38°55′19″ şm. e. 48°09′27″ ş. u.HGYO

Abdinli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abdinli
38°55′19″ şm. e. 48°09′27″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Abdinli xəritədə
Abdinli
Abdinli

AbdinliAzərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.

Abidinli kəndi Yardımlı rayonunun əhalisinə və ev tikilisi sayına görə, çox kiçik kəndlərindən biridir. Hazırda Abidinli kəndində 28 tikili ev, Yeni Abidinli kəndində isə 17 tikili ev mövcuddur. Abidinli kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənd rayon mərkəzindən şimal–qərbdə, mərkəzdən 11 km aralı məsafədə yerləşən dağ kəndlərindən biridir. Azərbaycan respublikasının dövlət sərhədinin 2 km kənarında, Savalan dağının şimal yerləşir.

Kənd beş kiçik təpəciklə əhatə olunmuş, sıldırım qayaların üzərində qərar tutmuşdur. Kəndin qərb qurtaracağında, qayaların üstündə tarixi bir Qala yeri vardır. Bu Qala Azərbaycan Mədəniyyət Nazirliyinin qeydiyyatinda olmaqla Abibinli Qalası kimi 1204 nömrəsi ilə qeydiyyatdadır.[mənbə göstərin]

Abidinli qalasının eni 56 metr, uzunluğu isə 100 metrdən artıqdır. Bu qala qədim Sasanilik-Atəşpərəstlik dövrünün qalalarının ehtimalları sırasındadır. Deyilənə görə, bu qala-kurqanın mərkəzində ola bilsin sərdabə də var. Bu Qala yeri ilə 1828-ci il Rusiya ilə İran arasında bağlanmış tarixi Türkmənçay sülh müqaviləsində adı keçən Cikoir zirvəsi üz-üzə dayanmaqdadır. Abidinli kəndində əhalinin məskunlaşmasi 19-cu əsrin 50-ci illərinə təsadüf edir.[mənbə göstərin]

Adının tarixi

[redaktə | mənbəni redaktə et]

Abidinli kəndinin inzibati adı 1930-cu illərdə təyin olunmuşdur.[mənbə göstərin]

Kəndin qəbristanlığı

[redaktə | mənbəni redaktə et]

Gürdi, Ağsatan, Xanbulağı, Ağamməd meydanı, Cəfər kolatı deyilən kənd sahələrində böyük yaşayış yerinə mənsub müsəlman qəbiristanlıqları mövcuddur.

Abidinlilər haqqında

[redaktə | mənbəni redaktə et]

20-ci əsrin 70-ci illərində isə Abidin oğullarından olan Abdullular yeni bir obanın, yurdun, kəndin sayca 3-cü kəndin, Yeni Abidinlinin də əsasını qoymuşlar. Hazırda Yeni Abidinli kəndi, rayonun inzibati mərkəzlərdən biridir. Kənddə ümumi orta məktəb, feldşer-mama məntəqəsi və rabitə qovşağı, teleötürücü rabitə stansiyası mövcuddur.[mənbə göstərin]

Rusiya imperatorluğu dönəmi

[redaktə | mənbəni redaktə et]

Çar Rusiyası ilə Qacar-İran dövləti arasında XIX əsrin əvvəllərindən başlayan müharibələr 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələri ilə nəticələnmişdir. Şimali Azərbaycan kavranı da məhz sonralar meydana gəlsə də, əslində Azərbaycan 200 ildən artıq bir müdddətdir ki, bir ölkə kimi bir sıra ayrıcalıqlarla yaşamaqdadır. Rusiya imperiyasının feodal İranından zəbt etdiyi torpaqlar uzun illər ərzində iqtisadi və siyasi baxımdan müstəqil bir ayrıcalıqla inkişaf etmli olmuşdur. Bu günkü inzibati anlamla Yardımlı adlanan bölgə XIX yüzilliyin əvvəlində, Sivdaş adı ilə tanınırmiş. Yardımlı XIX əsrin əvvəlində, Viləş çayının kənarında yerləşən, 5–10 evdən ibarət olan kiçik bir çay kəndi olub.[mənbə göstərin]

Sivdaş bölgəsi orta əsrlərdən etibarən, iqtisadi və mədəni cəhətdən Ərdəbil şəhərinə bağlı bir bölgə idi. Əhalinin adət-ənənəsi də, iqtisadi-ticari ilişkiləri də Ərdəbilə uyum saxlamişdır. Həm də Sivdaş bölgəsi Lənkəran xanlığının *tapu* torpağı olmuşdur. Çar Rusiyasının işğalından sonra, həm iqtisadi həyat, həm mədəni-ticari həyat tamami ilə fərqli müstəvidə inkişafa başladı. Çar Rusiyasi 19-cu əsrin 40-cı illərində işğal etdiyiu torpaqlarda özünün inzibati-dövlət strukturlarını yaratmağa başladı.[mənbə göstərin]

Xanlıq və İran dövlətinin xüsusi-təhkimçilik mülkiyyətini dağıtmaq üçün 1846-cı ildə Azərbaycan kəndlisini azad torpağ sahibi etmək üçün xüsusi bir fərman imzalandı. Azərbaycan kəndlisini ağa-bəy boyunduruğundan azad etmək üçün verilən bu fərman bir sıra oturaq həyat sürən kəndlilər üçün geniş imkanların açılmasına səbəb oldu. Abidin və Şərif qardaşları bu fərmandan yararlanmaq üçün boş qalmiş torpaqlarda məskunlaşmağa başladılar. Abidin Baba qonşu Gilar kəndinin bəylərindən olan Alı Sultanla bacanağ olmuşdur. Alı Sultan İranın Qacarlar sarayında xidmət etmiş ulu bəylərdən biri idi. Alı Sultan Nəmin Xanın qızlarından biri ilə evli idi.[mənbə göstərin]

Abidinin şəxsiyyəti Alı Sultanın xoşuna gəldiyinə görə öz baldızı Nazlı xanımı da Abidinə alan Alı Sultan olmuşdur. Alı Sultanın xan qızından 4 oğlu, Abidinin isə Xan qızı Nazlı bəyimdən beş oğlu olmuşdur. Gilar bəylərindən olan Alı Sultan bəy bacanağı Abidinə bir müddət Gilar kəndində məskun olmağa yer versə də, 1846-cı ilin Azərbaycan kəndlisi haıqqında verilən fərmandan sonra Alı Sultanda qısqanclıq hissi baş qaldırmiş, bacanağının övladlarına başqa yurd yeri tutmağı məsləhət görmüşdür. Abidin övladlarınin Gilar kəndindəki evlərinə od düşmüş ,evləri yandıqdan sonra bir daha Gilar bəyləri onların yeni ev tikmələrinə razı olmamışlar. Gilar bəylərinin məsləhətləri ilə Abidin övladları, İranla həmsərhəd Xanbulağı adlanan icma torpağında bir müddət məskunlaşmışlar. Bir müddətdən sonra qış üçün qışlamağa gələn Ökü kənd sakinləri ilə yaranan mübahisədən sonra,Abidin övladları Bulaqlar adlı Cerinbel kəndınə məxsus icma torpağında yenidən məskunlaşmışlar.Bu məskunlaşma bu günə qədər davam etrməkdədir. Xanbulağındakı uğursuzluqdan sonra Abidin övladları qonşu kəndlərə dağılmışlar.[mənbə göstərin]

Sovet hökuməti qurulandan sonra da,əsrin 30-cu illərinə qədər qonşu kəndlərin camaati yeni yurd yerini,- Bulaqlar ve Mirişli deyə çağırmışlar. Lakin sovet hakimiyyəti qurulandan sonra Abidin övladlarının yekdil qərarı ilə Miriş Babanın saldığı yurd yeri, Abidinli olaraq rəsmiləşmişdir. Abidinli adı tarixə belə notla :,-Bulaqlar-Mirişli-Abidinli olaraq düşmüşdür.[mənbə göstərin]

Çar Rusiyasının hakimiyyəti illərində Yeni yurd yerinin sakinləri bir kənd icması olaraq öz özəllikləri ilə tanınmağa başlamiş ,*hampa* olaraq əkinçiliklə və heyvandarlıqla sıxı şəkildə məşğul olmuşlar. Çar Rusiyasında baş verən 1917-ci ilin bolşevik inqilabı Abidinlilərin həyatında ciddi dönüş yaratmışdır.Ölkədə baş verən çaxnaşma bolşevik rus ordusunun sərhəd kəndlərinə qədər qət etdiyi məsafə olduqca çətin olmuşdur. Kənd camaati 20-ci illərdə İranın Germi bölgəsinin Qozlu ve İni kəndlərinə köç etmiş, lakin Yurd sevgisi onları geri dönməyə vadar etmişdir. Doğma yurdlarına qayıdan kənd içması öz kənd məşətlərinə geri dönmüş, feodal-natural təsərrüfatlarını qoruyub saxlamışlar.[mənbə göstərin]

Mədəniyyət abidələri

[redaktə | mənbəni redaktə et]

Abidinli kəndi ölkənin ən qədim yaşayış məskənlərindən biridir. Kəndin qərbində, günbatanda kəndin hündür bir yerində, Qala deyilən yerində yerləşən kurqan öz tədqiqatçısını gözləyir. Abidinli qalasının eni 50 metr ,uzunluğu isi 100 metrdən artıqdır. Sıldırım qayanın üzərində yerləşir. Kəndin cavanları hər il Novruz Bayramında bu qalanın yerləşdiyi torpağın üzərində Bayram tonqalı yandırırlar. Bu qala Azərbaycan Mədəniyyət Nazirliyinnin kataloqunda 1204-cü abidə kimi qeydə alinmişdır.[1]

Abidinli Qala təpəciyinin ətəyində yerləşən Küp qəbirləri 1400 ildən artıq qədim bir tarixə malikdir.[2]

Küp qəbirlərin bir neçəsi dəfinə axtarıcılar tərəfindın qeyri-profesonallıqla qazılmış və təxrib olunmuşdur. Təsadüf nəticəsində küp qəbirlərinin birindən çixan iki qədim gümüş sikkə, təxminən 5 qram həçmində olmuş, Nəsib müəllim tərəfindən 2015-ci ilin avqust ayında Yaradımlı rayonunun Tarix –Diyarşünaslıq muzeyinin direktoru Əli İskəndərova təqdim olunmuşdur. Tarixçi A. Ələkbrovun dəyərləndirməsinə görə, bu qədim gümüş sikkələr Arşakilər dövründə zərb olmuş gümüş sikkələrdəndir.[mənbə göstərin]

Kəndin şimal şərqində isə Ağamməd meydanı deyilən yerin üstündə,tarixçi-arxeoloq İ.Qoşqarlının apardığı ibtidai-anatomik tədqiqat nəticəsində, 5 min illik Qutu qəbirləri müıyyən olunmuşdur. Bir sıra qəbirlər isə müxtəlif illərdə dəfinə axtaricıları tərəfindən ötən əsrin 90-cı illərində uçulub-dağıdılmışdır. Qutu qəbirlərdən çıxan maddi mədəniyyət numunələri: — qılınc, qəmə, ox ucları, məişət əşyalari, dulusçuluq numunələri olan qab-qacaqlar, İran İslam respublikasından qaçaq yollarla kəndə gələn adamlar tərəfindın mənimsənilərək aparılmışdır. [mənbə göstərin]

Abidinli kəndinin 200 hektarlıq otlanacaq və əkinəcək ərazilərində və ətrafında: Ağsatan deyilən yerdə,Gürdi deyilən yerdə, Yeni Abidinlidə Hacı çökəyinin üstündə qədim qəbristanlıq yerləri, tarixdə adı belə unudulmuş müsəlman kənd abidələri kimi izlərini saxlayır.

"Əli Daşı" deyilən yerdə Pir izinə, Xanbulaq kəndinin içərisində Ocaq Başı deyilən Pir qəbristanlıq da kəndin qədim tarixi abidələridir..

Əli bulağının üstündə "Atma Təpə" deyilən bir yerdə qədim *kurqan–təpə* izləri hələ də açılmamış tarixi abidələrdəndir..

Yeni Abidinlinin şimal güneyində Qaracadağın sinəsində, Sapand Daşı deyilən bir antromorfik Daş abidəsi var. Bu abiidə də dəfinə axtarıcılarının qəzəbinə gəlmiş, Daş abidə oturduğu yerdən bir az aralı bir yerə aşırılmışdır.

Abidinli kəndinə məxsus Daş abidələrdən biri də kəndən cənub şərqində *Pirallı yeri* deyilən yerin ətradfındakı *Gülmək Daşı* abidəsidir. Bu abidə də antromorfik Daş abidələrdən biridir.[mənbə göstərin]

Yerdən təxminən 2 −3 metr hündürlükdə yerləşən bu Daş abidə Qayanın içində gizlənmiş bir otaqlı istirahət yeridir. Bu Daş otağa girərkən Savalan Vadisi bir ayna kimi insanın gözləri önündə canlanır. Bir anlığa insanın ruhu göylərə, üfüqə doğru qalxır, insanda bir şən övqat yaranır. Elə buna görə de insanlar ona "Gülmək Daşı", yəni təbəssümə səbəb olan yer adı kimi anımsamışlar. Abidinli kəndinin yaxın-uzaq ətrafında olduqca çoxlu qədim yurd yerləşkələri öz əsrarəngiz izləri ilə keçmişdən bu günümüzə boylanmaqdadır. [3]

Abidinli kəndinin 200 hektarlıq kənd torpağı vardır. Bu torpaqlara keçmişdən bəri müxtəlif adlar verilmişdir. Canavar kani, Sarıbulaq, Dibyurd, Əli daşı, Qaraca daq, Pışdu təpə, Seyid yeri, Əhməd bostanı, Parameşə, Qoşabulaq, Hacı çökəyi, Haçə, Qazağ bulağı, Xosrov, Sərkəş, Daş köçə, Sapand daşı, Yezid bulğı, Seyidbə yurdu, Partdağan, Köçə yeri, Məliklü yeri, Ağamməd meydani, Meydan, Mehrab yeri, Kamal yeri, Nifti dərəsi,Tuti bulği, Bəg kişi bulğı, Qələ, Qələ dalı, Həmzəxan zəmisi, Sərdar zəmisi, Köndələn şotdar, İşi bulğı, İşi çalan, Cəfər kolati, Pirallu yeri, Şirxan bulğı, Yağub meşəsi, Ağaşqıran,Qərəxan yeri, Mərgəm yeri, Ker təpə, Gülbəy daşı, Cerinbel kəhrizi, Oncakələ kəhrizi, Dərə qırağı, Dəvə üçən, Lallar yeri, Daru yeri, Armud bulğı, Çanax, Böyük çanax, Kiçik çanax, Gen dərə, Alı qışdaği, Nəsir yurdu, Atma təpə, Vışka, Quzay, İricil, Qələ qabağı, Dirsəy ağzı, Manaf çalan, Fatma çalan, Dik şot, Rəcxan xarmanı, Quzay zəmi, Şahmarru yeri, Qardaşxan bulağı, Əzgil bulağı, Kükürd, Daş bulağı.[mənbə göstərin]

Söz, deyimləri və şivələri

[redaktə | mənbəni redaktə et]

Abidinli toplumunun bir sıra söz ve deyimləri var.[4] Cılfır, mırtıldamaq, xoruzdanmaq, başılavlu, siyə yatmağ, zəvzəy, yabu oğlu yabu, for-fısdu, köndələn şot, ker adami, tülüngi, qart-qurt edən, şınqıri vurmaq, zığıldamaq, dabalağ atmaq, sərsəmləmək, çırpıtmaq, qopalağlanmağ, şiv çubuğ, çılğa, qoppuzdanmaq,mazaryemiş, cıralaşmağ, zayvağlamaq, dümbək kimi, kar-kic, veyil-veyil gəzmək, tappaturup salmaq, şam vaxtı, ləlöün, bic-vəlidizna, çer, şurrandodağ, kor küçüy, donbalanquc aşmaq, zariməg, tuman-paça görsənmək, cinnüağakişilü,səgircəylü, dımırranmağ, təpışdürməg, tolazdandı.[5]

  1. "Abidinli qalası". 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  2. "Yardımlıda tarixi abidələr". 2019-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  3. "Mədəniyyət və tarixi abidələrin siyahısı". 2019-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  4. "Azərbaycan dilinin Yardımlı şivələri (fonetika), Bakı, 2017". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  5. "Fonetik transkripsiya". 2019-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.