı olaraq bu sahədə çalışıb ilk təyyarəsini almağa nail oldu. Ameliya, ikinci əl, sarı rəngli və iki oturacaqlı Kinner Airster inə Canary adını vermişdi. Bu təyyarə ilə 14 min fitə qədər yüksəlib qadınlar arasındakı ilk rekorduna imza atmışdı.

Telefon zəngi ilə həyatı dəyişdi

[redaktə | mənbəni redaktə et]

1928-ci ilin aprel ayı idi. Ameliya, gələn telefon zəngini özünə yönləndirmək istəyən katibəsinə "indi çox məşğulam" deyə qarşılıq vermişdi. Yenə bir zarafatla qarşılaşacağını düşünürdü. Katibəsi vacib zəng olduğunu bildirdikdən sonra zəngi qəbul etmişdi. Telefonu götürdükdən sonra "Atlantik okeanı keçən ilk qadın olmaq istəyərsiniz mi?" sualı ilə qarşı-qarşıya qalmışdı. Bir anlıq ağlına təyyarədə 'artıq baqaj' olacağı düşüncəsi gəlsə də cavabı "Hə" oldu. Nyu Yorka gedən Ameliya layihənin memarları ilə və jurnalist Corc Putnam(gələcəkdə həyat yoldaşı olacaq şəxs) ilə tanışdı. Bütün məsələlərdə razılığa gəldilər. Ameliya pilot Wilmer "Bill" Stultz, köməkçi pilot və uçuş mühəndisi Luis E. "Slim" Gordon ilə 17 iyun 1928-də Newfoundland’daki Trepassey Harbor’dan,‘Dostluq’ (Friendship) adlı Fokker F7 ile havalandı.21 saatlıq səyahətdən sonra Burry Porta endilər. Nyu Yorka qayıdarkən rəsmi keçidlə qarşılandılar. Prezident Kalvin Kulic Ağ Evdə onları şərəfləndirdi.

Klivlend Qadınlar Uçuş Derbisində üçüncü olmağının ardından Atlantik səyahəti əsnasında tanışıb dostluğunu gücləndirdiyi jurnalist Putnam ilə həyatını birləşdirdi. Ən az Ameliya qədərə macəra düşkünü olan Putnam, həyat yoldaşının bu fərqli tutqusuna ən böyük dəstəyi verənlərin başında gəlirdi. Ər və arvad gizli bir plan üzərində işləyirdi:Ameliya bu dəfə Atlantiki tək başına keçməyi düşünürdü.

Atlantiki tək başına keçən qadın

[redaktə | mənbəni redaktə et]

20 may 1932-də Newfoundland Harbor Grace-dən havalanan Ameliya, Parisə enmə hədəfiylə səmaya qalxdı. Güclü şimal küləkləri və mexaniki problemlərlə qarşılaşan Ameliya hədəfindən yayınmadı. Ameliya Paris yerinə İrlandiyanın Londonderry [ölü keçid] bölgəsində bir otluğa enməli oldu. Amma bunun heç bir əhəmiyyəti yox idi. Nəticədə Ameliya Erhart 35 yaşında Atlantiki tək başına keçən qadın olmuşdu. Bu dəfə Ağ Evdə başqa bir prezident Herbert Huverin qonağı olan Ameliya,National Geographic Society nin təqdim etdiyi qızıl medala layiq görülür. Eyni zamanda ABŞ konqresi ona The Distinguished Flying Cross nişanını da təqdim etmişdi

Rekorddan rekorda doğru

[redaktə | mənbəni redaktə et]

11 yanvar 1935-də Honoluludan Kaliforniya Oaklendə uçaraq, Sakit okeanının üzərindən tək başına uçan ilk şəxs oldu. Ameliya bununla kifayətlənmədi,1 il sonra bu dəfə Mexiko sitidən Neuarka uçdu. Aşağıda onu böyük bir topluluq gözləyirdi.

Ölüm səyahəti

[redaktə | mənbəni redaktə et]

Ameliya ve uçuş mühəndisi Fred Noonan, 1 iyun 1937-də dünya ətrafında səyahət etmək üçün Mayamidən havalandılar. 53708 km-lik uçuş başlamışdı. İlk dayanacaqları Puerto Riko San Juan idi. Buradan cənuba doğru AfrikayaQırmızı dənizə doğru gedəcəklərdi. Karaçi uçuşu ilə bir başqa ilkə imza atırdılar. Daha əvvəl heç kim Qırmızı dənizdən Hindistana dayanmadan uçmamışdı. Kəlküttədən havalanan Elektra Rangoon,Banqkok,Sinqapur,Bandoeng [ölü keçid] yolu ilə getdilər. Musson yağışlarına görə bir neçə günlük Bandoenqdə qalmalı olmuşdular. Bu Asiya tropiki Ameliyanı dizanteriyayla tanış etmişdi. İkili 27 iyunda Bandoenqdən havalanaraq Avstraliya Port Darvinə endilər. Paraşütləri və istiqamət tapıcıları paketləyərək Amerikaya göndərdilər, uzun Sakit okean səyahətində onlara lazım olmayacaqdı və beləliklə yanacağa daha çox yer qalırdı.29 iyunda Yeni Qvineyaya çatdılar, o vaxta qədər 40744 km məsafə qət etmişdilər. Önlərində hələ 7000 millik məsafə qalmışdı. Ameliya bu zaman son kəz qələmə aldığı səyahət bağlamasını Herald Tribune a yolladı. Şəkillərdə çox yorğun və xəstə görünürdü. Növbəti hədəf Houlend idi.Okeanın ortasında 2.5 km uzunluğunuda olan bu ada çox kiçik bir quru parçası idi. Və səyahətin ən çətin hissəsi başlayırdı. Təyyarədəki bütün əşyaları benzini səmərəli istifadə etmək üçün atmışdılar. Eyni zamanda Amerika ordusu onlara kömək üçün Houlenddə radio stansiyası qurub oranı tapmaq üçün Ameliya və Noonana kömək etmişdi. Houlendə gedərkən hava şəraiti pisləşmişdi və yağış yağırdı buna görədə Noonan istiqaməti tapa bilmirdi. Eyni zamanda parazitlərə görə gəmilə əlaqələridə kəsilmişdi. Səhər 7:42 də İtasca [ölü keçid] bu mesajı aldı:Üstünüzdə olmalıyıq, yanacağımız azalır və 300 metrdə uçuruq.8:45 də Ameliyada bu mesaj gəldi:Şimala və cənuba doğru gedirik. Bundan sonra ikilidən heç bir xəbər almaq mümkün olmadı. İkilinin itkin düşməsi ilə əlaqədar prezident Franklin Ruzvelt indiyə qədər ki ən böyük axtarış komandasını göndərdi. Amma heç bir iz tapılmadı.1938-ci ildə Houlend adasında Ameliya Erhartın xatirəsinə bir mayak tikildi.

Rekordlar və uğurlar

[redaktə | mənbəni redaktə et]
  • Qadınlar yüksəklik rekordu: 14 min fut (4 min 200 metr, 1928)
  • Atlantiki yolçu kimi keçən ilk qadın(1928)
  • 100 km-də sürət rekordu(1931)
  • Autogyro [ölü keçid] (təyyarə və helikopter arası bir nəqliyyat vasitəsi) uçurdan ilk qadın (1931)
  • Autogyro ilə Amerikanı qət eden ilk qadın (1932)
  • Atlantiki tək başına keçen ilk qadın (1932)
  • The Distinguished Flying Cross nişanı alan ilk qadın (1932)
  • Amerikanı bir ucundan digərinə dayanmadan qət eden ilk qadın(1933)
  • Qitələrarası qadınlar sürət rekordu (1933)
  • Havay adalarından Kaliforniyaya Sakit okeanı uçaraq keçen ilk insan (1935)
  • Los Anceles, Kaliforniyadan Mexiko sitiyə uçan ilk insan (1935)
  • Mexiko sitidən Nyu Cersey Newarka fasiləsiz uçan ilk insan(1935)
  • Kalifornia Oaklanddan Honoluluya uçuşda sürət rekordu (1937)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

[4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16]

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Amelia Earhart // Encyclopædia Britannica (ing.).
  3. Pelt L. V. Amelia Earhart: The Sky's No Limit (ing.). Tor Publishing Group, 2005. ISBN 978-0-7653-1061-3
  4. "Arxivlənmiş surət". 2019-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  5. "Arxivlənmiş surət". 2018-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  6. "Arxivlənmiş surət". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  7. "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  8. http://www.hrgrace.ca/site/amelia-earhart/[ölü keçid]
  9. "Arxivlənmiş surət". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  10. "Arxivlənmiş surət". 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  11. "Arxivlənmiş surət". 2019-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  12. "Arxivlənmiş surət". 2019-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  13. "Arxivlənmiş surət". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  14. "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  15. "Arxivlənmiş surət". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  16. https://fdrlibrary.wordpress.com/tag/amelia-earhart/