Adi başınağacı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi başınağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Flavonoid, saponin, kumarin, K və C vitaminləri, karotin, piyli və efir yağları, steroid, aşı maddələri, antosian və qətranla zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Adi başınağaci farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental və xalq təbabətində, habelə homeopatiyada, farmakologiyada və baytarlıqda tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xorası, bronxial astma, qaraciyər, dəri-zöhrəvi, böyrək, babasil, epilepsiya, anemiya, nevroz xəstəlikləri, soyuqdəymə, öd və sidik kisəsi daşları, qanaxmalar zamanı istifadə olunur. Kardiotonik, sedativ, hipotenziv, ağrıkəsici, şualanmadan qoruyucu, protistosid, antihelmint, antibakterial, qanqatılaşdırıcı və s. təsirə malikdir.

Əkstəsirləri

[redaktə | mənbəni redaktə et]

Təzə meyvələrin tərkibində acı qlikozid viburin olduğu üçün, yeməklərdə istifadə edildikdə bəzən ürəkbulanma və qusma hissi əmələ gətirir. Mədə və onikibarmaq bağırsaq xorası, böyrək və pankreatit xəstəliklərinin kəskin dövründə, eləcə də podaqrada istifadə etmək olmaz. Trombofiliyalı xəstələr təzə meyvələri ehtiyatla və az miqdarda qəbul etməlidir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin meyvələri, yarpaqları, çiçəkləri, qabığı, toxumları və budaqları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, şirə, və spirtli ekstraktlar.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, Lənk. dağ. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, çayların sahilində, kolluqlar arasında, meşə sahələrində, səpələnmiş halda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Dərman bitkisidir. Qabığında aşı maddəsi vardır. Dekorativ koldur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Viburnum opulus subsp. typicum R.T.Clausen

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Opulus edulis J.Presl
  • Opulus glandulosa Moench
  • Opulus glandulosa var. globosa Schur
  • Opulus lobatofolia Gilib.
  • Opulus oxycoccos (Pursh) J.Presl
  • Opulus palustris Gray
  • Opulus trilobifolia Gilib. ex Ledeb.
  • Opulus vulgaris Borkh.
  • Viburnum glandulosum Salisb.
  • Viburnum lobatum Lam.
  • Viburnum nanum Dippel
  • Viburnum opuloides Muhl.
  • Viburnum opulus var. europaeum Aiton
  • Viburnum opulus var. europeanum Michx.
  • Viburnum opulus f. flavum (Horw.) P.D.Sell
  • Viburnum opulus var. flavum Horw.
  • Viburnum opulus f. glabrifolium Gajić
  • Viburnum opulus f. nanum (David) Zabel
  • Viburnum opulus var. nanum (David) H.Jaeger
  • Viburnum opulus nanum I.David
  • Viburnum opulus var. pimina Michx.
  • Viburnum opulus f. pygmaeum Schelle
  • Viburnum opulus var. roseum L.
  • Viburnum opulus f. roseum (L.) Hegi
  • Viburnum opulus var. sterile Mérat
  • Viburnum opulus var. sterilis DC.
  • Viburnum opulus var. subintegrifolium (Hook.) Torr. & A.Gray
  • Viburnum opulus var. variegatum Weston
  • Viburnum opulus f. variegatum (Weston) Zabel
  • Viburnum opulus var. vasicii Gajić
  • Viburnum opulus xanthocarpum Späth
  • Viburnum opulus var. xanthocarpum (Späth) C.K.Schneid.
  • Viburnum opulus f. xanthocarpum (Späth) Rehder
  • Viburnum oxycoccos Pursh
  • Viburnum oxycoccos var. eradiatum Oakes
  • Viburnum oxycoccos var. subintegrifolium Hook.
  • Viburnum palustre Raf.
  • Viburnum pinnina Raf.
  • Viburnum primina Raf.
  • Viburnum rosaceum Steud.
  • Viburnum roseum Steud.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 268.