Alxaslı
Alxaslı | |
---|---|
39°44′34″ şm. e. 46°20′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Alxaslı — Azərbaycan Respublikasının Laçın rayonu Alxaslı kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Qazax sultanlığından köçmüş ailələr salmışlar. Kəndin bünövrəsini onlardan Alxas adlı bir şəxs qoymudur. Kənddəki binnətalılar, əhmədxanlı, hüseynler və şalıxlı nəsilləri özlərini Alxasın törəmələri sayırlar. Etnooykonimdir. 1933-cü ildə Kəlbəcər raynunda Alxaslı, Göyçay raynunda isə Birinci və İkinci Alxasava (Alxasoba) adlı yaşayış məntəqələri qeydə alınmışdır[2]. Alxaslı sözünün leksik anlamı haqqında izahat belədir ki, "Alxas" sözündəki "al" komponenti sifətin çoxaltma dərəcəsi kimi çıxış edir. Al-qırmızı, al-əlvan, al-qan sözlərində ki, "al" hissələri ilə eyni mənanı daşıyır. "Xas" komponenti isə sözün köküdür. Bu hissənin anlamına gəlincə, "xas" ümumtürk mənşəli söz olub anlamı "yüksək, uca" deməkdir. Əski yazılarda ona "qas" şəklində rast gəlinir. "Dədə Qorqud" dastanında "Dəli Domrul əlin əlinə çaldı, qas-qas güldü" ifadəsində "qas" sözü müasir dilimizdə "ucadan, yüksəkdən" mənasını verir. Azərbaycan tarixində Xasıbəy (Ərdəbil hakimi, XII əsr) adı da olmuşdur. Bu söz ərəb dilində də işlənir ki, mənası "xüsusi, tayı-bərabəri olmayan, başqalarından fərqli" deməkdir. "Xüsusi, xasiyyət, xassə" sözləri də "xas"la eyni kökdəndir. Ehtimal edilir ki, "alxas" sözü "xüsusi, üstün, misilsiz, ən yaxşı, tayı-bərabəri olmayan, yüksək, uca" mənalarını daşıyır. Sözün axırıncı hissəsi olan "lı" komponenti soyadımızı bildirən -lı, -li, -lu, -lü şəkilçiləri vəzifəsində işlənmişdir. "Alxaslı" sözünün mənası yer, yurd mənasında yox, soy, kök, nəsil mənalarında işlənmiş, "ən uca irq, ən uca soy" mənasını daşımışdır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Etnooykonimi
[redaktə | mənbəni redaktə et]Hocazsu çayının sağ sahilində, Hocaz dağının şimal-şərq yamacındadır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Qazax sultanlığından köçmüş ailələr salmışlar. Kəndin bünövrəsini onlardan Alxas adlı bir şəxs qoymuşdur. Kənddəki binnətalılar, əhmədxanlı, hüseynler və şalıxlı nəsilləri özlərini Alxasın törəmələri sayırlar. Etnooykonimdir. 1933-cü ildə Kəlbəcər rayonunda Alxaslı, Göyçay rayonunda isə Birinci və İkinci Alxasava (Alxasoba) adlı yaşayış məntəqələri qeydə alınmışdır.[3].
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənd əhalisi etnik kürdlərdən ibarətdir. [4]
Tanınmış şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Knyaz Məmmədov — professor.
- Sultan Şaylikov — Şamaxı Qəza İcraiyyə Komitəsinin sədri.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik və arıçılıq idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Alxaslı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44. ISBN 978-9952-34-155-3.
- ↑ Alxaslı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.