Alen-Giyom Bunyoni
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Alen-Giyom Bunyoni | |
---|---|
Burundi Respublikasının Baş naziri | |
23 iyun 2020 – h.h | |
Əvvəlki | Paskal-Firmin Ndimira |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kanyoşa, Bujumbura-Meri vilayəti, Burundi |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Alen-Giyom Bunyoni (ing. Alain-Guillaume Bunyoni; fr. Alain-Guillaume Bunyoni; kir. Alain-Guillaume Bunyoni; 23 aprel 1972, Kanyoşa kommunası[d], Bujumbura-Meri vilayəti[d][1]) — 23 iyun 2020-ci ildən etibarən Burundinin Baş naziri vəzifəsini icra edən Burundi siyasətçisi.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Bunyoni 23 aprel 1972-ci ildə Bujumbura-Meri əyalətində Kanyoşa kommunasında anadan olub. Burundi Universitetində təhsil alıb. 1994-cü ildə həmin universitetdən məzun oldu, lakin məzunluq gecəsinə qatılmadı. Prezident Melxior Ndadayenin öldürülməsindən sonra başlayan döyüşlərə qatıldı. Demokratiyanı Müdafiə Qüvvələrinin döyüş qüvvəsinin üzvü idi.[2]
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2003-cü ildə Demokratiyanı Müdafiə Milli Şurası — Demokratiyanı Müdafiə Qüvvələri siyasi koalisiyası Burundi vətəndaş müharibəsində digər döyüşçülərlə atəşkəsə nail oldu. 2004-cü ildən 2005-ci ilə qədər Bunyoni yeni polis qüvvəsinin baş müfəttişi isi. 2005-ci ildən 2007-ci ilədək Burundidə polis şefi vəzifəsində çalışıb.[2]
2007–2011-ci illər arasında Bunyoni 2015-ci ildən 2020-ci ilə qədər ikinci dönəm tutduğu Daxili Təhlükəsizlik Naziri vəzifəsini icra etdi. 2011–2014-cü illərdə Alen-Giyom Bunyoni Daxili İşlər Naziri Ofisində Mülki İşlər Naziri Aparatının rəhbəri təyin edildi.[2]
23 iyun 2020-ci ildə Burundi Parlamenti yeni seçilmiş Prezident Evarist Ndayişimiye tərəfindən Alen-Giyom Bunyoninin Burundinin 8-ci Baş naziri olaraq qəbul edilməsinə səs verdi. Elə həmin gün Burundi prezidenti tərəfindən təsdiqləndi və and içdi.[3]
2023-cü ilin aprelində Burundi polisi Bunyoni axtarır, lakin onun gözlənilən həbsi barədə xəbərdarlıq edərək qaçır. İddia olunan faktlar məlum deyil. Nəhayət, aprelin 23-də, ad günündə həbs olundu.[1].
Digər mülahizələr
[redaktə | mənbəni redaktə et]Yuxarıda göstərilən vəzifələrə əlavə olaraq, Bunyoni müxtəlif beynəlxalq təhlükəsizlik vəzifələrindən məsul şəxs qismində çalışıb, o, 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının sülh və təhlükəsizliyi təşviq edən elçilərindən biri idi. İnterpolda Şərqi Afrika Polis Komitələri Komitəsinə də rəhbərlik etmişdir.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.burundi.gov.bi/spip.php?article549.
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2020-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
- ↑ "Arxivlənmiş surət". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.