Amazon (şirkət)

Vikipediya, azad ensiklopediya
(Amazon.com səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Amazon.com, Inc.
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Onlayn satış
Sənaye İnternet
Məhsulları Appstore,
The Book Depository,
Game Studios,
Instant Video,
Instant Video UK,
Instant Video German,
Kindle,
Lab126,
Studios,
Twitch.tv,
Woot,
MyHabit.com,
Shopbop,
Askville,
Zocalo
Təsis tarixi 5 İyul 1994
Baş qərargahın yeri ABŞ ABŞ, Vaşinqton, Sietl
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 138.245.000.000 $ (31 dekabr 2021)[2]
Ümumi aktivlər
  • 420.549.000.000 $ (31 dekabr 2021)[2]
Ümumi gəliri 280.5 milyar US$ (2019)
Xalis mənfəəti 11.5 milyar US$ (2019)
Əməliyyat mənfəəti 14.5 milyar US$ (2019)
Struktur
İşçi sayı 132,600 (İyun 2014)[1]
Ana şirkət Amazon
Tərəfdaşlar Amazon Veb Servisləri[3], Alexa Internet, Amazon Books[d], Amazon MGM Studios[d], Goodreads, Amazon Prime Video[d], Double Helix Games[d], Amazon Logistics[d], MGM Holdings[d]
Rəhbərlik
Təsisçi Ceff Bezos
Baş icraçı direktor Ceff Bezos[3][4]
İdarə heyəti Ceff Bezos[5]
amazon.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Amazon.com-un loqosunda yer alan sarı ox təkcə gülən üz deyil, eyni zamanda bu saytda A-dan Z-yə hər şeyi tapa biləcəyinizi göstərən gizli bir simvoldur.

Amazon.com (tələffüzü: ing. /ˈæməzɒn/ və ya /ˈæməzən/) ilk qurulmuş və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır.

Şirkətin ilk adı Cadabra olsa da, bu söz "cadaver" (cəsəd) sözünə oxşadığı üçün bir neçə ay sonra şirkətin adı Amazon olaraq dəyişdirilmişdir.[6][7]

Alqı-Satqı prosesi çox sadədir. Sadəcə Amazon.com ünvanına daxil olub istədyiniz məhsulu seçirsiniz. Əgər aldığınız məhsulun dəyəri €75 avronu keçərsə vergi verməyəcəksiniz.[8] Sifariş etdiyiniz məhsul müəyyən müddət sonra sizə göndərilir.[9]

Amazon mağazası

[redaktə | mənbəni redaktə et]

Amazon-un alqı-satqını rahatlaşdırmaq üçün mağazaları mövcuddur. Sifarişçi istədiyi məhsulun sifarişini verir və bir neçə saat sonra məhsul mağazaya gəlir. Məhsul gəldikdən sonra müştəri gəlib həmin mağazadan öz məhsulu götürür.

Hazırda “Amazon.com” xidməti malların 34 kateqoriyasını əhatə edir: elektron kitablar, multimedia məhsulları, məişət elektronikası, uşaq oyuncaqları, qida məhsulları, idman malları və bir çox başqa məhsullar.[10]

Şirkətin Appstore, The Book Depository, Game Studios, Instant Video, Instant Video UK, Instant Video German, Kindle, Lab126, Studios, Twitch.tv, Woot, MyHabit.com, Shopbop, Askville, Zocalo[11] kimi məhsulları mövcuddur. Şirkətin son illərdə atdığı ən böyük addım elektron kitab oxuyucusu olan Kindle-ı bazara çıxarmaq olub. Qısa bir müddətdə Amazon-un satdığı ən böyük məhsul halına gəlmişdi. Bundan əlavə Amazon.com-da Kindle ilə oxuna biləcək çox böyük bir elektron kitab arxivi mövcuddur.

Budaq şirkətlər

[redaktə | mənbəni redaktə et]

Amazon.com a2z, A9.com, Amazon Web Services, Alexa Internet, Audible.com, Digital Photography Review, Goodreads, Internet Movie Database, Junglee.com, Twitch[12], Zappos kimi böyük şirkətlərə də sahibdir.

2011-ci il, 18 oktyabr tarixində "Amazon.com" ən məşhur komiks nəşriyyatlarından biri olan DC Comics ilə əməkdaşlığa başlayıb. Əldə olunmuş razılığa əsasən Amazon “Supermen”, “Betmen”, “Yaşıl Fənər”, “Qum adamı” daxil olmaqla ən məşhur komikslərin elektron versiyaları üzrə xüsusi hüquq əldə edib.[10]

İnternet mağazasının saytında alıcılar alınmış mallar haqqında cavabları qoya və onları qiymətləndirə bilərlər. Bu da digər müştərilərə keyfiyyətli məhsulları seçməyə kömək edir.[10]

Bundan əlavə, məhsul haqda ekspertlərdən məsləhət almaq mümkündür. Xəbərlərə abunə olan müştərilərə maraqlandıqları məhsullar barədə son informasiyaları mütəmadi olaraq göndərirlər.[10]

"Amazon" şirkətinin ən böyük uğurlarından biri də "Kindle" ailəsinə mənsub rider və planşetlərin yeni nəslini təqdim etməsi olub. 2013-cü ildə "Amazon" şirkəti "Kindle Touch" riderinin yeni versiyasını təqdim edib. O, artıq "Kindle Paperwhite" adlanır. Yeni versiyadakı işıqlandırma sistemi sayəsində qurğunu qaranlıqda və zəif işıqlanma dərəcəsi olan şəraitdə istifadə etmək daha rahatdır. Bundan əlavə, "Paperwhite" riderinin ekranı hazırda 1024x768 piksel təsvir ölçüsünə malikdir və "E Ink"-in yeni texnologiyası əsasında hazırlanıb.[10]

"Amazon" şirkətinin yeni internet-planşeti, həmçinin 7 düymlü ekrana malikdir, lakin yeni versiyada "RAM"-ın həcmi iki dəfə artırılıb və ümumi məhsuldarlıq yeni prosessorun sayəsində 40 faiz artıb. Həmçinin avtonom iş vaxtı artıb. "Amazon" şirkəti, həmçinin 1920x1200 piksel təsvir ölçüsünə malik 8,9 düymlü planşetini də təqdim edib. 8,9 düymlü "Kindle Fire HD" planşetinin qalınlığı 8,8 millimetr təşkil edir və sələfindən təxminən 25 faiz daha parlaq ekrana malikdir. O, "ARM Cortex A9 OMAP4470" ikinüvəli prosessoru və "Dolby Digital" spikerləri ilə təchiz olunub. Həmçinin ikidiapazonlu "Wi-Fi" çipi, siqnalın yaxşı qəbul olunması üçün iki daxili antena mövcuddur. "Amazon" şirkəti iddia edir ki, "Fire HD" planşeti "Google Nexus 7"-dən 54 faiz və "iPad 3"-dən isə 41 faiz sürətlidir.[10]

Hər iki yeni "Fire" modelləri ön kameraya, həmçinin "HDMI" və "Bluetooth" porta malikdir.[10]

“Kindle Fire” planşeti “Amazon” xidmətləri - musiqi, kitab, axın videosunun kirayə xidməti, "bulud" anbarı və proqramlar mağazası ilə əlaqələndirilib. Veb-sörfinq üçün şirkətin "bulud" imkanlarından istifadə edən məhsuldar “Amazon Silk” səyyahı nəzərdə tutulub.[10]

Smartfon planı

[redaktə | mənbəni redaktə et]

Şirkət həmçinin şəxsi brendi altında smartfon təqdim etməyə hazırlaşır. Smartfon “Amazon” və “Foxconn İnternational Holding” (FİH) müqavilə istehsalçısı ilə birlikdə hazırlanır. Aparatı “TMS” biznes qrupu istehsal edəcək.[10]

Analitiklər güman edirlər ki, “Amazon”-smartfonun əsas özəlliyi “Texas İnstrument OMAP 4” prosessoru olacaq və proqram platforması kimi “Android” əməliyyat sistemindən istifadə ediləcək. Şirkət ciddi-cəhdlə təqdim edəcəyi smartfonların patent hüquqlarına dair hazırlıqlara da başlayıb.[10]

100 ən innovativ şirkətdən biri

[redaktə | mənbəni redaktə et]

Amazon.com ABŞ xaricində internet-ticarət bazarlarına ekspansiyanı aparır: Böyük Britaniyada, Almaniyada, Yaponiyada, Fransada, İtaliyada və Çində “Amazon” markasının milli klonları mövcuddur.[10] “Amazon.com”-un mənzil-qərargahı Vaşinqton ştatının Sietl şəhərində yerləşir. Hazırda dünyada 20 mindən artıq işçisi var.[10] Şirkət 2011-ci ildə “Forbes” jurnalı dünyanın ən qabaqcıl qərar və məhsullar təklif edən 100 ən innovativ şirkətinin dərc etdiyi reytinq siyahısında ikinci yeri tutub.[10] Bununla yanaşı, “ComScore” şirkətinin açıqladığı veb-ticarətlə və internet vasitəsilə mal və ya xidmətlərin satışı ilə məşğul olan aparıcı onlayn resurslarına daxil olmaların statistikasına əsasən “Amazon” saytları 282 milyondan çox ziyarətçi və ya təxminən 15 yaşdan yuxarı internet istifadəçilərin 20,4%-ni cəlb edə bilib. Başqa sözlə, bu veb-mağazaya şəbəkəyə (göstərilmiş yaş kateqoriyasında) girişi olan planetin hər beşinci sakini daxil olub.[10]

Amerikanın “Amazon” internet-reteyleri dünyanın ən bahalı brendlərin “BrandZ Top 100, 2019” reytinqində ilk yeri tutur. “Amazon” brendinin dəyəri il ərzində 52 faiz artaraq 315,6 milyard dollara çatıb. Ötən illə müqayisədə kompaniya reytinqdə iki pillə irəliləyib.[13]

  1. "Arxivlənmiş surət". 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
  2. 1 2 Amazon.com, Inc. Annual Report 2021 SEC 10-K (ing.).
  3. 1 2 Amazon.com, Inc. Annual Report 2016 (ing.). 2017.
  4. https://edition.cnn.com/2021/05/26/tech/jeff-bezos-andy-jassy-amazon-ceo/index.html.
  5. İllik hesabat.
  6. "AMAZON COM INC (Form: S-1, Received: 03/24/1997 00:00:00)". nasdaq.com. March 24, 1997. September 23, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2014.
  7. Amazon's Jeff Bezos: With Jeremy Clarkson, we're entering a new golden age of television Arxivləşdirilib 2017-12-13 at the Wayback Machine Retrieved August 18, 2015.
  8. "75€ dəyərində (və daha çox) məhsula görə vergi verilmir". 2014-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
  9. "Amazon "New York"da ilk mağazasını açır". 2015-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
  10. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 2 (749), 18 yanvar 2014, səh.27.  (az.)
  11. "Arxivlənmiş surət". 2014-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
  12. "Arxivlənmiş surət". 2014-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
  13. ""Amazon" dünyanın ən bahalı brendidir". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-11.