Aleksandr İvanov (güləşçi)
Aleksandr İvanov | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Aleksandr Nikolayeviç İvanov | ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Pavel Pavloviç Piniqin | |||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | |||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||
Boyu | 158 sm | |||||||||||||||||||
İdman növü | Sərbəst güləş | |||||||||||||||||||
Medallar
|
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi.
Bioqrafiyası
[redaktə | vikimətni redaktə et]1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.[1]. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir.
İdman naliyyətləri
[redaktə | vikimətni redaktə et]1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur. 1974-cü ildə isə çempion olur. Bu uğurunu isə 1976-cı ildə təkrarlıya bilir.
1972-ci keçirilən Yay Olimpiya oyunlarında 52 kq çəki dərəcəsində yarışmışdır.
Döyüşləri:
- Birinci dairə, 8-ci dəqiqədə qalib gəlmişdir. Eloya Abrey (Kuba);
- İkinci dairə, 22-4 hesabı ilə qalib gəlmişdir. Konstannn Midun (Rumıniya);
- Üçüncü dairə, 16-10 hesabı ilə qalib gəlmişdir. Ceyms Hayns (ABŞ);
- Dördüncü dairə, 22-19 hesabı ilə qalib gəlmişdir. Li Bonq Suna (Şimali Koreya);
- Altıncı dairə, 26-5 hesabı ilə qalib gəlmişdir. Vladislav Steşik (Polşa)
Birinci final yarışmasının üçüncü dəqiqəsində Con He Sopa (Cənubi Koreya) qalib gələrək finala çıxır. Final görüşündə isə Yuci Takadaya (Yaponiya) məğlub olaraq ikinci yeri tutur[2]
Tiflisdə keçirilən beynəlxalq yarışmanın dördqat çempionu (1971, 1973, 1977, 1978), veteran-ustalar arasında çempion (1993).[3]
1979-cu ildən peşəkar idmanı tərk edir. Hal-hazırda Mirnıy olimpiya təyinatlı məktəbin direktorudur.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- «Qütb ulduzu» (2006)[4]
- Yakutiya MSSR əməkdar bədən tərbiyəsi xadimi.
- ХХ əsr Saxa Respublikasının idman laureatı.
- Yakutsk şəhərinin fəxri vətəndaşı (1998)[5]
- Suntar ulusunun fəxri vətəndaşı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Federal informasiya portalı «SakhaNews»". 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ "Aleksandr Ivanov Biography and Olympic Results". 2012-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ Aleksandr Nikolayeviç İvanov [ölü keçid]
- ↑ "«Qütb ulduzu» ordeni kavalerləri — təltif olunanların siyahısı". Saxa Respublikasının rəsmi saytı. 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
- ↑ "Город Якутск: Почётные граждане". Официальный информационный портал Республики Саха (Якутия). 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.