Adi qaraqınıq
Adi qaraqınıq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi qaraqınıq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.
Yayılması
[redaktə | mənbəni redaktə et]BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Azərbaycanın bütün rayonlarında yayılmışdır. Arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m-ə qədər) rast gəlinir. Əsasən çəmən, meşə və meşə kənarlarında, kolluqlarda və otlu yamaclarda bitir.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Flavonid, kumarin, alkoloid, saponin, efir və piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, aşı maddələr və steroidlərlə zəngindir.
Tərkibində 0,3-1,2% efir yağı: fenol-timol (10%), karvakrol izomerləri, seskviterpenoidlər (12,5%), monoterpenoidlər – heranilasetat (5%) olur. Ədviyyəli və bakterisid təsirlidir. Bundan başqa tərkibində fenol (12-20%), flavonoidlər, askorbin turşusu və aşı maddələri olur.
Tərkibində efir yağları (fenol, timol və onun izomerləri), acı maddələr və çoxlu miqdarda askorbin turşusu və piqmentlər vardır.
Təsiri və tətbiqi
[redaktə | mənbəni redaktə et]Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidrir. Əsasən mədə-bağırsaq, şəkərli diabet, revmatizm, ağciyər vərəmi, bronxit və bronxial astma, nevroz, nevralgiya, epilepsiya, iflic, radikulit, dəri, angina, faringit, loringit, raxit və qadın xəstəlikləri, habelə qulaq, baş və diş ağrıları zamanı istifadə olunur. Antibakterial, antiseptik, spazmolitik, sakitləşdirici, yuxugətirici, sidikqovucu, yara sağaldıcı, bəlgəmgətirici, eləcə də iltihab zamanı və qıc olmalara qarşı istifadə olunur.
Əks təsirləri
[redaktə | mənbəni redaktə et]Hamiləlik dövründə istifadə etmək olmaz.
İstifadə olunan hissələr
[redaktə | mənbəni redaktə et]Yerüstü hissəsi, yarpaqları, çiçəkləri və toxumları istifadə olunur.
İstifadə formaları
[redaktə | mənbəni redaktə et]Cövhər, tinktura və dəmləmələr şəklində.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Origanum floridum Salisb.
- Thymus origanum Kuntze
Yarımnövləri
[redaktə | mənbəni redaktə et]- Origanum vulgare subsp. glandulosum (Desf.) Ietsw.
- Origanum vulgare subsp. gracile (K.Koch) Ietsw.
- Origanum vulgare subsp. hirtum (Link) A.Terracc.
- Origanum vulgare subsp. virens (Hoffmanns. & Link) Bonnier & Layens
- Origanum vulgare subsp. viridulum (Martrin-Donos) Nyman
- Origanum vulgare subsp. vulgare
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 590.