AK-12
AK-12 | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2015 |
İstehsal tarixçəsi | |
Konstruktor | Mixail Kalaşnikov |
Konstruksiya tarixi | 2011[1] |
Xüsusiyyətləri | |
Ağırlığı | 3,3 kq |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
AK-12 — odlu silah.
Haqqında
[redaktə | mənbəni redaktə et]"İjmaş" rəsmiləri Rusiya hərbi saytlarına verdikləri müsahibədə silahı belə təsvir edirlər: "AK-12 "Kalaşnikov" avtomatlarının bütün ən yaxşı xarakteriskalarını özündə cəmləşdirir. Eyni zamanda konstruksiyasının sadəliyi, etibarlılığı, aşağı maya dəyəri bu silahı fərqləndirən xüsusiyyətlərdəndir. Müəssisənin konstruktorları avtomatın bəzi parametrlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı bacarıblar".
Hər şeydən əvvəl yeni avtomat modulyar konstruksiyası ilə anoloqlarından fərqlənir. AK-12-nin digər özəlliyi onun bir əllə istifadə oluna bilməsidir. Silahı tək əllə qoruyucudan çıxartmaq və atışın rejimini dəyişdirmək olur. Avtomata nişangah, qumbaraatan, fənər və s.yerləşdirmək üçün Pikatinni plankalarından istifadə edilib. AK-12 nizamlana bilən, eyni zamanda bükülən teleskopik qundağa malikdir. Silahı solaxaylar da maneəsiz istifadə edə biləcəklər.
AK-12-də atış üçün 3 rejim müəyyənləşdirilib: tək atəşlər, üç atəş və avtomatik atəş.
Mütəxəssislərin fikrincə, AK-12-ni digər "Kalaşnikov" ailəsindən olan digər rus silahlarından fərqləndirən xüsusiyyət yaxşı erqonomikası, gövdə və lüləsinin keyfiyyətli olması, sistemin daha yumşaq işləməsi, lüləüstü və lüləaltı silahların və digər avadanlıqların rahat inteqrasiya oluna bilməsidir. Döyüşçü yaralandığı halda və ya əlində nə isə olduqda silahdan rahat şəkildə istifadə edə biləcək.
AK-12 avtomatı anoloqlarından fərqli olaraq rahat qoruyucu ilə təchiz edilib. Hansı ki, atıcı üçün ən optimal yerdə – tətik çəkən əlin böyük barmağının altında yerləşir. Bu da döyüş vaxtı əməliyyatı daha asan həyata keçirməyə icazə verir.
AK-12 avtomatı lülə qutusu qapağının daha sərt olması ilə də fərqlənir. Sökmə zamanı lülə qutusunun qapağı yuxarı açılır. Qapaq ayrıca mexanizm vasitəsilə möhkəmləndirilir. Teleskopik qundaq isə hündürlük və uzunluğunun tənzimlənə bilməsi ilə yanaşı silahın geri təpməsini də minimallaşdırır. Avtomatınn nizamlana bilən nişangahı ön hissədən götürülərək arxa hissədə lülə qutusu qapağının üzərində yerləşdirilib.
Konstruktor V. Zlobinin sözlərinə görə, AK-12 ümumilikdə özündə AK-74, AK-74M, AKM-in əsas xüsusiyyətlərini cəmləşdirir. Bundan başqa AK-12 atışın dəqiqliyi ilə anoloqlarından əhəmiyyətli dərəcədə fərqlənir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]İstehsal tarixi: 2011 — günümüzə
Çapı:
— 5,45×39 mm
— 5,56×45 mm NATO
— 7,62×39 mm
— 6.5 Grendel
— 7,62×51 mm NATO
Lülənin uzunluğu: 415 mm
Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 1100 mm
Yığılmış qundaqla birlikdə uzunluğu: 730 mm
Güllənin başlanğıc sürəti: 900 metr\saniyə
Atış məsafəsi: 1000 metr
Güllənin zədələyici təsir məsafəsi: 1500 metr
Atəşin sürəti: 650 atış\dəqiqədə avtomatik atış sistemində, 1000 atış\dəqiqədə üçlü atış sistemində
Avtomatın tətbiq edilən temperatur diapazonu: −50; 50 dərəcə
Atəş rejimi: tək-tək, üçlü və avtomatik
Çəkisi – 3.3 kq.
Maqazinin tutumu:
— 30 ədəd
— 45 ədəd
— 60 ədəd
— 95 ədəd baraban tipli