39°33′10″ şm. e. 45°24′17″ ş. u.HGYO

Almalı (Paşalı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Almalı
39°33′10″ şm. e. 45°24′17″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.600 m
Saat qurşağı UTC 4
Əhalisi
Əhalisi
  • 500 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Almalı xəritədə
Almalı
Almalı

Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]

Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir.

Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur[3].

Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir[4].

Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 6 nəfər, 1897-ci ildə 14 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır[5]. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.96-97
  4. Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983, № 26. s.90
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89, 158