Ambrozio Kontarini
Ambrozio Kontarini | |
---|---|
Doğum tarixi | 1429[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1499[1][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat, tədqiqatçı-səyyah[d], hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Ambrozio Kontarini (it. Ambrogio Contarini) ; (1429-1499) — Venesiya taciri və diplomatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Zadəgan ailəsindən olan Kontarini 1463-cü ildə Osmanlı-Venesiya müharibəsi başlayana kimi Osmanlı dövlətinin paytaxtı İstanbulda ticarətlə məşğul olmuşdur. Müharibə Venesiya Respublikasını Osmanlıya qarşı böyük bir ittifaq formalaşdırmağa məcbur etdi. Bu məqsədlə 1474-cü ildə Ambrozio Kontarini Uzun Həsənlə diplomatik əlaqələr qurmaq üçün Ağqoyunlu dövlətinə göndərildi. Kontarini Mərkəzi Avropadan keçməklə 1474-cü ilin avqustunda Təbrizə, oktyabrda isə İsfahana gəldi. Kontarini səmimi bir şəkildə qəbul olunsa da, Uzun Həsən Osmanlıya qarşı ittifaqa razılıq vermədi. Kontarini 1477-ci ildə Venesiyaya qyıdır və "İrana səyahət" (it. VIAGGIO IN PERSIA) adlı xatirələrini yazır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Contarini, Ambrogio // http://digitale.beic.it/primo_library/libweb/action/search.do?fn=search&vid=BEIC&vl(3134987UI0)=creator&vl(freeText0)=Contarini Ambrogio.
- ↑ 1 2 Bibliothèque nationale de France Ambrogio Contarini // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Istituto centrale per il catalogo unico Ambrogio Contarini // EDIT 16: censimento nazionale delle edizioni italiane del XVI secolo (it.). Roma: ICCU, 2000.
- ↑ Контарини Амброджо // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.