Aşirabad
Aşirabad | |
---|---|
Aşirabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonu ərazisində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ərzini kəndinin yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Nairi rayonu təşkil edilənədək (15 mart 1972) kənd Əştərək rayonunun tərkibində olmuşdur.
Toponim tayfa mənasında işlənən əşirət sözü ilə (əşirət sözündəki -ət şəkilçisi ixtisar edilmişdir) «şəhər, kənd, yaşayış yeri» mənasında işlənən abad sözündən[3] əmələ gəlmişdir.
Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 180 nəfər, 1914-cü ildə 281 nəfər, 1916-cı ildə 277 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].
Burada 1918-ci ilə kimi yalnız azərbaycanlılar yaşasa da, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1918-ci ilə kimi azərbaycanlı və ermənilərin yaşadığı göstərilir[5]. Halbuki Aşirabad kəndində azərbaycanlılarla ermənilər qarışıq şəkildə 1922-ci ildən yaşamağa başlamışlar[6].
1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci ildə kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır[7].
1926-30-cu illərdə azərbaycanlılar zorla köçürülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir. İndi ölü kənddir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.24
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.36
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 106-107
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.290
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. 107
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.107