Akif Hüseynov (ədəbiyyatşünas)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akif Hüseynov
Akif Məmməd oğlu Hüseynov
Doğum tarixi 26 may 1941(1941-05-26) (83 yaş)
Doğum yeri
Elm sahələri Ədəbiyyatşünas, tənqidçi
Elmi dərəcəsi Filologiya elmləri doktoru (1989)
Elmi adı Böyük elmi işçi
İş yeri Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri
Üzvlüyü

Hüseynov Akif Məmməd oğlu (26 may 1941, Tbilisi) — ədəbiyyatşünas, tənqidçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989).

Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958).

ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalının baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur.

Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən).

Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir.

  1. Nəsr və zaman. Bakı: Yazıçı, 1980, 185 səh.
  2. Müxtəlifliyin birliyi. Bakı: Yazıçı, 1983, 216 səh.
  3. Sənət meyarı. Bakı: Yazıçı, 1966, 315 səh.
  4. Həyat və sənət həqiqəti. Bakı: "TS" Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001, 204 səh.
  5. Sevgi nəğmələri. Bakı: "TS" firması mətbəəsi, 2002, 80 səh.
  1. Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)