Alkinlər
Etinin Üç Fərqli Şəkildə Göstərilməsi |
---|
Alkinlərin ən bəsiti olan Etin |
Maviylə göstərilən Hidrogen atomlarıdır. |
Maviylə göstərilən Hidrogen atomlarıdır. |
Alkin və ya Asetilen karbohidrogenləri — molekullarında karbon atomları arasında üçqat rabitə olan karbohidrogenlərə deyilir. Formulu:CnH2n-2.[1]
Ümumi atom sayi:(3n-2)
Beynəlxalq adlandırma
[redaktə | mənbəni redaktə et]Alkinlərin ümumi formulu CnH2n-2 formuluna malik üçqat rabitəli karbohidrogenlərdir. İlk nümayəndəsi C2H2-etindir (trivial adı olan "asetilen" daha çox işlənir). Alkinlərdə üçqat rabitəli karbon atomları sp-hibrid halındadır. Butindən başlayaraq zəncir və vəziyyət izomerliyi rast gəlinir. Adlanma alkenlərdəki kimidir. Sadəcə olaraq, alkinlərdə:
- Trivial adlanmada -ilen şəkilçisi ilə əvəz edilir.
- Səmərəli adlandırmada hamısı asetilen törəməsi götürülür.
- Alkenlərdəki beynəlxalq adlanmadakı faktorlarından ikiqat rabitə üçqat ilə əvəz olunur. Sonrakı faktorlar alkenlərdəki kimidir.
- -en şəkilçisi -in ilə əvəz edilir və sonda üçqat rabitənin birləşdiyi karbon atomunun nömrəsi yazılır.
Alkanların YUPAK ilə Adlandrılması | |
---|---|
Alkinin formulu | YUPAK Adı |
C2H2 | Etin |
C3H4 | Propin |
C4H6 | Butin |
C5H8 | Pentin |
C6H10 | Heksin |
C7H12 | Heptin |
C8H14 | Oktin |
C9H16 | Nonin |
C10H18 | Dekin |
C11H20 | Undekin |
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Alkinlərdə üçqat rabitə əvvəldə yerləşərsə, İQ spektrdə CSP-H rabitəsinin valent titrəyişlərinin udma zolağı 3300 sm-1-olacaq. Qeyri simmetrik alkinlər üçün İQ spektrdə üçqat rabitənin valent titrəyişlərinin udma zolağı 2300–2100 sm-1-olacaq. Simmetriklər üçün bu, çətin təyin olunur. NMR də üçqat rabitənin protonlarının siqnalları 2,3–2,9 m.p. də görsənir. Alkinlərin ilk üç nümayəndəsi n.ş-də qaz, C5C15 nümayəndələri maye, qalanları bərkdir.
Alkinlərin alınması
[redaktə | mənbəni redaktə et]Asetilen karbohidrogenlərini almaq üçün doymuş karbohidrogenlərini almaq üçün doymuş karbohidrogenlərin ikihalogenli törəmələrinə qələvilərin qatı spirt məhlulu ilə təsir etmək lazımdır. halogenləri bir karbon yanında olan birləşmələrdən asetilen karbohidrogenlərini almaq daha asandır. asetilen homoloqlarını almaq üçün bəzən asetilenin özündən istifadə edərək, onu alkinləşdirmək daha əlverişli olur. bu məqsədlə, texniki üsulla alınmış asetilenə RMgX, sonra RX ilə təsir edirlər.
Alkinlərin yanması
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Соловьев Ю. И. История химии: Развитие химии с древнейших времен до конца XIX в. Пособие для учителей. — 2-е изд., перераб. — М.: Просвещение, 1983. — С. 208.