AGS (Formula-1 komandası)
AGS (ing. Automobiles Gonfaronnaises Sportives (AGS)) fransız avtomobil yarış komandası, Formula 1-də iştirak etmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Komandanın tarixi XX əsrin 60-cı illərinin sonlarında başlamışdı. O zaman Var əyalətində Gonfaron kəndində benzin stansiyası və qarajı olan fransalı mexaniki Henri Julien yarış avtomobilləri qurmağa qərar verdi. Julien özü müntəzəm kiçik avtomobil yarışlarında iştirak etdi. Yarışçı kimi mükəmməl olmasa da, lakin texniki elmlər dərəcəsi almışdı və nəticədə, yarış avtomobillərinin tikintisinə daha çox vaxt ayırmaq qərarına gəldi. Bu AGS'nin yaranmasına səbəb oldu, bunun açıqlaması "Gonfaron'dan yarış arabaları" idi.
İlk yarışlar
[redaktə | mənbəni redaktə et]1969-cu ildə ilk avtomobil təqdim olundu. Bu kiçik bir Formula Frans avtomobili idi. Avtomobilin layihəsini, Julienin tələbəsi mexanik Christian Vanderpleyn tərəfindən hazırlanmışdı. Tezliklə AGS Formula 3 yarışlarına qatıldı. 70-ci avtomobil olan «Martini» iştirak etdiyi bu yarışda, komanda xüsusi qalibiyyət əldə edə bilmədi. Növbəti addım 1978-ci ildə komandanın Formula 2-ə qatılması oldu. 1978-79-cu illərdə yarış komanda üçün çox çətin oldu və heç bir xal qazana bilmədi. Amma sonra komanda müntəzəm olaraq xal qazanaraq, zəfər qazanmağa başladı. Nəhayət, mövsümün son yarışında-84, Philip Streif qalib gəlmişdi. 1985-ci ildə komanda Formula 3000-də iştirak etdi və Streif 8-ci yeri tutdu. Julien bu haldan narazı qaldı və komandanın Formula 1-də iştirakına qərar verdi.
Formula 1
[redaktə | mənbəni redaktə et]Komandanın ilk yarışı 1986-cı ildə Montsada baş tutdu. Yarışda, Formula 3000 yarışında istifadə olunan avtomobilin bazasına əsasən Vanderpleynin hazırladığı JH21C modeli istifadə olundu. İtalyan yarışçı İvan Capelli yaxşı nəticə əldə edə bilmədi.
1987-ci ildə şassi təkmilləşdirildi və JH22 modeli yaradıldı və yarışda fransız sürücü Paskal Fabr çıxış etdi. İlk nəticə 9-cu yer oldu. Sonra onu Roberto Moreno əvəz etdi. Moreno Avstraliyada yüksək xal qazanmağa nail oldu.
1988-ci ilin mövsümünə JH23 modeli ilə başlandı. Komandanın sponsor tanınmış Bouygues group oldu. Streif komandaya geri döndü. Lakin Bouygues group sponsorluğu geri çəkdi və maliyyə problemi yaşayan qrupun nəticələri yenidən aşağı düşdü. Streifin ən yaxşı nəticəsi Suzukidə 8-ci yer oldu.
1989-cu ildə, Vanderpleyn komandadan uzaqlaşır. Streifi isə qəzaya düşərək iflic olur. Bu hal Julieni məyus edir və o komandanı fransalı Cyril de Rouvre satır. Streifi, italiyalı Gabriele Tarquini əvəz edir və yarışa əvvəlki ilin avtomobilində bir sıra dəyişiklik edildikdən sonra JH23B modeli çıxarılır. Köhnəlmiş avadanlıq Tarquininin nəticələrinə mənfi təsir göstərir. Daha sonra komandaya Yannick Dalmas dəvət olunur. Nəhayət, Silverstonda, yeni JH24 modeli təqdim olunur. Lakin heç bir iştirakçı yüksək nəticə əldə edə bilmir. Daha sonra JH25, modelinində yarışda iştirakı vəziyyəti dəyişmədi.
Nəhayət Rouvre, komandanı satmaq qərarına gəlir. Komandanın yeni sahibləri Gabriele Rafanelli və Patrizio Cantu olur. Vanderpleyn komandaya geri dönür mühəndis isə
Mario Tollentino olur. Lakin bu dəyişikliklər komandaya yüksək nəticələr vermir və sonda AGS çempionatlığı tərk edir.